Tanınmış ilahiyyatçı Elşad Miri sosial mediada ölüm təhdidi alıb. Onun iştirak etdiyi bir televiziya proqramının “YouTube” videoportalına yerləşdirilmiş videoyazısına “gunahgar huseynov” niki ilə təxminən 2 həftə əvvəl şərh yazan tamaşaçı nifrinlər yağdırmaqla, kifayət qədər agır təhqiramiz ifadələr işlətməklə yanaşı, konkret vaxt göstərməklə ölümlə təhdid edib. Eynən terror hədəsini xatırladan ifadələr işlədən tamaşaçı ilahiyyatçını “maşında gedəndə partladacağını” yazıb. O, bu əməli yaxın 3 ay içində həyata keçirəcəyini də bildirib.
Elşad Mirinin “a24.az”a verdiyi məlumata görə, artıq bununla bağlı aidiyyəti dövlət qurumlarını məlumatlandırıb.
İlahiyyatçı onu da bildirib ki, əvvəllər də təhdid olunub. Buna səbəb isə dini maariflənmə ilə bağlı çağırışları, cəhalətə və xürafata qarşı fikirləri, dini bölücülüklə mübarizədə səsləndiridiyi sərt fikirlərdir.
Sonda təhdid dolu şərhi olduğu kimi təqdim edirik:
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?