Daşkəsənin icra başçısının yaxın adamaları dələduzluq edərək insanları necə aldadıblar?
Son günlər bir sıra hakimiyyət nümayəndələrinin və millət vəkillərinin korrupsioner fəaliyətləri ilə bağlı mətbuata ölkənini siyasi hakimiyətinə beynəlxalq miqyasda ləkə gətirəcək kompromat materialların ötürülməsi ölkədə ciddi çaxnaşmalar yaradır. Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaydığı videolar hakim komandanının nə qədər çürüdüyünü və ölkənin köklü islahatlara nə qədər zəruri ehtiyac olduğunu ortaya qoydu. Bu bir faktdır ki, bu gün ölkəni korrupsiya yeyib parçalamaqdadır və bu korrupsiyanının miqyası artıq hakimiyyətin ən böyük probleminə çevrilib. «İnqilab öz uşaqlarını yediyi kimi», korrupsiya da bu hakimiyyəti yeyib bitirməkdədir. Bir müddət əvvəl ölkənin ən qalmaqallı şəxslərindən bir olan keçmiş millət vəkili və hazırda Daşkəsən rayonunun icra başçısı olan Əhəd Abıyevin qardaşının bir qadından böyrək alması və həmin böyrəyin pulunun ödənilməməsi ilə bağlı qalmaqal yaşandı. Bu qalmaqalla bənzər bir iddia ilə Lerik sakini redaksiyamıza müraciət edib. Həmin məlumata görə, üç dəfə Milli Məclisin deputatı seçilmiş, hazırda isə Daşkəsən rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışan Əhəd Abiyevin yaxın adamaları oğurlanmış, ya da itkin düşmüş insanların geri qaytarılması adı altında faktiki olaraq dələduzluq sayıla biləcək hərəkətlərlə insanları aldatmaqla məşğul olub. Məlumatda bildirilir ki, 1997-ci ildə Əhəd Abıyevin yaxın qohumu Abıyev Yusif Əvəz oğlu dələduzluqla məşğul olaraq Lerik rayon Orand kənd sakininin Qarabağ müharibəsində itkin düşmüş oğlunun sağ olduğunu və onun Azərbaycan xüsusi xidmət orqanlarında saxlanıldığını bildirərək, savadsız və yaşlı vətəndaşın duyğuları ilə oynayıb. Məlumata əsasən bunun ardınca Yusif Abıyev 1992-ci ildə Qarabağ döyüşlərində itkin düşən Orand kənd sakini Nadiyev Alxasın valideynlərini aldadaraq oğlunu geri qaytaracağı adı altında həmin ailədən külli miqdarda pul qoparıb. Bildirilirlir ki, Yusif Abıyev itkin düşən əsgərin atası ilə Masallı rayonunda təsadüfən tanış olub. Ondan müəyyən məlumatları öyrəndikdən sonra oğlunu tanıdığını və əsgər yoldaşı olduğunu deyib. O, valideynləri inandırmaq üçün oğlunun dilindən saxta məktub yazaraq ailəyə göndərib. Onun dilindən yazdığı məktubda bildirib ki, guya Yusif doğru danışır və ona inansınlar. Daha sonra itkin əsgərin atası ilə bir neçə dəfə görüşüb və bildirib ki, oğlu hazırda Azərbaycanda xüsusi nəzarət altında saxlanılır. Özünün də onunla bir yerdə olduğunu və bir müddət sonra pul verərək xilas olduğunu bildirib. Bundan sonra Yusif Abıyev bildirib ki, onun itkin düşmüş oğlunun geri qaytarılması üçün, o zaman millət vəkili olan Əhəd Abıyev şəxsən məşğul olacaq. Ovunu asanlıqla ələ keçirdiyini görən Abıyev əsgərin valideynlərinə bildirib ki, bu haqda heç kəsə məlumat verməsinlər, əks halda Alxası xilas etmək mümkün olmayacaq. Heç bir təhsil olmayan valideynlər də onun bu təhdidinə inanaraq ona istədiyi məbləğin böyük bir hissəsini veriblər. Ancaq Yusif bir müddət sonra yoxa çıxıb. Aldandıqlarını görən Lerik sakinləri hüquq-mühafizə orqanlarına şikayət ediblər. Ancaq heç bir nəticə əldə edə bilməyiblər. Bundan sonra əsgərin valideynləri Prezdent Adminstrasiyasına, Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə və eləcə də digər aidiyyəti qurumlara müraciət ediblər. Məsələ ilə bağlı Masallı polis şöbəsində istintaq başladılıb. Bu zaman Yusif Abıyev ortaya çıxaraq vətəndaşları təhdid etməyə başlayıb və məsələyə Əhəd Abıyev qarışıb. Bundan sonra hansısa müəmmalı səbəbdən istintaq valideynlərin tələbini yerinə yetirməyib. Belə ki, nə onların pulu qayıdıb, nə də Yusifin vəd etdiyi oğulları. Alxasın ailəsi bildirir ki, birmənalı olaraq istintaqa Əhəd Abıyev müdaxilə edib. Ailənin bir neçə il müntəzəm olaraq dövlət qurumlarına yazdıları şikayətlər isə heç bir nəticə verməyib və ailə açıq şəkildə təhdidlə üz-üzə qalıb. Təhdid edənlər isə məhz Əhəd Abıyevin adamları olub. Hər yerdən əlacı kəslən və aldadılaraq təhdid edilən valideynlər geri çəkilmək məcburiyyətində qalıblar. Onlara dəyən maddi və mənəvi ziyan isə ödənilməyib. Onları aldadan Yusif Abıyevin isə həmin vaxtdan indiyə kimi harada olduğu məlum deyil. Onun bu müddət ərzində daha kimləri aldatdığı və hansı qeyri-insani əməllərlə məşğul olması isə araşdırılmayıb. Araşdırmamız davam edəcək. Fariz
Sorğu
Yeni dizaynımız necədir?