GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Quba məhbuslarından Rauf Həbibova ittihamlar

Quba məhbuslarından Rauf Həbibova ittihamlar

Tarix: 30-01-2013, 11:07 Bölmə :Ölkə Baxış: 1 713
Quba məhbuslarından Rauf Həbibova ittihamlar

“Rauf Həbibov dırnaqarası məmur idi. O, Qubanı çapıb-talamaq üçün
gəlmişdi. Səbəb camaatın ünvanına dediyi təhqiramiz sözlər idi”


Xaçmaz Rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə 1 mart Quba hadisələrinə görə tutulanların işi üzrə məhkəmə prosesi davam edir. Əvvəlki proseslərdə təqsirləndirlən şəxslərin - Quba
bələdiyyəsinin sədri Elxan Əliyev, “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqov, baş redaktoru Zaur Quliyev, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli şöbəsinin əməkdaşı Zakir Məmmədov, yanacaqdoldurma məntəqəsinin sahibi Gülağa Ağayev və onun nəvəsi Muxtar Ələkbərovun sərbəst ifadələri dinlənib. Hazırda məhkəmədə şahidlərin və zərərçəkənlərin dindirilməsi mərhələsidir.
Bu günə kimi keçirilən proseslərdə işdə adı zərərçəkən kimi keçən sabiq icra başçısı Rauf Həbibov ifadə verməyib. E.Əliyevin vəkili Kamandar Nəsibov onun məhkəməyə zorla gətirilməsi haqda vəsatətlə çıxış etsə də, məhkəmə vəsatətlə bağlı qərarını elan etməyib. Dünənki prosesdə Rauf Həbibovun xəstə olması haqda fikirlər səsləndi.
Nümayəndəsi Cavid Əliyev isə buna reaksiya vermədi. Prosesdə ilkin olaraq Quba sakini Aləm Abdullayev tribunaya dəvət olundu. Şahidin anket məlumatları yoxlanılarkən onun bələdiyyə sədri olması qeyd edildi. A.Abdullayev “yalandır, mən heç vaxt bələdiyyə üzvü olmamışam”
deyi. Zaldakı vəkillərdən biri şahidin bu sözünə “ittihamın harası düzdürki” deyə replika ilə cavab verdi. Fevralın 29-da eşitdim ki, Rauf Həbibov qubalıları təhqir edib. Dedilər martın 1-də bununla bağlı
aksiya olacaq. Martın 1-də gəldim Qubanın mərkəzinə. İcra hakimiyyətinin binasının qarşısına gəldim. Sonra onun evinin qarşısına getdim.
Şahid dövlət ittihamçısının suallarına cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxslərdən kimsəni görməyib. Camaatdan eşidib ki, E.Əliyev toplaşanlardan dağlışmalarını xahiş edib. Dövlət ittihamçısının baş verənlərin səbəbi ilə bağlı sualına şahid belə cavab verdi:
- Səbəb Rauf Həbibovun məsuliyyətsiz çıxışları idi. Onun çıxışına internetdə baxmışdım, çox pis təsir etdi. Şahid vəkil Tofiq Allahverdiyevin bir neçə sualını cavablandırdı:
- Rauf Həbibovun rayon ərazisində mülkləri vardı?
- O, icra başçısı yox, işi ilə, hərəkətləri ilə dövlətə qarşı, prezidentə qarşı idi. Bilirsiz, o elə çirkin, iyrənc rüşvət formaları tətbiq edib ki... O təxribatçı idi. Məlum çıxışından əvvəl də hərəkətləri ilə hesab elə ki, qubalıları təhqir eləyirdi.
Hakimin suallarına cavab verən şahid bildirdi ki, R.Həbibov qubalıların ünvanına satqın ifadəsi işlətməsini eşidib. Bundan sonra hakim şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan etdi. Həmin ifadəsində şahid R.Həbibovun İslam Partiyasının sədri, əslən Qubadan olan Mövsüm Səmədovun və vəhhabilərin, müəyyən Qubalıların ünvanına nalayiq ifadələr işlətdiyi qeyd edib.
