GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İsmət Abbasovun Ağstafa fiaskosu

İsmət Abbasovun Ağstafa fiaskosu

Tarix: 8-01-2013, 10:14 Bölmə :Ölkə Baxış: 1 597
İsmət Abbasovun Ağstafa fiaskosu

Kənd Təsərrüfatı Nazirliyinin laqeydliyi üzündən vaxtilə dövlətə qoyulmuş plandan da
artıq ət, süd və yun verən istehsal müəssəsi bu gün “ağzı günə” qalıb


Ölkədə özəlləşdirilməyən kənd təsərrüfatı sahələrindən biri də Ağstafa rayon Musa Mikayılov adına Dövlət Damazlıq İdarəsidir. Vaxtilə “Ceyrançöl” sovxozu kimi tanınan damazlıq qoyunçuluqla məşğul olan, minlərlə qoyun-quzu yetişdirən, dövlətə qoyulmuş plandan da artıq ət, süd və yun verən istehsal müəssisəsi bu gün “ağzı günə qalıb”. Çünki, Kənd Təsərrüfatı Nazirliyinin laqeydliyindən yaxşıca istifadə edən Ağstafa rayon rəhbərliyində bərk gedən bir neçə məmur vəzifəsinə güvənərək, damazlıq təsərrüfatına aid torpaq sahələrinin əlverişli hissələrini mənimsədilər, dəyəri hesaba gəlməz qəsəbənin inzibati və sosial binalarını dağıtdılar, material kimi satdırdılar. Hazırda qəsəbə tanınmaz ğörkəmdədir.
Gecələr rayon DDKTİ ərazisində cəmi 3-4 binada işıq yanır ki, burada dövlət idarəsinin təsərrüfatında çalışan çobanlar yaşayır. Onlar da öz heyvanlarını saxlamaq dərdindən otlaq sahələri olmadığından düzlərə düşüb, idarənin direktoru Mansur Mansurov kimisinə çobanlıq edirlər. Bəli, çəkinmədən demək mümkündür ki, elə təsərrüfatı dağıdanlardan biri də elə Mansur olmuşdur. Mansur təsərrüfatın əvvəlki direktoru Rüstəm Quliyevin vaxtında anbardar işləyirdi. Qardaşı Meydanalı Mansurov Ağstafa rayon İH-də müavin işləyərkən Mansurun bu günü üçün sabiq direktoru “gözümçıxdıya” salan qardaş, qardaşı üçün şərait yaratdı. Eyni zamanda damazlıq təsərrüfatının yararlı torpaqlarını da ələ keçirdilər. Mansurovlar qardaşları saysız mal-heyvan sahibi olmaqla, hətta qəsəbədəki bir evi də sökdürərək materialından Ağstafada özləri üçün tikdirdiyi evə istifadə etdilər. Direktor olmamışdan əvvəl talançılıqla məşğul olan M.Mansurovdan indi nə gözləmək olardı ? Yenə də söküb-dağıtmaq, yenə də yalnız özünə işləmək...
Doğurdan da, biz söylənilən biabırçılığın şahidi olmaq üçün təsərrüfata baş çəkəndə, qəsəbədə o vaxtlar fəaliyyət göstərmiş klub və məktəb binalarının 3-4 kub metr sağlam şam taxtalarının sökülmüş halda bir tərəfə qoyulması da diqqətimizi cəlb etdi. Məsələ ilə maraqlanarkən çobanlardan biri yaxınlaşaraq belə danışdı: “Açığı, sovxoz yaranandan mən ailəlikcə burada işləyirəm. Bu gördüyünuz yerdə nələr yox idi... Ölkəyə ən çox ət, süd və yun verən qoyunçuluq indi tamam dağılıb. Belə bir müəssisənin dağıdılmasında ən çox baiskar məhz elə Ağstafa rayonunda oturan indiki bir neçə rəhbərlər olub. Yataqların çoxu da onlarındır. Elə bir özləri sovxoza qəsd etdilər. Damına-daşına kimi sökdürdülər. Mansurov qardaşları da lap axırına çıxdılar. İndiki direktor Mansur isə Allahdan da çəkinmir. Elə bil qalanının da axırına çıxmaq üçün bu adamı bura qoyublar. Ayda 4 dəfə üzünü görər, ya görmərik. Buradakı problemlərimizlə də maraqlanmır. Azarı-dərdi dağıtmaqdır. Baxın, bu gördüyünüz, heç olmazsa qiyməti 600 manata yaxın taxtaları da o, sökdürüb. Rayondakı evində nəsə tikdirir. Ya da qardaşı Meydanalıya lazımdır. Bizə otartdığı şəxsi damazlıq heyvanlar bir yana, o gördüyünüz yataqlar da Meydanalının və Mansurundur. Damazlıq üçün dövlətin ayırdığı yemi, otu, dəni qardaşlar öz şəxsi heyvanlarına yedizdirirlər, dövlətinki isə acından qırılır. Mansur manatının da qədrini bildiyi halda, dövlət nə üçün belələrinə şərait yaradır? Bura hələ belə direktor gəlməyib.”
Bizi düşündürən suallarla əlaqədar yerində tapılmayan direktora telefon açdıq, lakin cavab verən olmadı. Ağstafa icra hakimiyyətində belə məsələlərə birbaşa cavabdeh olan aqrar məsələlər üzrə müavin Ramiz İmanovla telefon söhbətimiz oldu.O isə bildirdi ki, “bu məsələ bizim yaralı yerimizdir. Ancaq mənə birbaşa aidiyyəti olsa da, mən də bacarmıram. Çünki, məni bu vəzifəyə Ağstafa rayon İHB-nın 1-ci müavini Ramiz Tatarov gətirib. Tapşırıqla oturub dururam. Oraya bu kişilər nəzarət edirlər. Oranın yağı da bunlarındır, əti, südü də. Qaldı ki, Mansurovlar Ağstafaya bəladırlar.”
Maraqlıdır kı, ölkə başçısının siyasəti ilə Ağstafa icra hakimiyyətində oturan bəzi bərk gedən məmurların üst-üstə düşməyən siyasəti bu ğün yaşamaqdadır. Buradan Prezident aparatına verilən yalançı məlumatlar yalnız özlərinin maraq dairəsindədir. Belə olmasaydı, həmışə kənd təsərrüfatının , xüsusilə də heyvandarlığın inkişafına önəm göstərən ölkə rəhbərinin söylədikləri, Ağstafa rayon Dövlət Damazlıq Kənd Təsərrüfatı İdarəsində özünü göstərərdi.

İlham Hacılı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağstafada dövlət damazlıq idarəsi talan edilir

    Ağstafada dövlət damazlıq idarəsi talan edilir ...

    11-09-2013, 15:44

  • 
  • Ağstafa təcrübə təsərrüfatında “ təcrübə maxinasiyası”

    Ağstafa təcrübə təsərrüfatında “ təcrübə ...

    23-01-2014, 01:19

  • 
  • İsmət Abbasovun Subsidiya maxinasiyası

    İsmət Abbasovun Subsidiya maxinasiyası ...

    13-12-2012, 12:45

  • 
  • İsmət Abbasovun subsidiya maxinasiyaları

    İsmət Abbasovun subsidiya maxinasiyaları ...

    7-12-2012, 12:03

  • 
  • Nazirliyin strukturu dəyişəcək

    Nazirliyin strukturu dəyişəcək ...

    7-01-2016, 12:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu