Köçkünü kirayədə belə rahat buraxmadılar, deputat isə öz işindədir
Qubadlı rayonundan məcburi köçkün Ağaşirin Baxşəliyev kirayədə qaldığı evdən heç bir səbəb olmadan çıxarılıb. Bu barədə Ağaşirin Baxşəliyev redaksiyamıza özü məlumat verib. Ağaşirin Baxşəliyev qarşılaşdığı haqsızlığın səbəbini də bildiyini dedi: “Deputat Etibar Hüseynovun məcburi köçkünləri təhqir etməsi ilə bağlı aprelin 8-də etiraz aksiyası keçiriləcəyi barədə məlumat vermişdim. Elə evdən çıxarılmağıma da səbəb budur”. Onun sözlərinə görə, bu gün günorta saatlarında ev sahibi gələrək evdən çıxmasını tələb edib. Səbəbini soruşduqda isə heç də gözlənilməz olmayan cavab alıb. “Mən Qubadlı rayonundan məcburi köçkünəm. Bu gün ev sahibi gəldi və evdən çıxmağımı tələb etdi. Səbəbini soruşanda isə dedi ki, başımın ağrımağını istəmirəm. Sən burda qaldığın üçün mənə təzyiq göstərirlər. Eyni həyətdə yaşayan digər kirayəçilər də öyrədilmiş kimi onun sözlərini təkrar edirdi. Dedim ki, heç olmasa 3-5 gün vaxt verin, ev tapım. Ona da imkan vermədi və elə bu gün çıxmağımı tələb etdi. Mən də məcbur qalıb əşyalarımı da götürüb çıxdım. İndi gedməyə yerim də yoxdur. Kirayə pulunu bir gün də olsa gecikdirməmişəm. Məni o evdən çıxarmağa heç bir səbəb yox idi"- Baxşəliyev əlavə etdi. Qeyd edək ki, Ağaşirin Baxşəliyev facebook sosial şəbəkəsində də aksiya ilə bağlı event də təşkil edib. E.ABBASOV
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?