GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İki iri məmurun nurçularla əlaqələri təsdiqlənir

İki iri məmurun nurçularla əlaqələri təsdiqlənir

Tarix: 14-05-2014, 10:03 Bölmə :Ölkə Baxış: 0
İki iri məmurun nurçularla əlaqələri təsdiqlənir
Midhat Çelikpal: “Elnur Aslanovla Elşad İsgəndərovun nurçularla birgə layihələri vardı”

“Mən Elnur Aslanovla Elşad İsgəndərovun Azərbaycanda vəzifədən çıxarıldıqlarını bilirəm. Mənə məlum olduğuna görə, bu iki şəxsin “Gülən camaatı”nın fəalları ilə çox sıx dostluq münasibətləri və birgə layihələri var idi. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfər edəndə mətbuatda belə məlumat yayıldı ki, bizim baş nazir Azərbaycan hakimiyyət orqanlarına nurçuların adlarının olduğu xüsusi siyahı verib. Türk xüsusi xidmət orqanları bu xüsusi siyahını Ərdoğanın onu rəsmi Bakıya təqdim etməsi məqsədilə hazırlamışdısa, deməli, buna çox ciddi əsaslar olub.
Yadınıza salın ki, Türkiyə hökuməti əvvəlcə hərbçilərlə mübarizəyə başlamışdı, indi isə gülənçiləri əsas hədəf kimi seçib. Görünür, Türkiyə hakimiyyətində nurçular sektasının Azərbaycanda geniş və dərin şəbəkə qurması barədə hansısa ciddi məlumatlar olub”.
Bu sözləri mediaya açıqlamasında İstanbulun Kadır Has Universitetinin (Kadir Has University) professoru, politoloq Midhat Çelikpal deyib.
Türkiyəli alimin sözlərinə görə, Fətullah Gülənin sektasının ABŞ xüsusi xidmət orqanları ilə sıx bağlı olması hamıya məlum olan faktdır: “Bu fakt Türkiyə hakimiyyətinə də yaxşı məlumdur. Lakin sual olunur: Türkiyə hakimiyyəti bu haqda indiyə qədər niyə susurdu? Yaxud Azərbaycanı götürək. Hamıya məlumdur ki, gülənçilər Azərbaycanın neft şirkətləri və layihələrinə ABŞ-da uzun müddət lobbiçilik ediblər. Beləliklə, Azərbaycanın enerji şirkətlərinin əlaqələri gülənçilərlə orada kəsişirdi. Unutmaq olmaz ki, Gülənin sektası xaricdə lobbiçilik işi qurmaqda, bu cür fəaliyyəti təşkil etməkdə çox peşəkardır. Nurçular ABŞ-da o qədər gücləniblər ki, senatorlara hətta indi də çox ciddi şəkildə təsir göstərə bilərlər. Yəni gülənçilər ABŞ-da çox güclü və şaxələnmiş böyük şəbəkəyə malikdirlər”.
M.Çelikpal Bakıda gülənçilərə basqıların gələcəkdə də davam edib-etməyəcəyinin mümkünlüyü barədəki suala belə cavab verdi ki, görünür, baş nazir Ərdoğan rəsmi Bakıdan onların Azərbaycana təsirlərini mümkün qədər azaltmağı xahiş edib. Lakin politoloqun sözlərinə görə, gülənçilər də Azərbaycandakı mövqelərini bu asanlıqla əldən verməyəcəklər.
Ərdoğan hökumətinin xarici siyasət kursunun qarşısında dayanan vəzifələri şərh edən professor M.Çelikpal qeyd etdi ki, Ankaranın siyasətinin məqsədi Türkiyənin əsas və nüfuzlu oyunçulardan biri olacağı bir regional münasibətlər sistemi yaratmaqdır: “Məlum olduğu kimi, Azərbaycan Türkiyənin ən sadiq və etibarlı müttəfiqlərindən biridir. Türkiyənin Gürcüstanla da əla münasibətləri var. Amma Ermənistan Türkiyənin regionla bağlı planlarının reallaşmasının qarşısında maneə kimi dayanmaqda davam edir. Doğrudur, bəzən Türkiyə ilə Azərbaycanın maraqları da üst-üstə düşmür. Belə hallar da olur. Amma bu iki ölkə bir məsələdə həmişə eyni mövqedən çıxış edir: Ermənistanın Cənubi Qafqazdakı layihələrdə - istər Bakı-Tiflis-Ceyhan neft kəməri, istərsə də Bakı-Tiflis-Qars dəmiryol xətti layihələrində - iştirak etməsinə imkan verməmək. Daha bir əsas məsələ var. Bu da odur ki, rəsmi Bakı Türkiyə-Ermənistan yaxınlaşmasının baş tutmaması üçün əlindən gələni edir. Azərbaycan bununla bağlı Türkiyə ictimaiyyətinə təsir göstərir. Azərbaycan Dövlət Neft Şirkəti Türkiyədə iş görən nəhəng sərmayədardır. Türkiyə-Ermənistan əlaqələrinə gəlincə isə mən bunun perspektivini görmürəm, münasibətlərin normallaşması prosesi dayanıb”.
KƏRİM
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyət «Antinur kompaniyasina» start verdi

    Hakimiyyət «Antinur kompaniyasina» start verdi ...

    18-03-2014, 18:48

  • 
  • ŞOK: Qafqaz Universitetinin bağlanmasına hazırlıq təsdiqlənir

    ŞOK: Qafqaz Universitetinin bağlanmasına hazırlıq ...

    30-03-2014, 14:23

  • 
  • Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək

    Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək ...

    3-12-2020, 13:01

  • 
  • İlham Əliyevin Türkiyə səfərinin pərdəarxası - "Paralel qurum" yenidən gündəmdə

    İlham Əliyevin Türkiyə səfərinin pərdəarxası - ...

    14-01-2015, 16:47

  • 
  • “Gülən camaatı” terrorçu elan olunacaq

    “Gülən camaatı” terrorçu elan olunacaq ...

    13-10-2014, 15:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu