GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kərpic zavodunun türk sahibi Bakıda necə öldürüldü...

Kərpic zavodunun türk sahibi Bakıda necə öldürüldü...

Tarix: 29-01-2014, 22:12 Bölmə :Ölkə Baxış: 774
Kərpic zavodunun türk sahibi Bakıda necə öldürüldü...
“Ofisdə partlayış olsun deyə qazı açıq qoymuşdular...”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Türkiyə vətəndaşının qətlində təqsirli bilinən Rasim Məmmədovun məhkəmə istintaqı başlayıb.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, istintaqın gəldiyi nəticəyə görə, Rasim Məmmədov ötən il iyunun 5-də, saat 19:00 radələrində Azərbaycan prospektindəki 23 saylı binanın 21-ci mənzilində yerləşən ofisdə “Göyçay Kərpicsan” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru, Türkiyə vətəndaşı Mehmet Alimi bıçaqlayaraq öldürüb.

Rasim Məmmədov cinayəti törədəndən sonra isə Mehmet Alimin mobil telefonunu və 3200 manat pulunu götürüb. İzi itirmək məqsədilə mətbəxdə qazı açıq qoyub ki, ofisdə partlayış baş versin. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldiklərindən partlayışın qarşısı alınıb.

Məhkəmədə ifadə verən Rasim Məmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

Zərərçəkmiş şəxs qismində dindirilən Nuru Alim (mərhumun qardaşı) ifadəsində qardaşının bir neçə nəfər tərəfindən öldürüldüyünü göstərib: “Mən hadisə yerinə gələndə ofisdə polis və prokurorluq əməkdaşlarının olduğunu gördüm. Mənə qardaşımın öldürüldüyünü dedilər. Mən bu şəxsi əvvəllər tanımamışam. O, mənim qardaşımı təkbaşına öldürə bilməzdi. Bir nəfərin bu cür qəddar cinayəti tək törətməsi inandırıcı deyil. Mənim qardaşım güclü idi. Güman edirəm ki, qardaşımın ölümündə bir neçə nəfər iştirak edib. Vicdanlı olmaq lazımdır. Mərhum qardaşımın azyaşlı uşaqları qalıb”.

Zərərçəkmişin sözlərinə görə, qardaşı 1998-ci ildən etibarən Bakıda yaşayıb: “Özü burada olsa da ailəsi Türkiyədə yaşayırdı. Hadisədən bir gün əvvəl Türkiyəyə getmək üçün bilet də almışdı. Qardaşım Göyçay rayonunda yerləşən kərpic zavodunun direktoru idi. Üstündə həmişə pulu olurdu. Qardaşımı pula görə öldürüblər. Həmin gün ofisdə şirkətin külli miqdarda pulu ola bilərdi. Ofisdə şirkətə məxsus müştərilərdən yığılan iki-üç jünlük pul saxlanılırdı. Həmin pulun miqdarı 50-100 min manat olurdu. Ofisdən nə qədər pulun oğurlandığını bilmirik”.

Şahid qismində dindirilən mərhumun həyat yoldaşı Tuba Alim ifadəsində övladları ilə birgə Türkiyədə yaşadığını göstərib: “İki övladım var. Ərim 15 gün Azərbaycanda, 15 gün Türkiyədə qalırdı. Hadisə baş verən ərəfədə uşaqlarla Mehmetin yolunu gözləyirdik. Özü gələcəkdi, ölüm xəbərini aldıq. Mehmet hər adamla münasibət saxlayan deyildi. İnanmıram ki, onun Rasim Məmmədovla biznes əlaqəsi olsun. İstintaq zamanı Rasim 50 dəfə ifadəsini dəyişib. O, hər şeyi yalan danışır. Ərimin onu təhdid etdiyini də yalan deyir. Mehmet yolda görüşdüyü hər şəxslə münasibət quran adam deyildi. Düşünmürəm ki, ərim Rasim Məmmədovu ofisə dəvət edib. Əgər bu insanın şərəfi varsa, həqiqəti danışsın. Mənim həyat yoldaşım vicdanlı adam olub. Rasim Məmmədov Mehmeti təkbaşına öldürə bilməzdi. Ona köməklik edənlər olub. Həm də Mehmet tanımadığı adama qapı açmazdı. Onu aldadıb qapını açdırıblar. Bu cinayət pulla bağlı ola bilər. Bununla bağlı dəqiq araşdırma aparılmasını tələb edirəm. Ərim fabrik sahibi idi. Belə bir şəxsin 300-500 manatlıq mübahisə etməsi mümkün deyil”.

“Göyçay Kərpicsan” MMC-də satış meneceri Elnur Xəlilov məhkəməyə verdiyi ifadəsində göstərib ki, hadisə baş verən gün ofisə gəlib: “Qapı açıq idi. İçəri baxanda qan izləri gördüm. Nazirlik yaxınlıqda olduğu üçün ora getdim və polislərə hadisə ilə bağlı məlumat verdim. Polislərlə birlikdə ofisə qayıtdım. Mehmet yerdə qan içində uzanmışdı. Mətbəxdən kəskin qaz iyi gəlirdi. Polislər dərhal bizi ofisdən kənarlaşdırdılar ki, birdən partlayış olar”.

Hakim Rasim Məmmədova sərbəst ifadə verməyi təklif etsə də o, səhhətində yaranan problemlə əlaqədar ifadə verə bilməyəcəyini dedi. O, ifadə verməsi üçün məhkəmənin təxirə salınmasını xahiş etdi. Məhkəmə prosesi fevralın 4-də saat 10:00-da davam etdiriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türk iş adamının qatili həbsdə qaldı

    Türk iş adamının qatili həbsdə qaldı ...

    1-12-2015, 18:33

  • 
  • Türk iş adamını öldürənə ömürlük cəza tələbi

    Türk iş adamını öldürənə ömürlük cəza tələbi ...

    13-04-2015, 21:52

  • 
  • Həmkəndlisini öldürən 20 yaşlı gəncin məhkəməsi başladı

    Həmkəndlisini öldürən 20 yaşlı gəncin məhkəməsi ...

    18-04-2015, 22:53

  • 
  • Bakıda ofisdə yanğın olub

    Bakıda ofisdə yanğın olub ...

    6-02-2016, 18:29

  • 
  • Rasim Əliyevin qatilləri ifadə verdi

    Rasim Əliyevin qatilləri ifadə verdi ...

    18-01-2016, 12:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu