GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Afrikalı nazir qızı azərbaycanlının “Yaguar”ında digər şəxsi necə öldürdü? - FOTOLAR

Afrikalı nazir qızı azərbaycanlının “Yaguar”ında digər şəxsi necə öldürdü? - FOTOLAR

Tarix: 31-01-2014, 13:28 Bölmə :Ölkə Baxış: 885
 Afrikalı nazir qızı azərbaycanlının “Yaguar”ında digər şəxsi necə öldürdü? - FOTOLAR
Moskvada 3 nəfərin ölümü ilə nəticələnmiş avtomobil qəzasının üstü açılıb. Virtualaz.org xəbər verir ki, afrikalı nazir qızının törətdiyi bu qəzada ölənlərdən biri azərbaycanlıdır. Qəzaya düşən maşını isə nazir qızına başqa azərbaycanlı veribmiş.

2010-cu ildə baş vermiş bu səs-küylü qəzanın kim tərəfindən və necə törədildiyi barədə istintaq artıq yekunlaşıb. Həmin əhvalat barədə “Moskovskiy Komsomolets” qəzeti yazır. Müstəntiqlər qəzanı kimin törətdiyini “Zoluşka” nağılında olduğu kimi, maşında qalan qırmızı tufli vasitəsilə aça biliblər.

Bildirilir ki, sözügedən qəza 2010-cu ilin payızında Moskvanın Lenin prospektində baş verib. İçərisində Rusiya Xalqlar Dostluğu Universitetinin tələbələri olan “Yaguar S-Type” avtomobili yüksək sürətlə hərəkətdə olarkən işıq dirəyinə dəyib. Avtomobildəki dörd nəfərdən üçü yerindəcə ölüb, möcüzə sayəsində Qana Respublikasının vətəndaşı, atası bu ölkənin yüksək rütbəli diplomatı və naziri olan Lina Ahmed sağ qalıb.



Əslində isə istintaq müəyyən edib ki, avtomobili idarə edən də Lina olub. Lakin 3 nəfərin öldüyü qəzadan sonra o, hadisə yerinə gələn polislərə bildirib ki, sükan arxasında yox, sərnişin kreslosunda oturmuşdu. Polislər buna inanaraq Linanı buraxıblar, sonradan onun yalan dediyi üzə çıxanda isə artıq gec olub. Məlum olub ki, Lina artıq Rusiyada yoxdur.

Qəzetin yazdığına görə hadisə Hellouin bayramı günündə, oktyabrın 30-da baş verib. Universitetin tələbələri, Qvineya-Bisaudan olan Osvaldo Korreya, qanalı Bernard Antvi-Boasikao, azərbaycanlı Elbrus Seyidov və Lina Ahmedin olduğu kampaniya yaxşıca əylənib.

Gecə yarısı Lina əyləncəni davam etdirmək üçün bara getməyi təklif edib. Dəbdəbəli “Yaguar”ı isə ona azərbaycanlı tanışı Orxan İsmayılov verib. Lakin afrikalı qıza maşını idarə etmək üçün etibarnamə verməyi “unudub”. Bu cür xırda məsələ isə afrikalını narahat etməyib. Axı onun vətənində qayda-qanunla maşın sürən kimdir? Hər il Qanada avtomobil qəzalarında 2 mindən çox adam ölür. Üstəlik Linanın atasının diplomatik immuniteti var. Onun atası Mustafa Ahmed yüksək rütbəli diplomatdır, ölkəsinin əsas nazirliklərindən birinin rəhbəridir. Azərbaycanlı anası Sabina isə biznesvuməndir. Linanın atası da vaxtilə Moskvada oxuyub.

Ərköyün afrikalı balası Lina ziyafət paltarında və dikdaban qırmızı tuflidə “Yaguar”ın sükanı arxasına keçir. Yanında Osvaldo oturur, Bernard və Elbrus isə arxa oturacaqda əyləşirlər. Lina qaza basan kimi “Yaguar” komet kimi şığıyır. Gecə saat 1.40 olduğu üçün küçələr boş olur, ancaq “Yaguar” yolda idarəetməni itirir və saatda 91 kilometr saat sürətlə işıq dirəyinə çırpılır. Sürücü möcüzə sayəsində sağ qalır, sürücü tərəfin qapısı yerindən çıxır və zərbə Linanı qazonun üstünə atır. O, yüngül sıyrıqlarla canını qurtarır, üç tanışı isə yerindəcə ölür.

 Afrikalı nazir qızı azərbaycanlının “Yaguar”ında digər şəxsi necə öldürdü? - FOTOLAR

Lina əvvəlcə özünü itirir, ancaq dərhal başına möhtəşəm ideya gəlir: “Yaguar”ın sürücüsü kimi artıq ölmüş dostu, qvineyalı Osvaldonu qələmə versin. Axı ölüdən kim nə soruşub dəqiqləşdirə bilər? Qanalı nazir qızı tanışı Orxana zəng edir. Orxan afrikalı dostu ilə Linanın köməyinə gedir, hadisə yerinə polislər də gəlir. Lina göz yaşları içində polisləri əmin edir ki, sükan arxasında Osvaldo idi, Orxan və digər afrikalı isə bir ağızdan bunu təsdiq edirlər, Osvaldonun sükan arxasında olduğunu öz gözləri ilə gördüklərini deyirlər.

Bəlkə də Linanın danışdıqlarına hamı inanardı. Ancaq Zoluşka kimi qırmızı tuflisinin birini maşında, sürücü kreslosunun altında unutmasaydı. Daha sonra ekspertiza araşdırır ki, gombul Osvaldo heç sürücü kreslosuna yerləşməzmiş. Çünki sürücü kreslosu sükana çox yaxın nizamlanıb və onun ölçülərinə uyğun olmayıb. Nəhayət ekspertiza maşını Linanın idarə etdiyini sübuta yetirir.



Ancaq gec olur. Lina elə qəzanın ertəsi günü atasının diplomatik əlaqələrindən istifadə edərək Rusiyanı tərk edir. Moskvada isə onun barəsində 5 maddə üzrə iş qaldırılır. 2011-ci ildə afrikalı nazir qızı beynəlxalq axtarışa verilir və nəhayət İnterpol müəyyən edir ki, o, Qananın paytaxtı Akkrada yaşayır. Lakin Rusiya ilə Qana arasında qarşılıqlı ekstradisiya haqda razılaşma olmadığından onun Rusiyaya təhvil verilməsi mümkün deyil. Hazırda Rusiya hüquq-mühafizə orqanları Linanın Qanada həbs olunmasına çalışır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yadigar Məmmədli qızının toy günü ağır qəza keçirib - Maşın aşıb

    Yadigar Məmmədli qızının toy günü ağır qəza ...

    23-09-2014, 00:46

  • 
  • Qorbaçov qəzaya düşdü...

    Qorbaçov qəzaya düşdü... ...

    4-04-2015, 13:56

  • 
  • Sərxoş sürücü qəza törədib

    Sərxoş sürücü qəza törədib ...

    2-10-2015, 22:32

  • 
  • Nazir müavini qəzaya düşdü: xanımı, oğlu və sürücüsü öldü

    Nazir müavini qəzaya düşdü: xanımı, oğlu və ...

    19-07-2013, 01:10

  • 
  • Azərbaycanda hər ailəyə neçə avtomobil düşür? – STATİSTİKA

    Azərbaycanda hər ailəyə neçə avtomobil düşür? – ...

    22-12-2013, 23:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu