GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İctimaiyyət Elşən Mustafaoğlu ilə bağlı baş verənləri dəyərləndirdi

İctimaiyyət Elşən Mustafaoğlu ilə bağlı baş verənləri dəyərləndirdi

Tarix: 22-12-2014, 22:20 Bölmə :Ölkə Baxış: 0
İctimaiyyət Elşən Mustafaoğlu ilə bağlı baş verənləri dəyərləndirdi

Tanınmış ilahiyyatçı alim və ictimaiyyət arasında kifayət qədər geniş nüfuzu malik olan Elşan Mustafaoğlunun iki gün bundan öncə həbs olunması barədə yayılan xəbərlər ölkədə şok effekti yaratdı. Ötən həftəsonu yayılan məlumatlarda qeyd olunur ki, ilahiyyatçı 3 gün MTN-də saxladıqdan sonra, guya barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Lakin ilahiyyatçının hansı maddə ilə ittiham olunduğu rəsmən elan edilməyib. Digər tərəfdən şənbə günü Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsindən “AzVision.az”a bildiriblər ki, ilahiyyatçı Elşən Mustafaoğlunun saxlanması barəsində heç bir məlumatları yoxdur.

Elşən Mustafaoğlu Azərbaycanda kifayət qədər tanınmış ilahiyyatçı və ictimai xadimdir. Bu səbəbdən onun ehtimal edilən həbs xəbəri şok effekti yaradıb və sosial şəbəkələrdə gedən müzakirələrdə onun həbsi ilə bağlı bir çox fikirlər yayılıb və hər kəs üçün gözlənilməz olub.

İlahiyyatçının həbsinə münasibət bildirən tanınmış siyasilər ictimaiyyət və inanclı kəsim nümayəndələri baş verənləri birmənalı olaraq pisləyərək, Elşən Mustafaoğlunun vətənpərvər, sivil və radikallıqdan kənar bir şəxs kimi xarakterizə ediblər.

AzadXeber.az olaraq ictimaiyyət nümayəndələrinin, ziyalıların Elşən Mustafaoğlu ilə fikirlərini sizlərə təqdim edirik.

İlqar İbrahimoğlu: “Mən Elşən Mustafaoğlunu illərdir tanıyıram. Çox dürüst, ləyaqətli, sadiq insandır”

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) sədri, ilahiyyatçı alim Hacı İlqar İbrahimoğlu öz facebook səhifəsində tanınmış ilahiyyatçı Elşən Mustafaoğlunun həbsinə reaksiya verib. Açıqlamada deyilir: “Xəbər verildiyi kimi, tanınmış maarifçi və ictimai fəal Elşən Mustafaoğlu həbs edilib. Anlaşılmaz səbəblər ucbatından və qaranlıq qalan məqamlar səbəbindən, Elşən Mustafaoğlu kimi bir ziyalı barədə həbs-qətimkan tədbiri seçilib.

Mən Elşən Mustafaoğlunu illərdir tanıyıram. Çox dürüst, ləyaqətli, sadiq insandır. Mustafaoğlu araşdırmaçı-alim, ictimai fəal olmaqla yanaşı, çox aktiv maarifçıdır. Bununla bərabər, onun yanaşmalarında qırmızı xətt kimi hər zaman dövlətçilik təfəkkürü keçib.
Mustafaoğlunun həbsinə inanmaq olmur. Məmləkətin sayılı maarifçilərindəndir Elşən Mustafaoğlu. Hər zaman şəffaf, dürüst fəaliyyəti ilə seçilib.

Təəccüblüdür ki, E.Mustafaoğlu yenicə QMİ-də posta gətirilmişdi. 10 ildən artıqdır ki, TV-də müəllif proqramlarının aparıcısıdır. Hərtərəfli ictimai bir şəxsdir.
Bəs nə baş verdi?!

Elşən Mustafaoğlu kimi bir ziyalı nə etdi ki, onun barəsində məhz belə sərt qətimkan tədbiri seçdilər?! İnanmaq istəyirəm ki, tezliklə qapısı açılacaq, baş verən bu dəhşət, bir anlaşılmazlıq kimi izah ediləcək.

Allaha pənah...".


Arzu Abdullayeva: “Elşən Mustafaoğlunun həbsinin səbəbi ilə bağlı məntiqli bir cavab tapmaq mümkün deyil”

Açıqlama verən hüquq müdafiəçisi Arzu Abdullayeva bildirdi ki, Elşən Mustafaoğlunun həbsinin səbəbi ilə bağlı məntiqli bir cavab tapmaq mümkün deyil. Bu indiyə qədər baş verən repressiyaların davamıdır və hazırda da davam edir: “Elşən Mustafaoğlunun həbsindən sonra onun barəsində maraqlandım və fəaliyyəti ilə bağlı heç bir radikallıq görmədim. Kifayət qədər sülh sevər və sivil bir inanclı təsiri bağışlayıb.”

Vüsal Hətəmov: “Hazırda Doktor Elşən Mustafaoğlu kimi alimlər öz intellektləri ilə ölkəmizdə radikal dini mühitin yaranmasına, ölkədə din-dövlət qarşıdurmasının başvermə riskinə həmişə əngəl olublar”

Birlik Təşkilatının sədri, şərqşünas Vüsal Hətəmov isə açıqlaması zamanı qeyd edib ki, baş verənləri anlaşılmazlıq kimi qəbul edirəm. Çünki başqa bir şey ağlıma gəlmir:

“Hazırda Doktor Elşən Mustafaoğlu kimi alimlər öz intellektləri ilə ölkəmizdə radikal dini mühitin yaranmasına, ölkədə din-dövlət qarşıdurmasının başvermə riskinə həmişə əngəl olublar. Əsl ziyalı olan Elşən Mustafaoğlunun haqqının bərpa olunması, istintaqın ədalətli olması ümidi ilə..!

Zülfüqar Mikayılzadə: “Onun əxlaqı, davranışı və fəaliyyəti heç bir dindara və qeyri-dindara məxfi deyildir. Hamı onu ağıllı alim və təqvalı bir şəxsiyyət kimi tanıyırdı”

Tanınmış ilahiyyatçı alim Zülfüqar Mikayılzadə isə bildirdi ki, Elşən Mustafaoğlu dini camiədə və xalq arasında kifayət qədər tanınan bir şəxsiyyət olub: “Onun əxlaqı, davranışı və fəaliyyəti heç bir dindara və qeyri-dindara məxfi deyildir. Hamı onu ağıllı alim və təqvalı bir şəxsiyyət kimi tanıyırdı. E. Mustafaoğlunun üstünlüklərindən biri bu idi ki, o heç zaman ixtilaflı məsələlərə getməzdi. Eyni halda istənilən məsələyə münasibət bildirərkən şəxsi marağı ilə yox, Allahın razılığını nəzərə alıb münasibət bildirirdi. Bütün insanlar onu belə tanıyıb və mən də belə tanıyıram. Əgər bundan sonra onun barəsində nəyisə deyiləcəksə, bunların hamısı yalan və iftira olacaq. Biz Elşən Mustafaoğlu barədə ehtimal ediləcək hər hansı bir cinayət ittihamını və həbsi qabaqcadan məhkum edirik və düşünürük ki, bu alimlərimizə qarşı baş qaldıran repressiyaların davamı ola bilər. Nəticədə müsəlmanlar arasında bu işləri görən şəxslərə qarşı nifrət hissi daha da artacaqdır.”

Eldəniz Quliyev: “E. Mustafaoğlu ilə bir neçə dəfə görüşmüşük. Həm ilahiyyatçı şəxsiyyət, həm də bir insan kimi qibtə ediləsi insandır”

Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev isə açıqlaması zamanı qeyd etdi ki, Elşən Mustafaoğlu olduqca elmə, imana və daxili mədəniyyətə malik olan bir şəxsdir:

“Həqiqətən də hörmət ediləsi şəxsiyyətdir. Hesab edirəm ki, onun saxlanılması tarixin bir ironiyasıdır və bir səhvdir. Ümid edirəm çox tez bir zamanda hər şey aydın olar. Azərbaycanda bəzən kimisə sifarişlə şər böhtanla həbs etdirmək də mümkündür. Əgər elə olsa bu görülməmiş bir hadisə olacaq. E. Mustafaoğlu ilə bir neçə dəfə görüşmüşük. Həm ilahiyyatçı şəxsiyyət, həm də bir insan kimi qibtə ediləsi insandır. Eləcə də onun Azərbaycan cəmiyyəti üçün gördüyü işlər göz qabağındadır. Statusları, tədbirlərdəki çıxışları həm cəmiyyətimiz, həm də dövlətçilik üçün gərəkli olub. İndi niyə nə səbəbə saxlanılıb, əsas da maraqlı olan odur ki, niyə susurlar? Artıq 4-5 gündür hadisə baş verib, amma heç bir açıqlama verilmir. Gözləyək Allaha pənah görək nə olur.”

Mirəcəfər Əyyubzadə: “Onun rəhbərliyi dövründə onda elə bir nöqsan görməmişəm. Azərbaycanda nə qədər proffessor varsa, hər zaman Elşən bəy öndə gedənlərdən olub”

Elşən Mustafaoğlunun həbsi ilə maraqlandığını və hələ ki, heç bir orqanın onun həbs edilməsi ilə bağlı rəsmi açıqlama vermədiyini söyləyən QMİ əməkdaşı və tanınmış ilahiyyatçı alim Mircəfər Əyyubzadə bildirdi ki,
o sayt rəhbəri idi və Təzə Pir məscidində fəaliyyət göstərirdi: “Onun rəhbərliyi dövründə onda elə bir nöqsan görməmişəm. Azərbaycanda nə qədər proffessor olubsa, hər zaman Elşən bəy öndə gedənlərdən olub. Bir sözlə mən bu insanı doktor kimi tanımışam.”

Ərəstun Oruclu: “E. Mustafağlunu hər zaman yüksək mədəniyyətə, mütərəqqi düşüncəyə, geniş dünyagörüşünə malik olan vətənpərvər insan kimi tanımışam”

Politoloq Ərəstun Oruclu facebook hesabından E. Mustafaoğlunu tanıdığını və onun dini radikalizmdən uzaq, mütərəqqi bir ziyalı kimi tanıdığını qeyd edib: “Hər zaman yüksək mədəniyyətə, mütərəqqi düşüncəyə, geniş dünyagörüşünə malik olan vətənpərvər insan kimi tanımışam. Tanıdığım 2 ilə yaxın müddətdə bu insanda zərrə qədər də dini radikalizm əlamətinə rast gəlmədim. İndi onu da həbs ediblər, özü də çox absurd bir ittihamla. Özü də elə özlərinin cızma-qara etdikləri ”qanunları" növbəti dəfə ayaqları altına alaraq. Ölkənin yüzlərlə vətəndaşının əlinə silah götürüb, İraqda, Suriyada terrorçu dəstələrin sıralarında döyüşdüyü və belələrinin Azərbaycanın gələcəyinə təhdid yaratdığı bir zamanda, vəzifəsi onlarla mübarizə aparmaq olan dövlət qurumlarının Elşən Mustafaoğlu kimi sağlam düşüncəli insanı həbs eləməsi bir tərəfdən də anlaşılandır. Məqsəd ölkəni müxtəlif qəbildən olan terrorçu, ekstremist radikallardan təmizləmək yox, özlərini istənilən kəsimdən olan sağlam düşüncəli insanlardan sığortalamaqdır, çünki birincilərlə hər zaman asanlıqla dil tapa biləcəklərinə əmindilər. Elə mənim də buna əmin olmaq üçün kifayət qədər əsaslarım var".



Mirvari Qəhrəmanlı: ” Elşən bəy haqqında hər zaman müsbət rəylər eşitmişəm həmçinin yaxşı bir ilahiyyatçı kimi tanımışam“

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə açıqlamasdı bildirdi ki, Elşən Mustafaoğlunun həbsi ilə bağlı hələ heç bir rəsmi açıqlama yoxdur. Niyə nə səbəbə saxlanıldığını heç kim dəqiq bilmir: “Elşən bəy haqqında hər zaman müsbət rəylər eşitmişəm həmçinin yaxşı bir ilahiyyatçı kimi tanımışam. Məni narahat edən rəsmi qurumların münasibətini bilməməkdir. Hər kəs bu insan haqqında bir söz deyir. Dəqiq haqqında heç bir ittiham olmadan günahı sübuta yetirilmədən, artıq bu insan haqqında artıq əskik yazılmağa başlayıb. Ümumiyyətlə bu cür ziyalı ilahiyyatçı haqqında müvəqqəti həbs imkan tədbiri seçilməsi məni çox narahat edir. Bu həbslərin getdikcə artması ürəkaçan deyil. Onun günahsız olduğunu düşünüb Allahdan tezliklə qapısının açılmasını arzu edirəm. Bu yaxınlarda onun Qafqaz Müsəlmanlar İdarəsinə hansısa vəzifəyə təyin edildiyini də internetdən oxudum. Telekanallarda çıxışlarını izləmişəm gözəl insandır. Bir sözlə kimliyindən asılı olmayaraq hansısa bir ilahiyyatçının həbsi məni hər zaman narahat edir.”



Xəyal Şükür
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • MTN-də Şeyxin əleyhinə ifadə verməsi istənilən ilahiyyatçı özünü günahkar bilmir

    MTN-də Şeyxin əleyhinə ifadə verməsi istənilən ...

    20-07-2016, 02:04

  • 
  • Həbsdə olan ilahiyyatçının istintaqı yekunlaşdı

    Həbsdə olan ilahiyyatçının istintaqı yekunlaşdı ...

    16-06-2016, 12:20

  • 
  • Tanınmış ilahiyyatçı radikalların hədəfində - Cihadçı Əlixan Musayev yenidən “dirilir”

    Tanınmış ilahiyyatçı radikalların hədəfində - ...

    13-12-2019, 20:47

  • 
  • Akif Muradverdiyev MTN-ə aparıldı

    Akif Muradverdiyev MTN-ə aparıldı ...

    21-06-2013, 00:26

  • 
  • Akif Muradverdiyev MTN-ə aparıldı

    Akif Muradverdiyev MTN-ə aparıldı ...

    21-06-2013, 01:05


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu