Azərbaycanlıların da sıralarında yer aldığı vəhabilər belə təlim alır
Suriyada son vaxtlarda Əsəd rejim qüvvələrinə qarşı təşkil etdiyi güclü əməliyyatlarla gündəmə gələn İslami Cəbhə və Nüsrət Cəbhəsi sosial şəbəkədə öz təlim düşərgələrinin video-görüntülərini yayımlayıb. “Axar.az” Suriya müxalif mətbuatına istinadən xəbər verir ki, düşərgədə təlim keçən döyüşçülərin daha sonra Əsəd rejiminə qarşı vuruşmaq üçün qarşıdurma bölgələrinə göndərildiyi bildirilir. İslami Cəbhə Suriyada müxalif qruplar arasında ən böyük silahlı birlik olan və əsgərləri Suriya vətəndaşlarından ibarət ən güclü müxalif qruplaşmadır. Nüsrət Cəbhəsi Suriyada Əl-Qaidəyə aid olan və əsgərləri əsasən mühacirlərdən (xaricilər) ibarət qruplaşmadır. İki qruplaşmanın da ortaq məqsədi 40 ildir atadan oğula keçən Əsəd diktatorluğunu sona çatdırıb Suriyanı şiə əsaslı İslam dövlətinə çevirməkdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?