GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qubanın keçmiş icra başçısının malikanəsini türk biznesmen alıb

Qubanın keçmiş icra başçısının malikanəsini türk biznesmen alıb

Tarix: 5-02-2014, 09:28 Bölmə :Ölkə Baxış: 968
Qubanın keçmiş icra başçısının malikanəsini türk biznesmen alıb
Rauf Həbibovun yandırılan villası fantastik qiymətə satıldı

2012-ci ilin martında Qubada baş verən qiyamla devrilən icra başçısı Rauf Həbibovun rayonun mərkəzində yerləşən 3 mərtəbəli villası bir neçə gün öncə satışa çıxarılıb. Bu barədə “Yeni Müsavat”a Quba Rayon İcra Hakimiyyətinin sabiq işçisi məlumat verib. O bildirib ki, keçmiş icra başçısı qohumu İmran adlı maklerin vasitəsilə satışa çıxarılan villa ilə bağlı kataloq tərtib etdirib. Ancaq həmin kataloqda villanın yanmadan öncəki şəkilləri dərc olunub.

Yanan villanı alan türk iş adamı kimdir?
Rauf Həbibovun yanan villasını alan şəxsin kimliyi də məlumdur. Bu, əslən Türkiyənin Trabzon şəhərindən olan Ahmet Çetinkaya adlı biznesmendir. A.Çetinkaya mərkəzi Ankarada yerləşən “Yunus” adlı nəqliyyat şirkətinin sahibidir. Sözügedən şirkətin Bakıda Dərnəgül şossesində ofisi və “TIR” qarajı var. Türkiyə, Gürcüstan və Azərbaycanda fəaliyyət göstərən sözügedən şirkət ölkəmizə Türkiyədən tekstil məhsulları gətirir. Ahmet Çetinkaya keçmiş icra başçısı Rauf Həbibova yaxınlığı ilə tanınır. Rauf Həbibovla Ahmet Çetinkaya Qələduz kəndində Qudyalçayın yaxınlığında bağ qonşusu olublar. Onlar arasındakı dostluq münasibəti də elə o vaxtdan yaranıb.

Bu barədə məlumatı verən mənbə Rauf Həbibova məxsus villanın satış qiymətini də öyrənə bilib: “İlkin qiymət 1.5 milyon dollar olub. Qiymətin baha olmasının səbəbi isə həyətin çox böyük olması və yarımçıq bir tikilinin olması göstərilib. Villanın yanması və ciddi təmirə ehtiyacı olduğu üçün qiymət 800 min manata qədər endirilib. Malikanənin yenidən təmir olunacağı gözlənilir”.

Rauf Həbibovun Qubadakı digər mülklərinin taleyi necə olacaq?

Rauf Həbibov işdən çıxarılandan sonra qəzetlər yazdı ki, sabiq icra başçısının Qubada mülkləri əl dəyişib. Amma bu məlumat bir müddət sonra təsdiqlənmədi. Rauf Həbibovun zamanında icra hakimiyyətində işləyən şəxs bizə bu barədə geniş məlumat verdi. Adının hallanmasını istəməyən icra hakimiyyətinin sabiq işçisi qeyd etdi ki, Rauf Həbibov qəzetlərin onun təkcə Qubada olan varidatını araşdıraraq ortaya çıxarmasından olduqca narahat olub: “Mülklərinin əlindən çıxacağını görən sabiq icra başçısı Qubada olan bütün əmlakını satışa çıxarıb. Rauf Həbibov bu işi Kamandar adlı bir şəxsə tapşırıb. Kamandar adlı şəxs nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə tanınır”.

Rauf Həbibovun Qubada icra başçısı işlədiyi dövrdə əldə etdiyi mülklər və torpaqların siyahısı bir neçə dəfə “Yeni Müsavat” da dərc olunub.

Xatırladaq ki, martın 1-də Qubada icra başçısı R.Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya əvvəlcə dinc xarakterli olsa da, sonra zorakılıqlar baş verib. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Həbibovun iki villası yandırılıb. Bundan sonra Daxili Qoşunlar və polis qüvvələri ilə yerli əhali arasında qarşıdurma olub. Əhali yalnız R.Həbibov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra sakitləşib.

Aksiyaçılar R.Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara təhqir kimi qəbul etdiklərini bildiriblər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QUBA TORPAQLARINI BAKIDAKI DƏLLALLAR SATIŞA ÇIXARIB

    QUBA TORPAQLARINI BAKIDAKI DƏLLALLAR SATIŞA ...

    8-07-2013, 17:02

  • 
  • Quba olaylarında şok gəlişmə: təxribat olub

    Quba olaylarında şok gəlişmə: təxribat olub ...

    28-12-2012, 12:29

  • 
  • Quba sahibkarları icra başçısına hədə yolladılar

    Quba sahibkarları icra başçısına hədə yolladılar ...

    14-07-2013, 20:15

  • 
  • İcra başçısı işlətdiyi fəhlələrin maaşını vermir

    İcra başçısı işlətdiyi fəhlələrin maaşını vermir ...

    5-08-2013, 12:07

  • 
  • İCRA BAŞÇISI OD PÜSKÜRÜR - A kişi, gedin öz işinizlə məşğul olun.

    İCRA BAŞÇISI OD PÜSKÜRÜR - A kişi, gedin öz ...

    26-07-2014, 18:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu