Bakının ən böyük prospektindən keçən sürücülər faciə yaşaya bilərlər. Aidiyyəti qurumlar bu məsələyə qısa zamanda çarə tapmasalar, ən ağır hadisənın baş verməsi qaçılmazdır. Heydər Əliyev prospektinin köməkçi yolunda olan “Bağırov körpüsü”ndə qəzalı vəziyyət hökm sürür. Körpünün tavanı qoparaq tökülmə həddinə çatıb. Tavanın üzlükləri bəzi yerlərdə artıq tökülüb. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Milli.Az-a açıqlamasında bildirdi ki, əməkdaşları həmin əraziyə baş çəkib, problemlə yerində tanış olacaqlar, lazım gələrsə, tədbir görüləcək.
Sorğu
Yeni dizaynımız necədir?