GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Şərq Tərəfdaşlığı” proqramından bədbin yanaşma

“Şərq Tərəfdaşlığı” proqramından bədbin yanaşma

Tarix: 29-03-2014, 16:27 Bölmə :Ölkə Baxış: 633
“Şərq Tərəfdaşlığı” proqramından bədbin yanaşma
“Demokratiya və insan haqlarında Azərbaycan az irəliləyib”

Dünən Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində ölkələrə dair hesabat açıqlayıb. Hesabatda altı Şərq qonşusunun – Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın uğurları, eləcə də çatışmazlıqlar olan sahələr göstərilib.
Hesabatda Avropa Komissiyasının gələcək addımları, Avropa Birliyinin növbəti 7 ildə 15.4 milyard avronu necə xərcləyəcəyi müəyyənləşdirilib.

HƏLLEDİCİ İL, ANCAQ...

2013-cü il AB-Azərbaycan ikitərəfli münasibətlərində həlledici il olub. Azərbaycanın Vilnüsdə sammitində iştirakı AB-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün potensialı üzə çıxarıb. Assosiasiya Sazişi və Strateji Modernizasiya Tərəfdaşlığı üzrə danışıqlar, eləcə də enerji məsələlərində əməkdaşlıq davam edib. Azərbaycanla Strateji Enerji Tərəfdaşlığı gücləndirilib; Avropa enerji təhlükəsizliyini artıracaq “Cənub Qaz Dəhlizi”nin tikintisinə dair addımlar atılıb.
Ancaq demokratik idarəçilik və insan haqları islahatları baxımından çox az irəliləyiş əldə olunub. Prezident seçkisinin təşkili narahatlıq yaradıb. Mühüm problemlər üzə çıxıb, ifadə, toplaşma və birləşmə azadlıqlarına məhdudiyyətlər namizədlər üçün bərabər şərait yaradılmasına əngəl törədib. 2012-ci ilin Fəaliyyət Planındakı tövsiyələrdən sonra Azərbaycan ictimai vəsaitlərin idarəolunması məsələlərini qismən həll edib, uyğun olaraq korrupsiya ilə mübarizə sahəsində bəzi addımlar atıb. Ancaq seçki qanunvericiliyinin ATƏT/DTİHB-nin tövsiyələrinə uyğunlaşdırılması üçün əsas tövsiyələrə əməl olunmayıb. Defamasiya və rəqabətlilik qanunvericiliyinə dair qanunlara dəyişiklik olunmayıb. Bu ilin hesabatı və 2014-cü ildə “Şərq Tərəfdaşlığı” Fəaliyyət Planının davamlı həyata keçirilməsi üçün Azərbaycana aşağıdakı tövsiyələr irəli sürülür:

TÖVSİYƏLƏR
“Şərq Tərəfdaşlığı” proqramından bədbin yanaşma
- Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın öhdəliklərinə dair 2013-cü il yanvar qətnaməsinin səmərəli və tam icrası təmin edilsin;
- 2011-ci ilin dekabrında qəbul olunmuş insan haqları Milli Fəaliyyət Planının icrası davam etsin;
- Seçki qanunvericiliyi ATƏT/DTİHB-nin tövsiyələrinə uyğunlaşdırılsın. Gələcək bələdiyyə və parlament seçkilərindən öncə səmərəli icrası təmin olunsun;
- Ədliyyə sistemində islahatlar davam etsin və 2014-2020-ci illər üzrə Ədliyyə İslahatı Proqramı qəbul olunsun. Məhkəmənin tam müstəqilliyi təmin edilsin. Məhkəmə Hüquq Şurasının roluna dair qanun qüvvəyə minsin. Bütün hakimlər üçün bəlli istefa yaşı müəyyənləşsin.
- Böhtana görə cəzanın dekriminallaşdırılması üçün defamasiya qanunu qəbul olunsun.
- Jurnalistlərin, fəalların təhdidi və qətli hallarının araşdırılması üçün tədbirlər sürətləndirilsin;
- 2012-2015-ci illər Korrupsiyaya qarşı Milli Fəaliyyət Planı yerinə yetirilsin;
- İctimai vəsaitlər və maliyyə şəffaflığının dəyərləndirilməsi aparılsın və dərc olunsun. Tapıntılara əsaslanaraq bitkin ictimai maliyyə idarəçiliyinə dair siyasi islahatlar həyata keçirilsin;
- İqtisadi şaxələndirmə və regionların inkişafı siyasəti, özəlliklə bazarda daha çox proqnozlaşdırma və şəffaflıq, investorlar üçün bərabər mühit yaradacaq rəqabət qanununun qəbulu və icrası davam etsin;
- Enerji sahəsində Anlaşma Memorandumuna uyğun olaraq 2013-2014-cü illər üçün tədbirlər həyata keçirilsin;
- Azərbaycanda yerli özünüidarənin siyasi, qanunverici və institusional çərçivəsi Avropa Yerli Özünüidarə Xartiyasına uyğunlaşdırılsın;
- Azərbaycan və Ermənistan prezidentlərinin Minsk qrupu çərçivəsində öhdəliklərinə uyğun olaraq sülh üçün əsas kimi «Madrid Prinsipləri» razılaşmasına doğru addımlar atılsın. Gərginliyi artıracaq və sülh prosesini zədələyəcək hərəkət və bəyanatlardan çəkinilsin;
- Münaqişənin həllinə doğru mühit yaratmaq, müvafiq sülhyaratma tədbirləri həvəsləndirilsin və dəstəklənsin;
- AB təmsilçilərinin Dağlıq Qarabağ və ətraf regionlara maneəsiz çıxışı təmin olunsun. İllik hesabatda AB ilə Azərbaycan arasında 2013-cü ildə əməkdaşlığın müxtəlif sahələrində irəli sürülən, həyata keçirilən, yaxud yubadılan islahatlar qeyd olunub. Onlardan bəzilərinə özəl diqqət yetirməyə dəyər.

İCRA OLUNAN, YUBADILAN İSLAHATLAR
“Şərq Tərəfdaşlığı” proqramından bədbin yanaşma
2011-ci ildə İnsan Hüquqlarına dair Milli Fəaliyyət Planının qəbuluna baxmayaraq, onun bəzi maddələri kağız üzərində qalıb. Seçkiöncəsi bütün sahələrdə siyasi azadlıqlar əsaslı sərtləşdirilib: ifadə azadlığı pisləşib, jurnalistlər və fəallara təzyiqlər artıb, toplaşmaz azadlığı məhdudlaşdırılıb, QHT qanunvericiliyi məhdudlaşıb. Korrupsiyaya qarşı mübarizə sistematik xarakter daşımayıb. 2013-cü ildə məhkəmə sistemində müstəqillik çatışmayıb.
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə ciddi irəliləyiş olmayıb.
Viza rejiminin sadələşdirilməsi və Readmissiya Sazişlərinə dair AB-Azərbaycan danışıqları 2013-cü ilin martında yekunlaşıb. Viza sazişi noyabrda Vilnüs samitində imzalanıb. AB-Azərbaycan Mobil Tərəfdaşlığı dekabrın 5-də imzalanıb. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk prosesində çıxılmaz durum 2013-cü ildə davam edib. İki ölkə prezidenti 2013-cü ilin noyabrında görüşüb. Onlar gələn aylarda yenidən görüşməyə razılaşıblar. 2014-cü ildə də təmas xəttində zorakılıqlar artıb. AB davamlı həlli asanlaşdırmaq üçün ATƏT-in Minsk qrupu həmsədrlərinə tam dəstək verməkdə davam edib.
Avropa Qonşuluq Siyasəti AB ilə Azərbaycan arasında münasibətləri tənzimləyir.

TƏNQİD DOĞURAN MƏQAMLARA RƏSMİ İZAHLAR

Rəsmilər adətən ölkədə bütün zümrələrin hüquqlarının təmin olunduğunu bildirirlər. Parlamentin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bir müddət əvvəl “Milli Fəaliyyət Planı”yla bağlı son bir ildə qəbul olunmuş sənədlər toplusuna baxmağı məsləhət görürdü:
«Nazirlər Kabinetinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, ayrı-ayrı strukturlara administrasiya tapşırıqları, Milli Məclisin üzərinə düşən vəzifələr və onların gerçəkləşməsi yolunda atılan addımlarla əlaqədar bütün sənədlər toplusunu sizə göndərim. Bir daha əmin olasınız ki, nə qədər böyük işlər görülüb». Hesabatda korrupsiya ilə mübarizənin sistematik aparılmadığı bildirilir. Ancaq Korrupsiya ilə Mübarizə Komissiyasının üzvü Əli Hüseynli AzadlıqRadiosuna müsahibəsində ölkədə korrupsiya ilə mübarizədə irəliləyişləri vurğulayır:
“Şərq Tərəfdaşlığı” proqramından bədbin yanaşma
«Korrupsiya ilə mübarizədə məqsəd heç də reytinqlərdə durumu yaxşılaşdırmaq deyil. Gürcüstanın vəziyyəti bir neçə il əvvəl “Transparency İnternational”ın reytinqində çox yaxşı idi. Ancaq hakimiyyət dəyişdi, keçmiş hakimiyyətin dövrü araşdırıldı, çox acınacaqlı hallar üzə çıxdı. Piar məsələsini kənara qoyaq. Bizim ölkədə korrupsiya ilə mübarizə heç vaxt kompaniya xarakteri daşımayıb. Ancaq iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdə korrupsiya ilə mübarizənin spesifikliyi olur, onunla mübarizə də elə də asan deyil. Ancaq son siyasət effekt verməyə başlayıb”.

DİGƏR ÖLKƏLƏR

Gürcüstan və Moldova ötən noyabrda AB-nin Vilnüs sammitində Assosiasiya Sazişlərini paraflayıb və bu il imzalaya bilər. Yerevan 2013-cü ilin sentyabrında Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqına qoşulmaq üçün AB ilə Assosiasiya Sazişini paraflamaqdan imtina edib. Ancaq Brüssel Ermənistanla gələcək əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bəyan edib.
Dağlıq Qarabağa dair AB vurğulayır ki, Ermənistan münaqişə zonasına AB təmsilçilərinin maneəsiz çıxışını təmin etməli, gərginliyi artıran hərəkət və bəyanatları dayandırmalıdır.
Vüsal
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa Birliyi Azərbaycana 30 mln. avro ayırdı

    Avropa Birliyi Azərbaycana 30 mln. avro ayırdı ...

    6-11-2013, 23:00

  • 
  • “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər dəyəcək” - ŞƏRH

    “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər ...

    28-11-2013, 13:03

  • 
  • Avropa Birliyi Azərbaycanla assosiasiya sazişi imzalamağa hazırlaşmır

    Avropa Birliyi Azərbaycanla assosiasiya sazişi ...

    26-11-2013, 15:56

  • 
  • Elmar Məmmədyarov: "Danışıqlar tamamlanıb"

    Elmar Məmmədyarov: "Danışıqlar ...

    23-07-2013, 15:16

  • 
  • "Azərbaycan hökuməti insan hüquqları və qanunun aliliyinə pis münasibətdə"

    "Azərbaycan hökuməti insan hüquqları və ...

    17-11-2013, 12:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (119)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu