GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Milli Məclisin komitə sədrinə 650 milyonluq ittiham

Milli Məclisin komitə sədrinə 650 milyonluq ittiham

Tarix: 16-03-2015, 00:43 Bölmə :Ölkə Baxış: 0
Milli Məclisin komitə sədrinə 650 milyonluq ittiham

Professor daha bir şok müraciət yazdı; Deputat, sabiq rektor haqda ifşaedici məlumatlar heyrət doğurur

Azərbaycan Dövlət İqtisad Universitetinin profesoru, iqtisad elmləri doktoru Bədirxan Musayev Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya və təhsil naziri Mikayıl Cabbarova rəsmi müraciət edib.

Azərbaycanda kibernetika elminin yaradıcısı və keçmiş SSRİ-də 38 yaşında bu sahə üzrə ilk elmi işi müdafiə edən iqtisad elmləri doktoru Bədirxan Musayevin «Gündəm Xəbər» qəzetinə daxil olan müraciətini qısa ixtisarla təqdim edirik:

«Hörmətli cənab Prezident!

Ulu öndər H.Əliyev demişdir: “Rüşvətxorluq cəmiyyəti içərisindən yeyir”. Siz də onun siyasətinin davamçısı kimi “rüşvətə qarşı mübarizə ümumxalq işidir” demisiniz. Eyni zamanda hər kəs xırda rüşvət ala bildikdə, gördükdə və hiss etdikdə müvafiq orqanlara xəbər vermələrini onların vətəndaşlıq borcudur-hesab etmisiniz. Ancaq mən inkar olunmaz sənədlər əsasında sübut edirəm ki, İqtisad Universitetinin sabiq rektoru, Milli Məclisin komitə sədri Şəmsəddin Hacıyev Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat rüşvət almışdır. Universitet və onun korpuslarında aparılan təmir-tikinti işlərinin lahiyə dəyərinin 40%-ni oğurlamışdır. Bunlar haqda inkarolunmaz sənədləri müvafiq orqanlara təqdim etmişəm. İstənilən vaxt təkrarən təqdim edə bilərəm. Digər tərəfdən ulu öndər H.Əliyev demişdir: «Rüşvətxoru və oğrunu milli qəhrəman kimi qələmə vermək milləti təhqirdən başqa bir şey deyildir».

Hörmətli cənab Prezident!

Rüşvətxor, milli xəyanətkar, saxtakar, təhlükəli banda rəhbəri Ş.Hacıyevi rektor vəzifəsindən azad etdiniz. Lakin hələ də «millət vəkili», Milli Məclisin komitə sədri vəzifəsində qalması, onun televiziya ulduzuna çevrilməsinə, günəş kimi yanıb, ulduz kimi parlamasına səbəb olmuşdur. Bunlar ictimaiyyət arasında birmənalı qarşılanmır. Ş.Hacıyevin çirkin əməlləri Sizin cəsarətli, obyektiv, insanpərvər, dünya şöhrətli prezident kimi fəaliyyətinizə kölgə salır. Bu məsələni təkrarən araşdırıb, Ş.Hacıyevin toxunulmazlıq hüququndan məhrum olunmasına ehtiyac vardır. Bu həll olunarsa, cəmiyyətin saflığı təmin oluna bilər. Çünki, sabiq rektor Ş.Hacıyev:

1) Konstitutsiyanın 57.1 maddəsini (“hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətdə yazılı cavab verilməlidir”) kobudcasına pozaraq, məhkəmələrə təqdim etmək üçün 20-dən çox sənədin verilməsindən imtina etmişdir.

2) Konstitutsiyanın 32.III maddəsini pozaraq (“öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanmasına, istifadəsinə və yayılmasına yol verilmir”), məni səhhətimlə əlaqədar (sağlamlığım haqda arayışım olduğu halda) işdən azad edəndən 10 gün sonra Mərkəzi Klinikadan hüquqi əsası olmayan arayış alıb, ondan istifadə etməkdə cinayət törətmişdir.

3) Konstitutsiyanın 57.II maddəsini pozaraq (“tənqidə görə təqib qadağandır”) seçki komissiyasının protokolunu və aktını saxtalaşdırmış, videokaseti montaj etdirmişdir. Həmin sənədləri həqiqi sənəd kimi məhkəmələrə təqdim etmişdir.

4) Konstitutsiyanın 25.I maddəsini (“hamı qanun və məhkəmə qarşısında bərabərdir”) pozaraq, 8 nəfər yaşlıların kafedra müdirliyindən imtina ərizələrini qəbul etdiyi halda, mənim ərizəmi qəbul etməməklə ağır cinayət törətmişdir.

5) Ş.Hacıyev konstitutsiyanın 57.II maddəsini kobudcasına pozaraq (“tənqidə görə təqib qadağandır”) otağıma nəcis qoyub, pompers atdırır ki, guya professor özünü idarə edə bilmir. Həyasızlığın və özbaşınalığın dərəcəsinə baxın!

6) Konstitutsiyanın 35.III maddəsini pozaraq (“heç kəs zorla işlədilə bilməz”) kafedra müdiri və rektorun müşaviri vəzifələrindən imtina ərizəmi nəzərə almadan, saxta əmrlə məni həmin vəzifələrdən azad etmişdir.

7) Konstitutsiyanın 46.3 maddəsini (“heç kəsə işgəncə və əzab verilə bilməz”) pozaraq milyardları, havadarları və toxunulmazlıq hüququndan istifadə edərək, məhkəmə sistemi sədr və hakimlərini satın alıb, 89 dəfə özünə haqq qazandırıb, mənə vəhşicəsinə maddi və mənəvi cəhətdən zülm etdirməsi və özümü intihar etmək və ya təxribat törətmək səviyyəsinə çatdırması cinayətdən başqa bir şey deyildir.

8) Konstitutsiyanın 25-ci maddəsində göstərilmişdir: “hamı qanun və məhkəmə qarşısında bərabərdir”. Azərbaycan vətəndaşı kimi mən və sabiq rektor Ş.Hacıyev qanun və məhkəmə qarşısında eyni hüquqa malikik. Nəyə görə, hakimlər, onun müzakirələrdə iştirakını təmin edə bilmirsiniz?

9) Konstitutsiyanın 90.I maddəsində göstərilir: “milli məclisin deputatı cinayət başında yaxalanarsa tutla bilər” sabiq rektor, millət vəkili, komitəsədri Ş.Hacıyevin cinayət başında yaxalanmasını sübut etmək üçün mənim təqdim etdiyim videokaseti nümayiş etdirmək və araşdırmaq kifayət edər. Bunlara nəyə görə əməl olunmur?

Sabiq rektor Ş.Hacıyev Nazirlər Kabineti və Təhsil Nazirliyinin təlimatlarını, həmçinin Əmək Məcəlləsi tələblərini pozaraq aşağıdakı cinayət xarakterli əməlləri törədib:

1) Kafedra müdirliyindən və rektorun müşaviri vəzifələrindən imtina ərizələrimi, müsbət ictimai rəy sorğusunu, müvafiq kafedra və ekspertlərin müsbət rəylərini oğurlatmışdır.

2) Kafedranın 25 oktyabr 2011-ci il 2 nömrəli protokolunu oğurlatmışdır. Onun yerinə saxta protokol tərtib etdirmişdir.

3) Mən otağımı təhvil verəndən 6 gün sonra prokurorun göstərişi və özünün əmri olmadan 5 nəfərdən ibarət komissiya tərəfindən axtarış apartmış və mənim əleyhimə saxta arayış tərtib etdirməklə cinayət törətmişdir.

4) Təlim-tərbiyə işinə mənfi təsir edən “qomoseksualisti” “baş hüquqşünas”a yoxlatmış, seçki komissiyasının iclasında müzakirə etdirmiş və məni öldürtməyə təhrik etmişdir.

5) 2009-cu ildə məni iki fakültədə imtahan komissiyasına nəzarət komissiyasına sədr təyin etmişdir. Rüşvətə yox, xahişə olmaz, hədə-qorxuya sinə gərdiyimə görə 199 tələbənin mənimsəmə faizi “0” olmuşdur. Ancaq bundan sonra Ş.Hacıyev məni nəzarətdən kənarlaşdırıb, rüşvətin məbləğini 4-5 dəfə qaldırıb, bir həftə ərzində mənimsəməni 90-95%-ə qaldırmaqla ağır cinayət törətmişdir.

6) Cənab Prezidentin və Azərbaycan Respublikası Məhkəməsinin funksiyasını əlindən alıb, mənə “vətən xaini” damğası vurub, vətəni tərk etməyimə məcbur etməsi ağır dövləti cinayətidir.

7) Şəmsəddin Hacıyevə «Distant təhsilin müdiri Nazim Eminov rüşvətxordur, onu ətrafınızdan uzaqlaşdırın» təklifimə cavab olaraq, yoxlama komissiyası yaradıb, elə həmin Nazim Eminov bu komissiyaya sədr təyin etməklə, mənim əleyhimə saxta arayış tərtib etdirməkdən xəcalət çəkmir.

8) Professor vəzifəsindən əmr vermədən, əmri əmək kitabçamda əks etdirmədən, əmri mənə təqdim eləmədən vəzifəmi davam etdirmək üçün

binalara daxil olmağa qadağa qoymuşdur. Təsəvvür edin ki, 60 il 15 rektorla bütün vəzifələrdə işlədiyim, ömrümü fəda etdiyim binaya daxil olub, əmək kitabçamı da almağa icazə verməmişdir. Əmək kitabçasını mənə küçədə verdirməsindən xəcalət çəkmir.

9) Orta məktəbi qızıl medalla bitirən, İngiltərənin Noten-gem Universitetini fərqlənmə ilə bitirən, 4 xarici dil bilən, iqtisad elmlər doktoru olan qızımı İqtisad Universitetini tərk etməyə məcbur etmişdir.

10) Məni işdən azad edəndən sonra mənə xəbər vermədən, mənim iştirakım olmadan 800 nəfər əməkdaşın iştirak etdiyi 12 fakültənin Elmi Şura iclaslarında məni müzakirə etdirməklə, mənim şərəf və ləyaqətimi vəhşicəsinə təhqir etdirmişdir. Protokollarla məni tanış etmədən və mənim izahatım olmadan, onları müvafiq orqan məmurlarına təqdim edərək, barəmdə mənfi rəy yaratmağa cəhd etmişdir. Həmin rüsvvayçı protokollara baxsanız, orada səslənən küçə səviyyəli sözləri oxusanız, əminəm, Şəmsəddin Hacıyevin deputatlığna son verərək, onu dərhal həbs edirərsiniz.

11) Beynəlxalq Münasibətlər Fakültəsinin (BİM) təzyiq altında mənim əleyhimə keçirilən elmi şura iclasında 53 nəfər iştirak etdiyi halda, saxtakarlıq yolu ilə səsvermədə guya 72 nəfər iştirak etdiyi göstərilib. Maliyyə fakültəsində 47 nəfər iştirak etdiyi halda, saxtakarlıq yolu ilə səs vermədə 56 nəfər iştirak etmişdir. Beynəlxal Münasibətlər Fakültəsində iclas 8 noyabr 2011-ci ildə, Maliyyə fakültəsində 15 noyabr 2011-ci ildə keçirilməsinə baxmayaraq, qərarlar Ş.Hacıyev tərfindən 6 maddədən ibarət tərtib olunmuş, nöqtə və vergülünə qədər bir-birindən köçürülmüşdür.

12) Respublikanın tanınmış hüquqşunası Aslan İsmayılov cari mətbuata verdiyi aşıqlamada göstərmişdir: “Konstitutsiyaya əməl olunsa, qanunlar işləsə, Baş prokuror yerində olsa, məhkəmə sistemi alverxana mərkəzinə çevrilməsə, Ş.Hacıyev çoxdan həbs olunardı”.

13) Ulu öndər H.Əliyevin qardaşı, akademik Cəlal Əliyev Ş.Hacıyevi kabinetində H.Əliyevin şəklini cırıb, onun yerində A.Mütəllibovun şəklini asdığına və digər utancverici əməllərinə görə A.Mütəllimovun “skripka çalanı” adlandırmışdır. H.Əliyevin digər qardaşı, professor Aqil Əlyev Ş.Hacıyevi bağında A.K.Aqanbekyana 50 illik yubiley təşkil etdiyinə, H.Əliyevin əleyhinə Moskvaya 300-dən çox şikayət ərizəsi təşkil edib, göndərdiyinə görə təhsilmizin “zəhərli əqrəbi” adlandırmışdır.

14) Ş.Hacıyevin Ticarət kafedrasının qadın əməkdaşını ərini üzünə qoyub, ailəsinin dağıdılmasına isə ad vermək mümkün deyil.

15) Yeni rektor professor Ədalət Muradov tərəfindən Ş.Hacıyevin təhlükəli banda üzvü olduğuna görə vəzifəsindən azad edilən, bir müddət sonra universitet üzrə ağsaqqallar surasının sədr müavini təyin etdiyi və sabiq rektor Ş.Hacıyevin qohumu, Magistratura mərkəzinin sabiq müdiri Həsən İsrafilovun mənə verdiyi məlumata görə, professor vəzifəsini davam etdirməm üçün binalara daxil olmağıma qadağa qoyulması hazırkı rektorun məqsədli planıdır. Guya o, bunun davam etdirilməsi köhnə rektorla yeni rektor arasında barışmaz mübarizə, ziddiyyətlər və toqquşmalar səbəb olur.

16) Rektorun 03/XII-2008-ci il əmri ilə guya kafedra müdiri 15/09-2008-ci ildən mənə həvalə olunmuşdur. Saxtadır, yalandır. Çünki elə bir əmr mənim əmək kitabçamda əks olunmayıb. Digər tərəfdən 03/XII-2008-ci ildə verilən əmr özündən 3 ay qabaqki dövrə şamil edilmədiyindən hüquqi əsası yoxdur.

Hörmətli cənab Prezident! İqtisad Universitetinin sabiq rektoru Ş.Hacıyevin “qazandıqlarımı yuxarılara verirəm”. Qazandıqlarımın 20%-i məndə (Ş.Hacıyevdə) qalsa, milyarder olaram. Universitetə ayrılan vəsaitin 10%-ni qabaqcadan əlimdən alırlar deməsi və yayması prokurorluq orqanlarını, təhsil sistemi işçilərini, məhkəmə hakimlərini o dərəcədə qorxuya salıb ki, Ş,Hacıyevin qarşısında diz çökərək, onun cinayətlərini açıb müzakirə etməkdə acizlik göstərilir.

Hörmətli cənab Prezident! İctimaiyyət arasında deyilir ki, “siçan 100 qram araq verəndə, gedib pişikdən pasport tələb edir”. Ş.Hacıyevin mənə qarşı cinayət törətməsi, özünün cəzasız qalması fikrinin mövcudluğu, rüşvət hesabına topladığı milyardlar və Sizin ətrafınızda vəzifə sahibi olan “qudalar qudasıdır”. Məxfi və digər sənədlərlə Sizi tanış etmək üçün məni qəbul etmənizi xahiş edirəm».

Son olaraq onu da bildirək ki, professor Bədirxan Musayev Azərbaycan Dövlət İqtisad Universiteti və onun rektoru Ədalət Muradovu da məhkəməyə verilib. Onun sözlərinə görə, 2011-ci ildə universitet rektorunun müşaviri və 40 il rəhbərlik etdiyi «İqtisadi Kibernetika» kafedrasının müdirliyindən qanunsuz olaraq çıxarılsa da, o, bu illər ərzində çoxsaylı müraciətlərinə baxmayaraq, vəzifələrinə bərpa oluna bilməyib. Əksinə, istər keçmiş rektor Şəmsəddin Hacıyev, istərsə də yeni rektor Ədalət Muradov tərəfindən profesor kimi universitetə buraxılması da məhdudlaşdırılıb. Bu günədək onu universitetə qanunsuz olaraq buraxılmadığını əsas gətirən iqtisad elmləri doktoru Bədirxan Musayev də bunu əsas gətirərək, universitetə və onun yeni rektoruna qarşı iddia qaldırmağa məcbur olduğunu deyir: «Artıq 4 ilddən çoxdur qondarma saxta əmrlərlə vəzifələrimdən azad olunsam da, məhkəmələrdəki rüşvətxorluq və ədalətsizlik bu orqanda haqqımı bərpa

etmək məqsədimi əngəlləyib. Prezidentin Ş.Hacıyevi azad edən sərəncamından sonra ümid edirdim ki, universitetin yeni rektoru, professor Ədalət Muradov mənə qarşı haqsızlığı aradan qaldıracaq. Yəni ən azından universitetin professoru, iqtisad elmləri doktoru və 60 illik xidmətlərimi nəzərə alaraq, məni professor kimi universitetə qaytaracaq. Ancaq nəinki bunlar oldu, hətta 4 ildən çoxdur universitetin binalarına buraxılmağıma əngəllər də aradan qaldırılmadı».

İqtisad elmləri doktoru Bədirxan Musayevin sözlərinə görə, o, universitetə buraxılmaması ilə bağlı Əddalət Muradovun cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir: “Artıq yeni iddia ərizəsini Səbail rayon Məhkəməsinə təqdim etmişəm. İddia ərizəmdə universitetə buraxılmamı və professor kimi tədris yükümün davam etdirilməsini təmin etməyi xahiş etmişəm. Hesab edirəm ki, respublika və xarici dövlətlər üçün 60-dan çox elmlər namizədi və doktoru yetişdirən, 20 il Təhsil Nazirliyində İqtisad bölməsinə rəhbərlik edən, namizədlik və doktorluq dissertasiyaları müdafiə şurasına sədrlik edən, 15 rektorla 60 il İqtisad Universitetində bütün vəzifələrdə işləyən, 40 ildən çox İqtisad Universitetinin “İqtisadi Kibernetika” kafedrasının müdiri, 12 il rektorun müşaviri, 10 il dekan, 8 il prorektor işləyən şəxs kimi, mənim buna tam haqqım çatır».

Cəfər Mərdanoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal

    Deputat Şəmsəddin Hacıyevin məhkəməsində qalmaqal ...

    5-09-2014, 23:29

  • 
  • Professor deputat məhkəməyə verib

    Professor deputat məhkəməyə verib ...

    17-03-2015, 00:24

  • 
  • Hakim deputata qarşı işdən imtina etdi!

    Hakim deputata qarşı işdən imtina etdi! ...

    26-07-2014, 14:54

  • 
  • Gəncə Dövlət Universitetinin keçmiş rektoru bəyanat yaydı

    Gəncə Dövlət Universitetinin keçmiş rektoru ...

    17-01-2014, 11:08

  • 
  • Qaradağda dəyirmi masa keçirilib - Fotolar

    Qaradağda dəyirmi masa keçirilib - Fotolar ...

    10-07-2015, 14:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu