GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İçdi, uşaqları yadına düşdü, qayınanasını bıçaqladı...

İçdi, uşaqları yadına düşdü, qayınanasını bıçaqladı...

Tarix: 11-11-2014, 00:45 Bölmə :Ölkə Baxış: 0
İçdi, uşaqları yadına düşdü, qayınanasını bıçaqladı...
Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını bıçaqlamaqda ittiham olunan Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Razim Mehman oğlu Həsənovun məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının verdiyi xəbərə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, hadisə bu il fevral ayının 17-də gecə saatlarında Sumqayıt şəhəri, Sumqayıt stansiyası qəsəbəsi, Sülh küçəsi, ev 29-da baş verib.

Hadisənin səbəblərinə gəlincə isə məlum olub ki, azyaşlı övladlarını görmək üçün onların yanına gedən R.Həsənova qayınanası irad tutub və uşaqları göstərməkdən imtina edib. Bundan əsəbiləşən R.Həsənov münaqişə zəminində 1961-ci il təvəllüdlü qayınanası Zərnigar Lətifovaya bıçaqla xəsarət yetirib.

Törətdiyi cinayət əməlinə görə R.Həsənova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan olunub və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Razim Həsənov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Sumqayıt şəhər sakini Zeynəb Həsənova ilə 2007-ci ildə ailə qurduğunu, birgə nikahdan iki övladları olduğunu göstərib: “Müxtəlif ünvanlarda kirayə yaşayırdıq. Arada bir müddət rayonda da (R.Həsənov əslən Saatlı rayonundandır-red.) yaşadıq. Ər-arvad kimi həmişə mehriban olmuşuq. Amma son beş-altı ayda münasibətlərimiz korlanmışdı. Bunun səbəbi isə qayınanam Zərnigar olub. Qayınanam ailə işlərimizə müdaxilə edirdi, arvadımın beynini doldururdu.

İçdi, uşaqları yadına düşdü, qayınanasını bıçaqladı...

Son vaxtlar qayınanamın evində yaşayırdıq. Lakin hadisədən 20 gün əvvəl məni evdən çıxarmışdı, onlarla bir yerdə yaşamağa icazə vermirdi. Təxminən on gün əvvəl uşaqları görmək üçün getdim, məni söyüb qapıdan qovdu”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə baş verən gün növbəti dəfə uşaqları görmək üçün qayınanasının yaşadığı ünvana yollanıb: “Evdə bir şüşə pivə içmişdim. Ürəyim uşaqlarımı istəyirdi. Onları görmək üçün gecə saatlarında qayınanamgilə yollandım. Qayınanam Zərnigar qapını açıb məni görəndə itələyə-itələyə bayıra çıxartdı. Aramızda mübahisə yarandı, yenə də söyüş söyməyə başladı. Əhəmiyyət vermədim, dedim uşaqları görüb gedəcəm.

Zərnigar isə buna imkan verməyəcəyini deyib anamın gorunu söydü. Özümü saxlaya bilmədim, əsəbi halda masanın üstündən götürdüyüm bıçaqla qayınanama bir neçə zərbə vurdum. Neçə zərbə vurmağım yadıma gəlmir. Zərbələrin təsirindən onun yerə yıxıldığını görüb qorxdum və qaçıb getdim. Evdən çıxan zaman digər otaqda yatan arvadım Zeynəb oyanıb qonaq otağına gəldi. Qaçarkən bıçağı da özümlə götürmüşdüm, Bakı-Quba yolunun kənarında boş sahəyə atdım və qardaşımgilə getdim. Qardaşım Namiqə baş verənləri danışdım və onun la birlikdə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə gedib könüllü təslim oldum”.

Zərərçəkmiş şəxs qismində dindirilən Zərnigar Lətifova kürəkəninə ağır cəza verilməsini istəyib: “Razimlə aramızada bir neçə dəfə mübahisəmiz olub. Gecə vaxtı divanda yatarkən Razimin evə gəldiyini gördüm. Əsəbiləşdim, onunla mübahisə etdim. Razim uşaqları görmək istədiyini dedi. Onu evdən qovanda əlindəki bıçaqla qarnıma vurdu. Özümü itirdim. Qızım Zeynəbi köməyə çağırdım. Zeynəb gələnə kimi Razim qaçıb getdi. Bundan sonra məni xəstəxanaya apardılar. Ona ən ağır cəza verilməsini məhkəmədən xahiş edirəm”.

Şahid qismində dindirilən Zeynəb Həsənova həyat yoldaşının içki düşkünü olduğunu deyib: “Evlənəndən sonra müxtəlif ünvanlarda kirayədə yaşamışıq, sonradan anamın evinə köçmüşük. Anamla həyat yoldaşımın araları soyuq idi, arabir mübahisə edirdilər. Razim spirtli içkilərə meylli adam idi. Buna görə mübahisəmiz düşürdü. Razim evdən çıxıb getmişdi, qardaşı Namiqin evində yaşamağa başladı. Sonradan digər qardaşı Ələsgər bizə gəlib Razimin barışmaq istədiyini və bir daha spirtli içki qəbul etməyəcəyini dedi. Buna görə də yenidən barışıb bir yerdə yaşamağa başladıq. Lakin söz verməsinə baxmayaraq Razim yenə də içməyə davam edirdi. Onun bu hərəkəti məni əsəbiləşdirirdi. Hadisədən təxminən 20 gün öncə Razim yenə kirayə ev tutub yaşamağı təlkif etsə də razılaşmadım. Bundan sonra Razim özü çıxıb getdi və yenidən Namiqin evində yaşamağa başladı.

Hadisə baş verən gecə qonşu otaqdan anamın “ay ana, öldüm” deyərək qışqırdığını eşitdim. Cəld yerimdən qalxıb anam yatan otağa keçdim. İçəri girəndə gördüm ki, Razim əlindəki bıçaqla anamın sinəsinə vurub. Onun qaçdığını görüb tez pəncərəni açıb qonşuluqda yaşayan xalam Gülnazı harayladım. Sonra təcili yardıma zəng vurdum. Anamı xəstəxanaya çatdırdıq, onun üzərində cərrahiyyə əməliyyatı aparıldı”.

Məhkəmənin hökmü ilə Razim Həsənov 5 il müddətinə azadlıqdan məhrum edildi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qayınanasını bıçaqlayan şəxsin cəzası açıqlandı - 5 il həbs

    Qayınanasını bıçaqlayan şəxsin cəzası açıqlandı - ...

    4-11-2014, 12:49

  • 
  • Bakıda 52 yaşlı kişi əvvəl qayınanasını, sonra özünü bıçaqladı

    Bakıda 52 yaşlı kişi əvvəl qayınanasını, sonra ...

    13-09-2013, 11:08

  • 
  • Bakıda rəfiqəsini bıçaqlayan futbolçu qıza hökm oxundu

    Bakıda rəfiqəsini bıçaqlayan futbolçu qıza hökm ...

    8-04-2019, 11:47

  • 
  • Qayınatasını döydü, məhkəməlik oldu

    Qayınatasını döydü, məhkəməlik oldu ...

    3-07-2017, 14:18

  • 
  • Bakıda ərini bıçaqla ürəyindən vuran qadının məhkəməsi başladı

    Bakıda ərini bıçaqla ürəyindən vuran qadının ...

    23-01-2019, 11:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu