Bakıda daha bir dələduzluq hadisəsi baş verib. 1982-ci ildə Kəlbəcər rayonunda anadan olmuş və hazırda Novxanı qəsəbəsində yaşayan Elgün Ələkbərov külli miqdarda pulunun mənimsənildiyini bildirib.
Şikayətçi qeyd edib ki, yanvarın 28-də saat 18 radələrində Azərbaycan prospekti 8-in qarşısında (Daxili İşlər Nazirliyinin yaxınlığı) özünü nazirliyin əməkdaşı kimi təqdim edən Rüfət adlı şəxsə Binəqədi rayonunda “Oba” MTK tərəfindən inşa edilən çoxmərtəbəli binada ev almaq məqsədi ilə 95 min manat pul verib. Lakin sonradan məlum olub ki, ona verilən ev sənədləri saxtadır.
Şikayətçi polisdən xahiş edib ki, verdiyi pullar geri qaytarılsın və dələduzluq edən şəxslər cəzalandırılsın. Müraciət əsasında araşdırmalar davam etdirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?