GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Əfv fərmanı da əvvəlkilər kimi AŞPA-nın tənqidlərini yumşaltmağa yönəlib”

“Əfv fərmanı da əvvəlkilər kimi AŞPA-nın tənqidlərini yumşaltmağa yönəlib”

Tarix: 29-12-2012, 11:07 Bölmə :Ölkə Baxış: 951
“Əfv fərmanı da əvvəlkilər kimi AŞPA-nın tənqidlərini yumşaltmağa yönəlib”

Oqtay Gülalıyev: “Digər günahsız insanların da azadlığa çıxması üçün çalışacağıq”


gundemxeber.az Dekabrın 26-da prezident İlham Əliyev 87 nəfərin əfvi barədə fərman imzalayıb. Onların 79-u həbsdən, 4-ü islah işlərindən, daha 4 nəfər cərimədən azad edilib. Əfv edilənlərin sırasında iki «vicdan məhbusu» var - hüquq müdafiəçisi Vidadi İsgəndərli və AXCP fəalı Şahin Həsənli. Bundan başqa yerli hüquq müdafiəçilərinin siyahısı və AŞPA məruzəçisi Kristofer Ştrasserin hesabatından daha 11 nəfər əfv olunub. Bunlar Şəmsi Abdullayev (XTPD), İran televiziyasının jurnalisti Anar Bayramlı, «Xural» qəzetinin regional müxbiri Aydın Canıyev, gəncəli iki ruhani - Azər Cəbiyev və Fəxri İlyasov (2011-ci ilin əvvəlində həbs olunublar), hüquq müdafiəçisi Taleh Xasməmmədov, Ceyhun Fərzullayev (Nemət Pənahlı ilə birlikdə həbs olunub), Məmmədəli Əliyev (Abşeron Polis İdarəsinin sabiq rəisi, 1990-cı illərdə ağır cinayətlərdə, o cümlədən dövlət çevrilişinə cəhddə ittiham olunaraq barəsində axtarış elan edilib, 2008-cı ildə həbs olunub və 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib), eləcə də «hicab məhbusları» Məmməd Əsgərov, Zaur İsgəndərov və İlqar Musayevdir.
“Əfv fərmanı ilə günahsız adamların bir qisminin azadlığa çıxması təqdir edilir, fərmanda 13 siyasi məhbusun adının olması müsbət qarşılanır. Amma, bu əfv fərmanı da əvvəlkilər kimi AŞPA-nın tənqidlərini yumşaltmağa yönəlib” - bunu “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının rəhbəri Oqtay Gülalıyev prezidentin son əfv fərmanına münasibət bildirərkən deyib. O qeyd edib ki, digər siyasi məhbusların azadlığlığa buraxılması istiqamətində səylərini artıracaqlar: “Günahsız həbs olunmuş vicdan məhbusları, dostlarımız Vidadi İsgəndərli, Şahin Həsənli, Taleh Xasməmmədov, Aydın Canıyev, Anar Bayramlı və digərlərinin azadlığa buraxılması haqqında qərar gec də olsa müsbət addımdır. Amma bu addım ölkədə siyasi məhbus problemini həll etmir, əksinə problemin mövcudluğunu bir daha göstərir. Qanunsuz həbsdə olan Nemət Pənahlı, İlham Əmiraslanov, Əvəz Zeynallı, Nigar Yaqublu, Elnur Seyidov, Hilal Məmmədov, Səid Dadəşbəyli dəstəsinin üzvləri, Fuad Hüseynov, çoxlu sayda dindar qardaşlarımız və digərlərinin azadlığı uğrunda mübarizəmiz davam edir. Azadlığa çıxanlara, onların yaxınlarına, silahdaşlarına gözləriniz aydın, həbsdə qalanlara qəzanız mübarək olsun deyirik! Bu əfv fərmanı hökumətin ictimai-siyasi fəaliyyətinə görə həbs olunan şəxsləri uzun müddət həbsdə saxlamaq imkanında olmadığını, ictimai müdafiənin və beynəlxalq dəstəyin öz nəticəsini verdiyini göstərir. Mübarizəmiz davam edir. Digər günahsız insanların da azadlığa çıxması üçün çalışacağıq.”.
2013-cü ilin yanvarında AŞPA-da Azərbaycanda siyasi məhbus probleminin növbəti dəfə müzakirəyə çıxarılaraq AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin hazırladığı Azərbaycanla bağlı sənədin müzakirə olunacağı xatırladılır. Həmin sənəddə 60-dan çox şəxsin adı siyasi məhbus kimi keçir. Son fərmanla isə cəmi 13 nəfər siyasi məhbus əfv edilib. Halbuki, jurnalist Əvəz Zeynallı və Elnur Seyidov xaric qalanlarını əfv etmək olardı. Oqtay Gülalıyev bildirdi ki, «Siyasi məhbusların hamısını azad etməməklə iqtidar siyasi məhbus probleminin həllində maraqlı olmadığını göstərir, beynəlxalq tənqidləri yumşaltmaq üçün bu addımı atır».
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azadlğa çıxan məhbuslar mübarizədən danışdı

    Azadlğa çıxan məhbuslar mübarizədən danışdı ...

    29-12-2012, 11:05

  • 
  • “Azərbaycan” keçmiş vicdan məhbuslarına böhtan atdı

    “Azərbaycan” keçmiş vicdan məhbuslarına böhtan ...

    8-01-2013, 10:22

  • 
  • AŞPA prezidenti əfv fərmanını alqışladı

    AŞPA prezidenti əfv fərmanını alqışladı ...

    17-03-2016, 20:29

  • 
  • Cəmil Həsənli Fərhad Əliyevlə görüşməyib

    Cəmil Həsənli Fərhad Əliyevlə görüşməyib ...

    21-10-2013, 12:47

  • 
  • Vidadi İsgəndərlinin həbsinə etiraz

    Vidadi İsgəndərlinin həbsinə etiraz ...

    21-04-2013, 15:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu