Cavidin dərdi həqiqətən də Azərbaycanda azad yaşamaq yox, Avropada yaşamaq olub
Düşmən qapısında, özünün və ailəsinin təzlükəsizliyinin təmin etmək istəyən Cavid Orucovdan xəbər gəlib. İrəvanın küçəsində azərbaycanlı balasının əlindən tutub gəzən ata geri qayıtmaq istəyir. Qərb dövlətlərində sığınacaq ala bilmədiyi üçün bu ilin yanvarın 29-da Ermənistan-Gürcüstan sərhədindəki Baqrataşen nəzarət buraxılış məntəqəsinə müraciət edərək Ermənistana keçən azərbaycanlı Cavid Orucov nəhayət danışdı. “BBS”yə, milliyyətcə erməni jurnalistə müsahibə verən Orucov əslində bu intervyu ilə özü-özünü ifşa etdi də deyə bilərik. Yəni, adamın dərdinin həqiqətən də Azərbaycanda azad yaşamaq yox, Avropada yaşamaq olduğu onun öz dilindən səslənir. Yaşamağın çətin olduğunu Cavid Orucov yaşda olan adam gərək əvvəldən biləydi. Amma görünür onu ailədə çətinliyə öyrətməyiblər. Ona görə də, o özünü əziyyətə salmaq istəməyib, bir çoxları kimi, xaricdə qoltuq altda yaşamağı vətəndə yaşamaqdan üstün tutub. Hər halda, anasının sözlərinə görə, Ermənistana qaçana qədər Cavid Orucov 3 il ailəsi ilə birgə Norveçdə yaşayıb. Ötən ilin sentyabrında ailə deportasiya edilib. Azərbaycana qayıdandan sonra anası ona ev alıb, mühafizəçi işinə düzəldib. Amma Cavidin xaricdə yaşamaq arzusunu boğa bilməyib. İsrail, Almaniya və Norveç səfirliklərinə müraciət faydasız olunca o Ermənistanı seçib. Bu gün də Yerevanın mərkəzində şəstlə dayanıb azərbaycanca ondan daha təmiz danışan erməni müxbirə müsahibə verir. Oğlunun hərəkətilə bağlı müsahibə verən ananın daha çox utandığı hiss olunur. “Bizdə heç vaxt milli məsələ olmayıb, nə erməni, nə rus nə başqa ona mən qızımdan artıq baxmışam, heç vaxt incitməmişəm onu bunlar danslar gözündən gələr”. Heç Azərbaycanın da belə bir oğula ehtiyacı olduğunu zənn etmirəm. Amma o, öz oğluna, bu balacaya yaxşı ata ola bilərdi. Təəssüf, nə onu bacardı, nə bu birini. Bu gün Cavidin qazancı iki arvaddan 4 uşaqdır ki, onların taleyi də ortalıqdadır. Görəsən o, Azərbaycana qayıda bilərmi və qayıdarsa özünü burda necə hiss edər?!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?