Əvəz Zeynallıya qarşı qondarma ittihamın əsas obrazı olan bu şəxs kimdir?
Qəzetimizin ötən saylarında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla Qafqaz Müsləmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə arasındakı münaqişəyə dair məlumatlar yer almışdı. Məqalədə Aydın Heydərov adlı bir şəxsin Şeyx tərəfində olanların sırasında adının çəkilməsi ilə bağlı olaraq məlumat vermişdik. Və həmin tanıtım yazısında hazırda şərlənərək həbsdə olan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı da fraqmentlər yer almışdı. Bu yazıda Aydın Heydərovun məhkəmə prossesində Əvəz Zeynallının üzünə duran şəxs kimi təqdim edilib. Əslində arayış verilmədiyindən Aydın Heydərovun kim olduğu və bəlkdə dəqiq tanışlıq təqdim olunmayıb. Məsələ burasındadır ki, Aydın Heydərov sifarişlə və şərlənərək həbs edilmiş Əvəz Zeynallının üzünə duranlardan biridir. Və ötən yazımızda da məhz yazının ümumi ruhu olaraq A.Heydərovdan Şeyxlə merin savaşında əsas vasitə kimi istifadə olunduğunu qeyd etməyə çalışırdıq. Sadəcə olaraq A.Heydərovun kimliyi barədə arayış təqdim edilmədiyindən və məhkəmə prossesində bu şəxsin oynadığı müvafiq rol çılpaqlığı ilə anlaşılmayıb. Gələn saylarımızda bu mövzuda araşdırmalarımız olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?