Onların aksiya keçirməsinə səbəb universitetin rektoru Abel Məhərrəmovun sosial şəbəkə vasitəsi ilə yazdığı aşağıdakı cümlə olub: “Bu ildən etibarən kəsri olan tələbələr alt qruplarda oturmaq üçün əlavə ödəniş ödəməli olacaqlar.”
Bu barədə "Axar.az" saytı "hafta.az"a istinadən məlumat verir.
Xəbərə görə,Universitetin tələbələri isə buna etiraz əlaməti olaraq 3 fevral saat 12:00-da aksiya keçirəcəklərini bildiriblər. Məsələ ilə bağlı universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərovla əlaqə saxladıq. O bildirdi ki, bu qərarın verilməsi hələ dəqiq deyil: "Məsələ ilə bağlı hələ konkret məlumat yoxdur. Bununla bağlı hansısa qərar qəbul olunsa və bizə məlumat verilsə mətbuata açıqlayacağıq. Tələbələri isə narahat olmamağa çağırıram. BDU daxilində bütün tələbələrin problemlərinə baxılıb həll olunur.”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?