GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Dərman bazarında böyük ajiotaj

Dərman bazarında böyük ajiotaj

Tarix: 16-03-2015, 12:03 Bölmə :Ölkə Baxış: 0
Dərman bazarında böyük ajiotaj

Yaranmış vəziyyət hökuməti qəti addımlar atmağa vadar etdi

Uzun müddət cəmiyyətin əsas müzakirə predmetlərindən olan və bilavasitə milli genefondumuza təsir edən dərman bazarında vəziyyət hələ də ağır olaraq qalır. Adamın “dərman bazarı” ifadəsini işlətməyə də xəcaləti gəlir. İnsan talelərinə, sağlamlığına bilavasitə bağlı olan bir sektorun bazara çevrilməsi həqiqətən də acınacaqlı bir haldır. Xaricdən ucuz qiymətlərlə gətirilərək dəyərindən bir neçə dəfə baha qiymətlərə satılan firma dərmanların sağlamlığımıza vurduğu zərbəni bu ölkədə bilməyən yoxdur. Dərmanların satışı ilə məşğul olan şirkətlərlə həkimlər, klinikalar arasında olan anlaşma barəsində isə danışmağa dəyməz. İnsan sağlamlığı üzərində qurulan bu mənfur ticarət minlərlə xəstənin taleyinə balta çalıb.

Əksər sahələrdə olduğu kimi, dərman biznesinin də inhisarda olduğu şübhəsizdir. Çünki, bu qədər gəlirli bir sahənin hansısa sıravi bir şəxsin nəzarətində olması indiki reallıqda inandırıcı deyil. İllərlə bu sahədə hökm sürən özbaşınalıqlar, dərəbəylik farmoloji sektorda at oynadan xüsusi çetenin formalaşması ilə nəticələnib. Son günlər manatın devolivasiyasından sonra apteklərdə yaşanan dərman böhranı, qiymətlərin süni şəkildə artırılması da vəziyyətin kritik olduğunu üzə çıxardı. Bu məsələyə sonda baş nazirin müavini səviyyəsində müdaxilə olundu və Əli Abbasov cəmiyyəti çoxdan narahat edən problem haqqında bəyanat verərək bildirdi ki, bundan sonra dərmanların qiymətlərinə hökumət nəzarət edəcək. Baş nazirin müavini bildirib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Nazirlər Kabineti tərəfindən müvafiq qaydalar hazırlanandan sonra qiymətlər Tarif Şurası tərəfindən təyin olunacaq.

Onun sözlərinə görə, hazırda Azərbaycan hökuməti dərmanların vahid qiymətlə satılması üçün müvafiq işlər görür. Aidiyyəti qurumların əməkdaşları apteklərdə müntəzəm olaraq monitorinqlər aparırlar. Məqsəd Azərbaycanda satılan dərman vasitələrinin həm keyfiyyətinə nəzarəti ciddi şəkildə artırmaqdan, həm də onların qiymətinin süni surətdə artırılmasının qarşısı almaqdan ibarətdir.

Qeyd etdiyimiz kimi əksər sahələrdə olduğu kimi dərman biznesində də ciddi inhisarçılıq hökm sürür və bu qüvvələr iri ranqlı məmurlar qrupuna aiddir. Belə olduğu halda qanunda edilən dəyişikliklər hansısa müsbət dəyişikliklərə yol aça bilərmi?

Dərman istehsalı və satışı dünya biznesində faydalılıq əmsalına görə 3-cü sırada yer alır. Lakin bu sahəyə cavabdeh olan şəxslərin günahı ucbatından adıçıkilən sahə bazara çevrilib. Səhiyyə idarəçilərinin səhv siyasəti nəticəsində farmasiya ölkəmizdə dərman ticarəti səviyyəsinə endirilib. Zamanında bu sferaya neft gəlirləri düzgün yatırılsaydı, Azərbaycan regionda dərman və tibbi ləvazimat ixracatçasına çevrilərdi. Bunu etmək üçün ölkəmizdə bütün imkanlar var idi. Bu gün isə bu sahə Səhiyyə Nazirliyinin bir şöbəsi səviyyəsinə endirilib. Bu sferanın təşkili diqqət tələb edir. Odur ki, bu sahədə müvafiq Dövlət Proqramına ehtiyac var.

