DOGRU.TV AZADLIQ.ORG- a istinadən xəbər verir ki,Hər şey lap 20 Yanvar Bakısını xatırladırdı. İnsanların üzündəki ifadə, meydana gətirilmiş tabutlar, hətta meydan boyu düzülmüş güllər. Son illərdə elə bir Avropa ölkəsi olmamışdı ki, demokratiya üçün bu qədər qurban vermiş olsun...
Bəli, indi məlum olur ki, V.Yanukovichin deviriləcəyini Stendford politoloqları hələ üç il bundan əvvəl proqnozlaşdırıbmış.
Əslində onlar belə bir nəticəyə gəliblərmiş ki, aşağı dərəcəli repressiv keyfiyyətlərə malik olan qeyri-populyar rejim kütləvi etirazlarla qarşılaşarkən gücə əl atarsa onun çökməsi labüd olacaq.
Deməli, buradan iki ciddi nəticə çıxır. Avtoritar rejim üçün birinci dərəcəli təhlükə onun qeyri-populyar olmasıdır. Amma çox az avtoritar siyasi sistemə populyar olmaq nəsib olub. Bəs, onlar nə etməlidirlər ki, çökməsinlər?
Burada Stenford politoloqlarının nəzəriyyəsinin növbəti tezisinə diqqət yetirmək lazımdır. Avtoritar sistem özünün repressivlik dərəcəsini artırmalıdır ki, sürprizlərlə qarşılaşmasın. Ona görə ki, kütləvi etirazlar başlayan zaman repressivlik dərəcəsini artırmaq artıq çıxış yolu deyil, iflasın ərəfəsidir.
LUKASHENKO VƏTƏNDAŞ MÜHARİBƏSİNƏ HAZIRLIQ GÖRÜR?
Bunları nədən xatırladım? Bu günlərdə A.Lukashenko parlamentin müzakirəsinə “Hərbi vəziyyət haqqında” qanuna düzəlişləri təqdim edib. Bəs o, Belarus cəmiyyəti üçün hansı sürprizlər hazırlayir? “X günü” də siyasi fiksiya deyil, o, bütün avtoritar rejimlərin alnına yazılıb. Bunu həmin rejimlərin liderləri də bilir və əmindirlər ki, əbədi olaraq belə davam edə bilməz, daim əzdikləri cəmiyyət, təqib etdikləri insanlar bir gün onların üzünə ağ olcaq, onlara qarşı çıxacaq. Ona görə də həmin “X günü”nün müharibəsinə hazırlaşırlar...
Məlum olur ki, etirazlar zamanı güc strukturlarına silah tətbiq etmək hüququ veriləcək və onlar buna görə məsuliyyət daşımayacaqlar. Buradan belə nəticə çıxarmaq olar ki, hətta A.Lukashenko da bilir ki, hansısa “X günü”ndə o, öz həmvətənlərilə döyüşməli olacaq.
Təsəvvür edirsinizmi? Bir görün, illərlə insanlar-avtoritar siyasi rejimlərin vətəndaşları kimlərə itaət edir, kimləri alqışlayır, kimləri bəsləyirlər? O kəsləri ki, onlar öz cəmiyyətlərini özlərinin potensial düşmənləri hesab edirlər, onunla müharibəyə hazırlaşırlar! Bəli, bu, tək Belarus üçün xarakterik deyil, bütün avtoritar siyasi rejimlər belədir.
Ən maraqlısı odur ki, “X günü” də siyasi fiksiya deyil, o, bütün avtoritar rejimlərin alnına yazılıb. Bunu həmin rejimlərin liderləri bilirmi? Əlbəttə, bilir və əmindirlər ki, əbədi olaraq belə davam edə bilməz, daim əzdikləri cəmiyyət, təqib etdikləri insanlar bir gün onların üzünə ağ olcaq, onlara qarşı çıxacaq. Ona görə də həmin “X günü”nün müharibəsinə hazırlaşırlar.
İSLAHATLAT APARILMASA...
Bəli, indi demək olar ki, Ukrayna avtoritar rejimdən qurtuldu. Əgər onlar bu dəfə də öz istədiklərini reallaşdıra bilməsələr, islahatlar aparmasalar, Avropa Birliyilə və NATO ilə münasibətlərinə aydınlıq gətirməsələr, deməli, bu xalq inqilab etməkdən və kimisə devirməkdən savayı bir şey bilmir, bunların yaradıcılıq potensialı yoxdur.
Amma əminik ki, belə olmayacaq. Kobzarların ölkəsinə sülh və əmin-amanlıq gələcək, onlar qurub-yaratmağa başlayacaq.
HƏR ŞEYİN TƏZƏSİ...
Burada Azərbaycanla da bağlı da bir-iki qeyd etmək olardı. Bəzi adamlar maraqlı yol tutub, bütün situasiyalarda ölkə müxalifətinə haqq qazandırmağa cəhd edirlər. Amma bir şeyi undurlar ki, bu 21 ildə çox səhvlər olub, bu haqda da arabir danışmağa dəyər.
Deyirlər, Ukraynada müxalifət xalqı yox, xalq müxalifəti ayağa qaldırdı. Amma belə idimi? Artıq Vilnüs sammitinə yollanarkən müxalifət xalqı ayağa qaldırmış, onu meydana səsləmişdi. Hətta Vilnüsün özünə V.Yanukovichin siyasətinə etiraz etmək üçün insanlar yollanmışdı.
O vaxt müxalifətçilər Vilnüs sammitindən birbaşa meydana qayıtdılar və öz tarixi bəyanatlarını verdilər. Dedilər ki, bu gündən V.Yanukovich öz familiyasını dəyişib Lukashenko qoya bilər... Bir görün, illərlə avtoritar rejimlərin vətəndaşları kimlərə itaət edir, kimləri alqışlayır, kimləri bəsləyirlər? O kəsləri ki, onlar öz cəmiyyətlərini özlərinin potensial düşmənləri hesab edirlər, onunla müharibəyə hazırlaşırlar!
Xalq özü spontan şəkildə çox nadir hallarda etiraza qalxır. Bütün hallarda müxalifətin dəstəyinə ehtiyac duyulur. Yadımıza gəlir, Azərbaycan Avropa Şurasına üzv olarkən müxalifət dinc etiraz aksiyası keçirmişdi. Bunu ona görə etmişdilər ki, Şura Azərbaycandakı ciddi siyasi nöqsanları nəzərə almadan onu sıralarına qatmışdı.
Amma Vilnüs sammiti zamanı belə olmadı. Assosiasiya sazişinin imzalanmamasına görə hətta kiçik bir dinc aksiya da təşkil olunmadı. Halbuki assosiasiya sazişi Avropa Şurasına üzv olmaqdan heç də az önəm kəsb etmirdi.
Ona görə də hər vəziyyətdə müxalifətə bəraət qazandırmaq deyil, səhvləri də görməyi bacarmaq lazımdır. Səhvlər çoxdur.
Düzdür, ölkə seçkidən bir az əvvəl çıxıb. Amma bu anın da üstünlüyü vardı. İnsanların seçki debatları zamanı aldıqları müxalifət impulsu hələ tükənməmiş və yaddaşlarda müxalifətin dedikləri qalmışdı. Bu, da az deyildi, hər halda bir dinc aksiya üçün kifayət edərdi.
Amma indi bəlkə də ən düzgünü nəzərləri başqa siyasi səmtə yönəltməyin, gələcəyin müxalifətini gənclərin arasında axtarmağın zamanıdır. Ukraynada insanlar Y.Tymoshenkonu da qəbul etmir və belə hesab edirlər ki, Ukraynaya yeni nəfəsli gənc liderlər lazımdır. Kim bilir? Bəlkə onlar haqlıdır? Bloqlar / Hüseynbala Səlimov Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?