Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu çətin anlar yaşayıb.
Belə ki, ötən gün baş nazir Davudoğlunun rəhbərliyi altında 62-ci hökumət üzvləri Anıtqəbiri ziyarət edib. Ziyarət zamanı hava yağışlı olduğu üçün Atatürkün mavzoleyi sürüşkən olub.
Baş nazir asta-asta yerisə də, bir necə dəfə yıxılmaq təhlükəsi ilə üzləşib. Onun köməyinə isə yanındakı mühafizəçisi yetişib. Nazirin qoluna girən mühafizəçi onu bir müddət müşayiət edib.
Ziyarətdən sonra hökumət üzvləri Anıtqəbrin pilləkənlərində mətbuata görüntü veriblər.
Sorğu
Yeni dizaynımız necədir?