"Oğru Quli"yə yaxınlığı olan şəxslərin həbs olunsun, Rövşən Lənkəranskiyə isə dəstək verilsin
Nazirlikdə keçrilən mühüm toplantıda Rövşən Lənkəranskiyə dəstək vermək qərara alındı Yanvarın 21-də Daxili İşlər Nazirliyində cinayətkar aləmdə "Oğru Quli" ləqəbilə tanınmış Nadir Səlifovla bağlı toplantı keçrilib. Bu barədə Avropa.info-ya hüquq mühavizə orqanlarındakı mənbə məlumat verib. Mənbənin bildirdiyinə görə, Daxili İşlər Nazirinin müavini Vilayət Eyvazovun rəhbərliyi ilə keçrilən tədbirdə "Oğru Quli"yə yaxınlığı olan şəxslərin həbs olunması və onun əhatə dairəsinin daraldılması barədə tapşırıqlar verilib. Əvəzində isə Rövşən Lənkəranskiyə dəstək verilməsi barədə göstərişlər verilib. Mənbə bildirir ki, göstəriş təxminən belə ifadə olunub:" Lənkəranskinin adı əlindən alınıb. Əvəzində isə, "Quli"nin adı bərpa olunub. Lənkəranski "oğru aləmi"ndəki adını və Azərbaycandakı cinayətkar "aləm"dəki nüfuzunu bərpa etmək üçün nə bacarırsa edəcək.Bacarmadığını da biz ona kömək göstərməliyik". Mənbə bildirir ki,məhz bu toplantıdan sonra "Oğru Quli"yə yaxınlığı ilə seçilən 11 nəfər Bakının Xətai rayonu ərazisində “Fərat” çayxanasında həbs olunublar. DİN isə rəsmi açıqlama verərək bu şəxslərin kriminal "aləm"ə aid olduqlarını təsdiq edib. Toplantıda DİN-ə aid olan bütün strukturların nümayəndələrinin iştirak etdiyi bildirilir. Qeyd edək ki, hələ qətlə yetrilməmişdən öncə, "proqon" verərək Rövşən Lənkəranskinin "oğru" adının alındığını, "Oğru Quli"nin isə "oğru" olduğunu bildirmişdi. Azərbaycanlı bütün "oğru"lar da bu qərarı dəstəkləmişdilər. Daxili İşlər Nazirliyinin də mövqeyini işıqlandırmağa hazırıq
Sorğu
Yeni dizaynımız necədir?