Hakim:
- Haradan bilirsiz ki, R.Həbibovun əmlakları var?
Şahid:
- Bütün camaat bilir də. Mən eşitdiyimi deyirəm. Mən həmin əmlakların sənədlərini görməmişəm. O, Qubaya gələndə cındır “06”sürürdü, mal, mülk sahibi olub camaatı təhqir elədi, sonra da qaça-qaça getdi.
T.Allahverdiyev:
- Qəçreş yolunun kənarında, sağ tərəfdə yerləşən villalar kimindir?
-Bunu bütün Quba bilir ki, həmin villalar Rauf Həbibovundur. Bunu
uşaqdan da soruşsan deyəcək.
-Rauf Həbibovun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ vardı?
- Yəqin ki olmaz...
R.Həbibovun nümayəndəsi suala etiraz etdi.
Şahid vəkil Kamandar Nəsibovun “Bu hadisələrin baş verməsinin səbəbi nə idi” sualına belə cavab verdi:
- Rauf Həbibov dırnaqarası məmur idi. O, Qubanı çapıb-talamaq üçün gəlmişdi. Səbəb camaatın ünvanına dediyi təhqiramiz sözlər idi. Növbəti şahid Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi Rövşən Ağayev oldu. O, martın 1-də etiraz aksiyasının keçirildiyi əraziyə asayişi təmin etmək üçün göndərildiklərini söylədi. Bildirdi ki, həmin ərazidə təqsirləndirilən şəxslərdən kimsəni görməyib. Şahid Xəyal Abdullayev prosesdə iştirak etdiyi üçün onun dindirilməsi qanunla yolverilməz hesab edildi. Şahid kimi zala dəvət olunan Xaçmaz RPŞ-nin serjantı Səxavət Abdiyev də olaylar zamanı təqsirləndirilən şəxslərdən kimsəni ərazidə görməyib. Buna görə də vəkillər iş üzrə onun şahid kimi tanınmasına etiraz etdilər. Hakim isə bildirdi ki, S.Abdiyevi obyektivlik naminə iş üzrə şahid kimi tanıyıblar. Vəkillərin suallarına cavab olaraq serjant dedi ki, baş verənlərə icra başçısının Quba camaatını təhqir etməsinin səbəb olduğunu eşidib. Bundan sonra Kamandar Nəsibov işdə R.Həbibovun çıxşının montaj olunması ilə bağlı eyni nömrəli, lakin ayrı-ayrı tarixlərdə tərtib olunmuş ekspert rəyləri var. Həmin rəylərdən birini
ekspert Altay Əsədov, digərini isə Lətif Əliyev tərtib edib. Vəkil hər 2 ekspertin prosesə şahid qismində dəvət olunmalarını məhkəmədən xahiş etdi. Vəsatət təmin olundu.
Bundan sonra V.Qonaqov dövlət ittihamçısına müraciət etdi:
-Mənim həbsdə saxlanılmağımla bağlı sanksiyam 5 dəfə artırılıb. Hər dəfə də deyiblər ki, guya Nurullayev parolundan istifadə etməklə Rauf Həbibovun çıxışını youtube-da yaymışam. Amma ötən prosesdə şahid gəlib dedi ki, həmin videonu mən yox, youtube-də o yayıb. Sualım sizədir –
məni 9 aydır niyə həbsdə saxlayırsız? Heç olmasa ev dustaqlığına buraxın. Biz dəhşətli dərəcədə əziyyyət çəkirik. “Stolıpin”də Bakıdan Xaçmaza gələnə kimi soyuqdan az qala ölürük.
Hakim:
- Dövlət ittihamçısına sual verə bilmızsiz. Vəsatətiniz varsa verin.
Rəşid Hacılı:
- Barələrindəki həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün yazılı vəsatət təqdim edəcəyik. Bu vəsatətə yenidən baxmaq üçün çox ciddi əsaslar var. Fasilə zamanı Xaçmaz polisindəki
saxlama yeri ilə bağlı məlumat verdilər. Orada ayaqyolu 3 metr uzunluğu, 1 metr eni olan saxlama yerində yerləşir. Oradakı ayaqyolu adına olan yerə butulka qoyurlar ki, iy onları boğmasın. Orada
istilik, ventilyasiya yeri yoxdur. Bu adamlar hörmətli insanlardır.
Faktiki olaraq bu adamlar qeyri-insani rəftara bərabər vəziyyətə salınıblar.Gətirildikləri vaqonlarda da vəziyyət dözülməzdir. Bəlkə vaqonların dəyişdirilməsi məsələsi qaldırılsın. Mən bu məlumatları
eşidəndən sonra çox pis oldum.
Kamandar Nəsibov:
- Vaqonlar dəyişdirilməyəcək. Çünki vaqonlara Ziya Məmmədov baxır. Möhtərəm hakim “stolıpin” deyilən həmin vaqonlar mal daşımağa belə yaramır. Malı “stolıpin”də Bakıdan Xaçmaza gətirsən ölər.
V.Qonaqov bir daha dövlət ittihamçısına müraciət etdi:
- Əhəd müəllim siz bizi intihar həddinə çatdırmısız. Biz ombudsmasna da müraciət edirik. Bizim saxlama şəraitimizlə gəlib tanış olsun.
Gülağa Ağayev də saxlama, etap olunma şəraitlərinin dözülməz olduğunu, intihar həddinə çatdıqlarınlı söylədi: “Elmira Süleymanova özünlə sabunlu ip gətir, Xaçmaza gəl, ver özümüzü asaq”. Vəkillər Xaçmaz RPŞ-nin Müvəqqəti Saxlama Təcridxanasındakı saxlama şəraitinin yaxşılaşdırılması üçün dəfələrlə ən müxtəlif instansiyalara müraciət etdiklərini, amma nəticə olmadığını söylədilər. Bundan sonra fasilə elan olundu. Fasilədən sonra hakim bildirdi ki, təqsirləndirilənlərin məhkəməyə gətirilməsi və aparılmasının “stolıpin”lə deyil, maşınla həyata keçirilməsi üçün müvafiq quruma müraciət edib.
Bundan sonra Qubanın sabiq deputatı, hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr Mərkəzinin direktor müavini Həmdulla Cəfərov şahid qismində ifadə verdi. H.Cəfərov təqsirləndirilən Z.Məmmədovun onun işçisi olduğunu, icra başçısının Qubalıları təhqir etməsini də ondan eşitdiyini söylədi. Bildirdi ki, Z.Məmmədov ona R.Həbibovun çıxışı olan disklər yollayıb, lakin həmin disklərə baxa bilməyib. Sonradan isə R.Həbibovun çıxışı ilə internetdə tanış olub. Şahid vəkillərin
suallarına cavab olaraq həmin çıxışın ona pis təsir etdiyini söylədi.
H.Cəfərovun oğlu Yunis Cəfərli şahid qismində ifadə verəndən sonra proses fevralın 7-i 10:30-a kimi təxirə salındı.
HÜSEYN ABBASOGLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakim şahidə "əəə hallanmısan?" dedi, şahid özünü döğradı; Rauf Əliyev zaldan qaçdı - Məhkəmədə dəhşət

    Hakim şahidə "əəə hallanmısan?" dedi, ...

    1-08-2014, 18:43

  • 
  • Qubanın keçmiş icra başçısının malikanəsini türk biznesmen alıb

    Qubanın keçmiş icra başçısının malikanəsini türk ...

    5-02-2014, 09:28

  • 
  • Quba Hadisələrindən 2 İl Ötdü (VİDEO)

    Quba Hadisələrindən 2 İl Ötdü (VİDEO) ...

    1-03-2014, 12:02

  • 
  • QUBA TORPAQLARINI BAKIDAKI DƏLLALLAR SATIŞA ÇIXARIB

    QUBA TORPAQLARINI BAKIDAKI DƏLLALLAR SATIŞA ...

    8-07-2013, 17:02

  • 
  • Rauf Arifoğlu Əvəz Zeynallıya görə dindiriləcək

    Rauf Arifoğlu Əvəz Zeynallıya görə dindiriləcək ...

    26-02-2014, 12:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu