GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İqtidarın Səlim Müslümovla Mikayıl Cabbarov haqqında şok planı

İqtidarın Səlim Müslümovla Mikayıl Cabbarov haqqında şok planı

Tarix: 7-02-2015, 23:24 Bölmə :Ölkə Baxış: 0
İqtidarın Səlim Müslümovla Mikayıl Cabbarov haqqında şok planı

Mikayıl Cabbarovun əmrlərinin icrasının dayandırılmasının səbəbləri üzə çıxır; Təhsil sektorunda ciddi dəyişikliklər olacaq
Prezident İlham Əliyevin dünən Dövlət Torpaq və Xəritəşəkmə Komitəsini ləğv edərək, onun səlahiyyətlərinin Əmlak Məsələri Dövlət Komitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürməsindən sonra, iqtidarda islahatların davam edəcəyi fükirləri qüvvətləndi.

Bu barədə “Gündəm Xəbər”ə verilən məlumata görə, islahatların təkcə struktur deyil, həm də kadrları əhatə edəcəyi və bir sıra iri ranqlı məmurların “vurulması” və yerlərinin dəyişdirilməsi də gözlənilir. Bu islahatlar fonunda isə, iki nazirlə bağlı veriləcəyi bildirilən qərar, hazırkı məqamda ən çox dartılaşacaq mövzu sayıla bilər.
Bizi məlumatlandıran şəxsin iddiasına görə, iqtidar islahatlar çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və təhsil naziri Mikayıl Cabbarovla bağlı daha bir planını həyata keçirəcək:
“Bu plan artıq 3-4 aydır hakimiyyət dairələrində qızğın müzakirə olunur. Bu müazkirələrin simasında son aylar Azərbaycanın təhsil sektorundakı problemlərlə bağlı yüksək dairələrin səsləndirdiyi tənqidlər təsadüfi deyil. Məncə son 4 ay ərzində Prezident Adiminstrsiyasının rəhbəri Ramiz Mehdiyevin səsləndirdiyi fikirləri xatırlatmaq yerinə düşər. Bunlar təsadüfi deyil. Artıq hakimiyyətdə təhsil naziri Mikayıl Cabbarovla bağlı fikirlər birmənalı deyil. Bütün bunlara paralel olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri olan və bir ilini arxada buraxan Səlim Müslümovla bağlı başqa plan işə salınıb. Hakim dairələrdə peşəkar idarəçi kimi qəbul edilən və hazırda işlədiyi postda qısa müddətdə hakimiyyətin nəzərində qarşısına qoyulan vəzifələrin öhdəsindən yüksək səviyyədə gələn nazir, bu gün cəmiyyətin əsas problemli sahə saydığı Təhsil Nazirliyinin rəhbərliyinə gətiriləcək.

Mötəbərliyinə şübhə etmədiyimiz qaynaq iddia edir ki, hələ 2013-cü ilin ortalarında Səlim Müslümovun təhsil naziri olan Misir Mərdanovu əvəzləyəcəyi gözlənilirmiş: «Hətta Səlim Müslümovun təhsil naziri təyinatı ilə bağlı sənədləri də hazırlanmışdı. Bu təyinatı Prezident Administrasiyasında bir neçə nəfərlə yanaşı, Səlim Müslümovun ən yaxın adamları da bilirdi. Lakin əmək və əhalinin sosial müdafiəsi naziri təyinatından bir neçə gün əvvəl onu çağırıb, hazırkı vəzifəsinə göndəriləcəyi diqqətə çatdırıldı. Təyinatı zamanı isə ona bu nazirlikdə baş verən korrupsiya və digər hüquqpozmalarla bağlı qəti tapşırıqlar verildi. Səlim Müslümov da nazir təyinatından sonra, bütün gücü ilə büdcədən ayrılan vəsaitlərlə yanaşı, ünvanlı sosial yardımlar (ÜSY) və sair layihələrlə bağlı, sələfi Füzuli Ələkbərovun illərlə edə bilmədiyini cəmi 7-8 aya həll elədi. O, əlillərin avtomobillərlə təminatı prosesini demək olar qısa müddətdə bitirdi, ÜSY məsələsində Rayon Əhalinin Sosial Müdafiəsi mərkəzləri ilə digər qurumların yol verdiyi ciddi mənimsəmə faktlarını minimuma endirdi, hər yoldan keçənə əlil statusu verilməsinin qarşısını böyük ölçüdə aldı. Ən əsası isə o, sələfinin dövründə nazirliyə ayrılan milyonlarla manat vəsaitin böyük bir hissəsinə də qənaət etmiş oldu. Bunu hansı üsullar və ya qanunla edib-etmədiyə, əlbəttə, başqa mövzunun söhbətidir. Ancaq fakt budur ki, iqtidar milyonlarla manat qənaətə yol verən Səlim Müslümovun, eyni zamanda, nazirlik və onun tabeliyində olan ayrı-ayrı müəssisələrdəki qanunsuzluqlardan daxil olan şikayətlərin sayının kəskin şəkildə azaltmasından həddən artıq razı olduqlarını hər addımda göstərməyə başladılar. Bu isə Səlim Müslümova olan inamı yüksəltdi. Ancaq eyni sözləri Mikayıl Cabbarov haqqında demək mümkün deyil».

Müsahibimizin sözlərinə görə, hazırkı postunda hakimiyyətin ümidlərini doğrultduğu deyilən Səlim Müslümovun, yenidən təhsil naziri postuna təyinatı gündəmə gəlib: «Bu dəfə mövcud şərtlər də onun təyinatını yenidən gündəmə gətirib. İqtidar isə düşünür ki, Səlim Müslümov bu sahəni ayağa qaldıracaq ən ciddi və yeganə namizəddir. Diqqət edirsinizsə, son aylar Mikayıl Cabbarovun ünvanına ən yüksək tribunalardan ciddi tənqidlər gəlir. Başda Ramiz Mehdiyev olmaqla, YAP-ın «ağır çəkili» funksioneri Siyavuş Novruzov, hətta Azərbaycan alimlərinin 1-ci qurultayında da AMEA prezidemti və digər alimlərin Mikayıl Cabbarovun ünvanına, onun rəhbərlik etdiyi təhsil sahəsindəki geriləmədən uca səslə danışdılar. Düzdür, Siyavuş Novruzovun təhsil sahəsi ilə bağlı açıqlamalarından sonra, istər hakim düşərgədə, istərsə də cəmiyyətin digər kəsimlərində Əli Əhmədovla Mübariz Qurbanlıdan sonra, onun da vəzifə arzusunda olduğunu deyənlər, yazanlar da oldu. Hətta bəziləri bir qədər də irəli gedərək Siyavuş Novruzovun təhsil naziri olmaq istədiyini iddia etdi. Belə kökü olmayan iddialara Siyavuş Novruzovun da maraqlı cavabı oldu. O, təhsil sahəsindəki problemləri qabartmasını bu sahəyə rəhbərlik etmək niyyəti ilə əlaqələndirənlərə "Bu məntiqə əsaslanılsa, gərək, mən, Müsavat Partiyasının da başqanı olmaq istəyim. Çünki mənim ən çox tənqid etdiyim elə Müsavat Partiyasıdır”, - cavabını verdi. Bəli, onun belə posta iddiası yoxdur. Zatən, iqtidarda bu posta onu heç düşünənlər və ya görmək istəyənlər də yoxdur. Amma eyni sözü Səlim Müslümov haqqında qətiyyən demək olmaz. Zamanla görəcəksiniz, əmək və əhalinin sosial müdafiəsi naziri Mikayıl Cabbarovu əvəzləyəcək».
Müsahibimiz deyir ki, Səlim Müslümovun təhsil naziri olmasını, Mikayıl Cabbarovun gedişini şərtləndirən ciddi əsaslar da var: «İqtidarın beyin mərkəzləri Səlim Müslümovdan fərqli olaraq, Mikayıl Cabbarovun özünün doğrultmadığına əmin olublar. Fakt odur ki, Mikayıl Cabbarov təhsil naziri kimi qarşısına qoyulan əsas problemlərin həllinə nail ola bilmədi. Tam əksinə, bir sıra sahələrdəki neqativ hallar yenə də qalmaqda, bəzi sahələrdə isə daha da geriləməkdədir.
Digər yandan, Mikayıl Cabbarovun təklifi ilə Nazirlər Kabinetinin rayon və şəhər təhsil şöbələrinin fəaliyyətinə xitam verilməsi, onların bazasında isə Regional Təhsil Mərkəzlərinin yaradılması haqqında qərar verilməsinə baxmayaraq, bu qərarın icrasının dayandırılması da, təsadüfi deyil. Bu və digər məsələlər Mikayıl Cabbarovun getməsinə, yeni nazirin isə gəlişinə hesablanıb. Daha dəqiqi, Səlim Müslümovu bura göndərməklə, onun təklifi əsasında Təhsil Nazirliyində daha çevik idarəetmə sisteminin tətbiq oluna biləcəyi ciddi müzakirə mövzusudur».

Son olaraq, Səlim Müslümovun məmurluğa təhsil sahəsindən gəldiyini də xüsusi vurğulayan müsahibimiz, onun 1995-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dekan müavini ilə yanaşı, Türkiyədə də pedaqoji fəaliyyətlə məşğul olduğunu diqqətə çatdırıb: “Bütün bunlar isə, Səlim Müslümovun iqtisad elmləri doktoru kimi, təhsilin incəliklərini də bildiyini söyləməyə yetər. Yəni, onun pedaqoji təcrübəsi də təhsil naziri təyinatında üstünlük hesab olunur. Səlim Müslümovun təyinatından sonra isə təhsildə çox ciddi islahatlara üstünlük veriləcək, ölkədə təkcə kəmiyyət deyil, həm də əsas kimi tədrisin keyfiyyətinə xüsusi diqqət yetirilməsi planlanacaq”.

Mikayıl Cabbarovun taleyinə gəldikdə isə, onun işsiz qalmayacağı da bildirilir: “Əlbəttə, o, yeni vəzifəyə keçiriləcək”.

Cəfər MƏRDANOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mikayıl Cabbarovun rektorlara qarşı yeni planı

    Mikayıl Cabbarovun rektorlara qarşı yeni planı ...

    16-03-2015, 00:06

  • 
  • Mikayıl Cabbarovun islahat layihəsi yarımçıq qaldı

    Mikayıl Cabbarovun islahat layihəsi yarımçıq qaldı ...

    16-10-2014, 14:43

  • 
  • Mikayıl Cabbarovun səfəri Saatlıda aranı qatdı: AKSİYA

    Mikayıl Cabbarovun səfəri Saatlıda aranı qatdı: ...

    9-12-2014, 01:17

  • 
  • Səfər Mehdiyev uğursuz oldu, Mikayıl Cabbarov da görəvsiz qala bilər... - YENİ GƏLİŞMƏ...

    Səfər Mehdiyev uğursuz oldu, Mikayıl Cabbarov da ...

    9-08-2018, 21:39

  • 
  • Mikayıl Cabbarov Təhsil Nazirliyindəki kadr islahatlarından danışdı

    Mikayıl Cabbarov Təhsil Nazirliyindəki kadr ...

    18-09-2013, 01:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu