GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qərib Məmmədovun idarəsində bürokratiya

Qərib Məmmədovun idarəsində bürokratiya

Tarix: 11-01-2013, 10:46 Bölmə :Ölkə Baxış: 745
Qərib Məmmədovun idarəsində bürokratiya

Ağa Laçınlının torpaq sahəsi lə bağlı məsələ daşa dirəyib

Ötən il sentyabrın 26-da Səbail Rayon Məhkəməsində mərhum şair Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin zəbt olunmasından verilən şikayət üzrə çəkişmə başlanmışdı. Oktyabrın 24-də hakim Nurəddin Bağırov Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən həmin torpaq sahəsində ekspertiza keçirilməsi barədə qərar çıxarmışdı. Qərara əsasən, ekspertiza keçiriləndən sonra məhkəmə prosesi davam etdirilməlidir. Hazırda iş nə yerdədir?
Bununla əlaqədar şairin oğlu, “Mediaforum.az” saytının baş redaktoru Azər Qaraçənliyə bildirib ki, hakim Nurəddin Bağırov ekspertizanın aparılmasını Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edib: “Qərara görə, ekspertizada Məhkəmə Ekspertiza Mərkəzinin eksperti ilə yanaşı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin mütəxəssisi, iddiaçı kimi bizim ailənin və cavabdeh tərəfin – torpağı zəbt etmiş Məmmədovlar ailəsinin nümayəndəsi iştirak etməlidir.
Amma neçə vaxtdır ki, bu ekspertiza məsələsi daşa dirənib. Hakim ekspertizanı 2012-ci il noyabrın 20-nə təyin etmişdi. Həmin gün ekspertizada iştirak etməli olan adamların hamısı Badamdarda, torpaq sahəsi yerləşən ərazidə toplaşdıq. Ancaq bəlli oldu ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi ekspertiza üçün lazımi avadanlığı özü ilə gətirməyib. Həmin avadanlığın olması çox vacib idi, çünki onsuz ekspertiza keçirmək mümkün deyil. Bu səbəbdən noyabrın 20-də ekspertiza baş tutmadı.
Sonra hakim ekspertizanı dekabrın 6-na təyin etdi. Amma həmin gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən bizə bildirdilər ki, komitənin Badamdar üzrə nümayəndəsinin ailəsində hüzr düşüb, gələ bilməyəcək. Komitə nəyə görəsə ekspertizaya başqa bir nümayəndə göndərmədi. Halbuki onların mütəxəssisləri çoxdur. Nəticədə dekabrın 6-na təyin olunan ekspertiza da baş tutmadı.
Bundan sonra hakim dekabrın 18-nə ekspertiza təyin etdi. Yenə həmin gün biz torpaq sahəsinə gəldik. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən də mütəxəssislər gəldi. Ədliyyə Nazirliyinin eksperti, həmçinin cavabdeh tərəfin nümayəndəsi də gəldi. Beləcə ekspertizada iştirak etməli olan tərəflərin hamısı toplaşdı. Amma Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri dedilər ki, indi yağış yağır, yer sürüşkəndir və biz torpaq sahəsinin koordinatını müəyyənləşdirə bilməcəyəyik. Dedilər, avadanlığı avtomobilin baqajından çıxartsaq, üstünə yağış düşəcək və texnika korlanacaq. Biz də dedik ki, bu yağış dünəndən, bu gün səhərdən yağır, əgər yağışda ekspertiza keçirmək olmursa, siz niyə bunu hakimə demirdiniz ki, ekspertizanı başqa vaxta təyin etsin. Bunun xeyri olmadı, onlar dediklərində durdular, nəticədə dekabrın 18-nə təyin olunan ekspertiza da baş tutmadı. Hazırda gözləyirik, hakim ekspertiza üçün hələ ki, yeni vaxt təyin etməyib”.
Azər Qaraçənli qeyd edib ki, məhkəmənin qərar verməsi üçün ekspertiza keçirilməlidir. Baş redaktor Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən narazı olduqlarını vurğulayıb. Onun sözlərinə görə, komitə özünü çox şübhəli aparır: “Ekspertizanın baş tutmamasının səbəbkarı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsidir. Komitə əvvəldən bu işdə qanunsuzluqlar edib, bizim torpaq sahəsini zəbt edən tərəfin qanunsuz sənədlər əldə etməsində iştirak edib. İndi komitə həmin qanunsuzluğu davam etdirir, müxtəlif yollarla çalışır ki, ekspertiza baş tutmasın”.
Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi zaman, 1995-ci il martın 15-də anası Biliy Məmmədovanın adına verdiyi sərəncam əsasında zəbt olunub. Torpaq sahəsi 2011-ci ildə zəbt edilib. 2012-ci il sentyabrın 5-də rəsmi dövlət qəzeti “Azərbaycan”da bu hadisəni kəskin pisləyən yazı dərc olunub. “Şairə verilən torpaq sahəsini saxta yolla ələ keçirmək istəyirlər” başlıqlı həmin yazıdan sonra məsələ ictimailəşərək başqa KİV-lərdə də geniş işıqlandırılıb. Nəticədə sabiq icra başçısı qanunsuz çəkdirdiyi hasarın 2 metrini sökdürüb. Lakin bu hasarın 6 metr yarımdan çox hissəsi hələ də Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsini zəbt etməkdədir.
Torpağı zəbt olunmuş ailə hüquqlarının müdafiəsi üçün bir sıra dövlət instansiyalarına, həmçinin məhkəməyə müraciət edib.
Rasim
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qərib Məmmədovdan baş prokurora şikayət olundu

    Qərib Məmmədovdan baş prokurora şikayət olundu ...

    5-12-2012, 09:48

  • 
  • İlqar Məmmədov məhkəmədə MSK-nı uddu

    İlqar Məmmədov məhkəmədə MSK-nı uddu ...

    18-09-2013, 17:01

  • 
  • Azərsu” rəhbərliyi kimə və nə məqsədlə 5 milyon rüşvət verib? – İddia

    Azərsu” rəhbərliyi kimə və nə məqsədlə 5 milyon ...

    14-12-2014, 00:12

  • 
  • Məhkəmə əlehimizə qərar verdi

    Məhkəmə əlehimizə qərar verdi ...

    20-04-2016, 23:24

  • 
  • Səbaildə torpaq maxinasiyaları araşdırılır

    Səbaildə torpaq maxinasiyaları araşdırılır ...

    25-04-2014, 11:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu