Xəlifətin yarandığını elan edən "İraq Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması dünyanın ən barbar və qəddar dövləti olmaq iqtidarındadır. Şiə və xristianların bu dövlətdə sağ qalmaları mümkünsüzdür, sünnülərin də işi ağırdır. Lakin dünyanın hər tərəfindən İraqa axışıb gələn radikal islamçılar üçün bu İŞİD-in rəmzi altında toplaşmağa daha bir səbəb verir. İŞİD-in arasında 1500 çeçen də var. Artıq öz qəddarlığı ilə ad qazanmaqlarına baxmayaraq onların əllərində ən yeni silah növləri və yüz milyonlarla dollar var. Qruplaşma günü-gündən qəddarlaşsa da, kübar İraq ölkəsini islamçıların yuvasına çevirən ABŞ, İŞİD-ə qarşı mübarizə aparmağa heç tələsmir.
İŞİD 2006-cı ildən "İraq İslam Respublikası" adı altında fəaliyyət göstərsə də, indiki İŞİD kimi artıq ötən ildən Suriyada döyüşlərə qoşularaq fəaliyyətini davam etdirib. İŞİD-in əsas maliyyəçisi Qatar, onu yalnız Bəşər Əsədin qüvvələrinə qarşı deyil, həmçinin Birləşmiş Ərəb Əmirliyində öz rəqiblərinə qarşı mübarizədə də istifadə edib. Ər-Riyad isə başqa bir islam qruplaşmasını, Cəbhət-ən-Nusranı (Əl-Qaidənin filialı kimi tanınır) maliyyələşdirirdi. Fars körfəzindəki iki monarxiya arasındakı mübarizə mücahidlərin qarşıdurması ilə nəticələndi.
"İŞİD-in fəaliyyəti o qədər uğurlu idi ki, sanki onlar döyüşçü yox, İran, ya Suriyanın xüsusi təyinatlı agentləri idilər. Heç kimin ağlına da gəlmirdi ki, Əl-Qaidəyə qarşı vəhşicəsinə mübarizə aparan bir qrup tapılar" - Yaxın Şərq ölkələri institutunun prezidenti Yevgeniy Sataninskiy deyir.
Amerikalı ekspert Xuan Koulun sözlərinə görə, İŞİD qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadi (əsl adı - İbrahim Əvəd İbrahim əl-Bədri əl-Hüseyni əl-Səmərrai, həmçinin Əbu Dua adı ilə də tanınır) o, "əllərini dirsəklərinə qədər qana batırmış, müasir tarixdə ən tanınmış silsilə qətillər törədən şəxs"dir. Səddam Hüseyn devrildikdən sonra əl-Bağdadi Əl-Qaidə ilə əlaqəsi olan gizli terror qruplaşmasının fəal üzvü olub. Qətlə yetirdiyi insanlar nəinki amerikalı əsgərlər, həmçinin mülki vətəndaşlar da olub. Xuan Koul qeyd edir ki, Əl Bağdadi uşaqları dondurma mağazalarında, böyükləri toylarda, daha sonra elə onların dəfn mərasimlərini təşkil edənləri yas mərasimlərində qətlə yetirirmiş.
2005-ci ildə o həbs edilsə də, 2009-cu ildə ölkənin cənubunda yerləşən Bokka düşərgəsində olan digər dustaqlarla ABŞ və Nuri əl-Maliki arasında olan razılaşmaya əsasən azad edilib. Belə bir əfsanə də var ki, əl-Bağdadi düşərgənin mühafizəsi ilə vidalaşarkən "Nyu-Yorkda görüşənədək, uşaqlar" deyib.
Pul və döyüş uğurları radikal islamçıları cəlb edən əsas məqamlardan biridir. Məlum məsələdir ki, İŞİD yüksək səviyyədə silahlanıb: onların əlində 260 ədəddən çox BTR, İraqda işğaldan sonra helikopterlər, təyyarələr var, bəzi mənbələrin hesablamalarına görə isə İŞİD hal-hazırda dünyada ən varlı mücahid qruplaşmasıdır. Ekspertlərin fikrincə onlarda olan döyüş sursatlarının ümumi məbləği iki milyarddan da çoxdur.
İŞİD ilk hücumlarına başlayanda Nuri əl-Maliki ABŞ-dan kömək istəsə də rədd cavabı alıb. Barak Obama yalnız İraqa 300 əsgər göndərməklə kifayətləndi. Pentaqondan verilən açıqlamaya görə, əsgərlər yalnız səfirlik nümayəndələrini qorumaq üçün oraya göndərilib. Belə olan halda İraq hakimiyyətinin yalnız din qardaşlarına - İrana ümidi qalıb. Tehran isə hakimiyyəti isə şiələrin müqəddəs saydığı şəhərlərin sünnilərin əlinə keçməsindən ehtiyatlanırlar: Kərbəla, Samirə və Nəcəf şəhərləri. Ona görə İran hal-hazırda İraqda İslam İnqilabının Mühafizə Korpusunun (İİMK) 3 batalyonunu yerləşdirib. İŞİD-in işləri hal-hazırda yaxşı getsə də onların xaricdən deyil, daxildən parçalanacağını ehtimal edirlər. Qeyd edildiyi kimi, İŞİD-in rəmzi altında islamın müxtəlif təriqət üzvləri birləşib. Səddam Hüseynin ordusunda döyüşən fanat mücahidlərinin əl-Malikinin şiə hakimiyyətini devirməkdən demək olar ki, başqa məqsəd və niyyətləri yoxdur. Yezit, şiə və xristianların bu qruplaşmada durumları ağır olması ilə yanaşı, sünnilərin də durumu çətindir. Qruplaşmanın üzvləri döyüşçüləri vəhhabi təriqəti üzrə islam əsaslarından imtahan verməyə məcbur edirlər. Bu isə kübar Səddam cəmiyyətində xidmət etmiş əsgərlər üçün çox çətindir. Digər bir məqam da əl-Bağdadinin psixoloji durumu ilə bağlıdır. Ekspertlər, onun qədər aqressiv, psixopotik birisinin müxtəlif marağı və əxlaqi təsəvvürü olan döyüşçüləri nəzarəti altında saxlaya bilməyəcəyini deyirlər.
Sorğu
Yeni dizaynımız necədir?