2012-ci il martın 1-də baş vermiş və yaxın tarixin “Quba üsyanı” sayılan hadisədən 2 il keçir. Quba rayonunun həmin dövr İcra Başçısı olan Rauf Həbibov keçirilən iclasların birində Quba camaatına qarşı təhqiredici ifadələrdən istifadə etmişdi. Təhqiredici ifadələrin işləndiyi video youtube portalında yayımlanandan sonra böyük bir kütlə tərəfindən mənfi qarşılanmışdı. Bununla bağlı internetdə, sosial şəbəkələrdə çağırışlar olmuş və 1 mart tarixinə aksiya təyin edilmişdi. Mitinq iştirakçıları İcra Hakimiyyətinin yardımçı binalarını və Rauf Həbibovun evini yandırdıqdan sonra icra hakimiyyətinə doğru yürüş keçiriblər. Bu zaman polis və daxili qoşunların hərbçiləıri ilə toqquşmalar yaranıb. Yaralanan və saxlanılanlar olub. Etirazçılar icra başçısının istefasını hadisələrdə saxlanan şəxslərin azad olunmasını tələb edərək, yerinə yetirilənə qəsdər aksiyanı davam etdirəcəyini bildiriblər. İcra başçısının vəzifədən azad ediləcəyi vədindən və saxlanan şəxslərin azad olunmasından sonra vəziyyət stabilləşib. Martın 2-də isə Rauf Həbibov prezidentin sərəncamı ilə azad olunub.
Hadisələrlə bağlı 30-dək şəxsə qarşı CM-in 186.2.2 (özgənin əmlakının məhv edilməsi və ona zərər vurulması), 233 (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili və ya onlarda fəal iştirak), 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi və ona qarşı güc tətbiqi) maddələri ilə cinayət işi qaldırılıb və onlar müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?