«Karvan»ın sahibi rayonda insanlarla istədiyi kimi davranır
Rayonda vaxtilə minik avtomobillərinə yağ və benzin əlavə etməklə çörək pulu qazanan, əslən Ermənistanın Polad Ayrımından olan Elşad Qasımov az zaman kəsiyində sabiq icra başçısı Rauf Hüseynovla əlbir olaraq Qazax şəhərində “Karvan” tikinti materialları mağazasını açdı. Rayonda abadlıq-quruculuq işləri aparılan kimi başçı bütün materialları yalnız “Karvan”dan götürülməyini idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırırdı. Beləcə, özünə var-hal toplayan Elşad Qasımov çox keçmədi ki, həmin dövr Qazax Mərkəzi Uşaq Xəstəxanasının qənşərində rayonda MTN-in Qazax Şöbəsinin rəisi işləmiş Azər müəllimin kommersiya məqsədi ilə tikdirdiyi 2 mərtəbəli binanı aldı. Həmin binanı da mağaza edərək böyük tikinti materiallarının satışı mağazasına çevirdi. Burada da milyon qazanan Elşad Qasımov həmin mağazanın arxasında yerləşən “Akasiya” yeməkxanasını 190.000 manata aldı. Üstəlik, mağazaya bitişik yenidən 2 mərtəbəli bina da inşa etdirir. İşə bax ki, Qazaxda “Çay evi”nin sol tərəfdindəki beşmərtəbəli binada məhkəməyə məxsus xidməti evi də özəlləşdirdi. Ən bahalı minik avtomobili də aldı. Sonra nələr, nələr, nələr... Lakin Qazaxda adi bir yağ tökənin birdən - birə bu qədər varlanmasına çoxları mağazanın hesabına olmadığını da düşünürlər. Yəqin bunu aidiyyəti orqanlar da yaxşı bilir, lakin nədənsə üz vurmurlar. Bəs məsələ necədir? Fikir verin, bu qədər var-dövləti olan bu adam adının çəkilməsini məsləhət bilmədiyimiz dul qadına 2-ay ərzində pulunu almaq şərti ilə kombi istilik sistemi üçün material verir. Vaxtı tamam olmamış başlayır pulunu istəməyə. Qadın da ”yaxin gündə verəcəyini” bildirsə də Elşad bununla razılaşmır. Nəticədə, qışın belə çağında usta götürərək qadının evinə gəlir və kombiyə məxsus bütün sistemi sökdürür. Həmin an qadının 3 yaşındakı nəvəsi də yanında olur. Uşağın qorxudan ağlamasına məhəl qoymayan Elşad Qasımov avadanlığı maşına yükləyərək mağazasına gətirir. Məsələ ilə əlaqədar redaksiyaya ərizə ilə müraciət edən qadın bu cür kişilərin ədalətsiz işlərinin ictimailəşdirilməsini xahiş edir. Doğurdan da, bu xoşagəlməz vəziyyət bir növ soyğunçuluq xarakteri daşıyır. Çünki Elşad Qasımov aciz bir qadının üstünə o zaman “xox” edə bilərdi ki, qadının həyat yoldaşı olardı. İkincisi malı nisyə götürmüş qadınla Elşad Qasımov arasında müqavilə olmalıydı Bu olmayan şərt daxilində Elşadın yad evə “soxulması” qanunvericiliyə əsasən ciddi məsuliyyətdir. Onun bağışlanımaz hərəkətlərini ifşa etməyi qarşısına məqsəd qoyan qadın hüquq-mühafizə orqanlarına şikayət edəcəyini də ərizəsində bildirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?