Xüsusilə qeyd etmək lazımdır ki, dərman ticarəti üzərində möhtəkirlik və fırıldaqçılıq digər ticarət növlərindən qat-qat asandır. Məsələn, hər hansı ərzağın qiymətini hamı bilir və onu çox da süni artırmaq olmur. Ancaq ölkəyə yeni gətirilən dərman preparatlarının qiyməti barədə əhalidə məlumat olmur. Maya dəyəri 3 manata ölkəyə gətirilən dərmanı hətta onqat artığına, yəni 30 manata da satırlar. Yaxud bir aptekdə 12 manata rast gəlinən eyni dərmanı 200 metr aralıdakı aptekdə 2 manata almaq olur. Yəni, nəzarətsiz, sistemsiz, başıpozuq dərman ticarəti narkotika alveri qədər qanunsuz gəlir gətirir və bir o qədər də sağlamlığa ziyan vurur. Bu hal insanlarda narazılıq yaradır. Çünki xəstə, təqaüdçü, imkansız əhalinin külli məbləğdə pulu ədalətsiz olaraq, bir qrup möhtəkirin cibinə axır. Ölkədə hər sahəyə nəzarət edə bilən güclü dövlət dərman ticarəti kimi ən önəmli sahəni indiyədək nəzarətsiz buraxıb. Digər sahələrdə qiymət məsələsində müəyyən qədər şəffaflıq təmin olunsa da, dərmanların qiyməti əhali üçün müəmmalı olaraq qalır. Belə bir hal isə ölkədəki ümumi səhiyyə sisteminin də fəaliyyətinə kölgə salır. Ona görə də ölkənin ümumi dərman

mühitinin tənzimlənməsi barədə mükəmməl qanunvericilik bazasının yaradılması vacibdir. Bundan az olmayan faktor isə, həmin qanunvericilyin sərt icrasının mükəmməl təşkilidir. Dünya təcrübəsində bəzi dövlətlərdə dərmanların qiymətində yuxarı hədd qoyurlar. Ondan yuxarı keçmək olmaz. Aşağı həddə isə istənilən qiymətə sata bilərsən.

Qanunda edilən dəyişikliklərin isə axıra qədər bu sahədə vəziyyəti düzəldəcəyinə müəyyən şübhələr yaradır. Çünki, dərman vasitələrinin qiymətini tənzimləmək üçün ilk növbədə Rəqabət Məcəlləsi qəbul edilməlidir. Ölkədə dərman bazarının inhisarda olması səbəbindən qiymətlərdə elə də ciddi dəyişikliklərin olacağını gözləməyə dəyməz. İstənilən sahibkar gedib Türkiyədən və yaxud hansısa digər ölkədən Azərbaycana dərman gətirə bilməz.

Əhalinin ən mühüm ehtiyac duyduğu dərman məhsulları üzərində inhisar artıq təhlükəli həddədir. Bu həm əhali, həm də dövlətçilik üçün təhlükəlidir və bunun qarşısı qısa müddətdə alınmalıdır. Bu problemlər ölkədə dərman dövriyyəsi mühitinin dövlət tərəfindən tam nəzarətə götürülüb tənzimlənməsinə ehtiyac yaradır.

Qanunda digər maraqlı məqam isə “dövlət qeydiyyatında olan dərmanlar” ifadəsidir. Belə çıxır ki, apteklərdə dövlət qeydiyyatında olmayan çoxsaylı dərmanlar da var və insanlarımız həmin dərmanlardan istifadə etmək məcburiyyətindədirlər.

Səhiyyə sisteminə rəhbərlik edən şəxslərin günahı ucbatından xalqın və dövlətin bu günü və sabahı üçün vacib olan bir sahədə belə acınacaqlı durum yaranıb. İlk növbədə səhiyyə sisteminin “müalicəsinə” əşhədü ehtiyac vardır. Bu sistemdə total dəyişikliklər aparılmazsa bir deyil min qanun qəbul olunsa da sağlamlığımız təhlükə altında qalacaq. Sağlam insan yaşamayan cəmiyyət isə bütünlüklə xəstə cəmiyyətdir. Dərmanı lap havayı olsa da...

Mustafa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Deputat prezidentin qərarına qarşı “Avromed” dərmanı ucuzlaşdırmır, apteklərdə bahalaşma davam edir

    Deputat prezidentin qərarına qarşı “Avromed” ...

    3-05-2015, 14:02

  • 
  • Sağlamlığımız təhlükədədir!

    Sağlamlığımız təhlükədədir! ...

    10-05-2014, 13:27

  • 
  • MƏMURLARIN DƏRMAN BİZNESİNİN MÜDHİŞ GİZLİNLƏRİ

    MƏMURLARIN DƏRMAN BİZNESİNİN MÜDHİŞ GİZLİNLƏRİ ...

    8-10-2013, 16:30

  • 
  • Oqtay Şirəliyevin yarıtmaz fəaliyyəti nəticəsində İran səhiyyəsi inkişaf edir

    Oqtay Şirəliyevin yarıtmaz fəaliyyəti nəticəsində ...

    9-04-2014, 12:23

  • 
  • Azərbaycanda daha çox hansı dərmanların kəskin zəhərlənmələrə səbəb olduğu açıqlanıb

    Azərbaycanda daha çox hansı dərmanların kəskin ...

    20-02-2018, 11:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu