GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Avropa və Amerika liderləri hələlik Rusiyaya qarşı radikal iqtisadi sanksiyalara getməyib”

“Avropa və Amerika liderləri hələlik Rusiyaya qarşı radikal iqtisadi sanksiyalara getməyib”

Tarix: 16-03-2015, 12:37 Bölmə :Ölkə Baxış: 0
“Avropa və Amerika liderləri hələlik Rusiyaya qarşı radikal iqtisadi sanksiyalara getməyib”


Elxan Mehdiyev: “Rusiyanın tələbi odur ki, Ukrayna bitərəf dövlət statusunda qalsın”

(Əvvəli ötən sayımızda)


Suallara konfliktoloq Elxan Mehdiyev cavab verib. Mehdiyev əsasən Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətli, bunun səbəbləri, yaradacağı nəticələr, Rusiya siyasətinin mövcud durumu, şimal qonşumuzda müxalifətin vəziyyəti, Rusiya-Ukrayna münasibətləri, Moskvanın Ukraynadan tələbləri və digər mövzularda danışıb. Müsahibəni təqdim edirik: - “Minsk-2” razılaşmasına Kremli nədən əməl etmir, bunun əksinə olaraq hərbi qüvvələrini Mariopol ətrafına cəmləşdirir? - Biz indi deyə bilmərik ki, Minskdə ikinci dəfə əldə olunan razılaşmaya Rusiya əməl etmir. Təbii ki, hər iki tərəf hazırda bir-birini ittiham edir. Rusiya tərəfi deyir ki, Ukrayna bu ərazilərə ağır silah və artilleriya toplayıb. Ukrayna tərəfi də iddia edir ki, Rusiya Mariopola hücum etmək məqsədilə bu istiqamətdə texnika cəmləşdirir. Biz buna müharibə edən tərəflərin normal informasiya müharibəsi kimi yanaşmalıyıq. Üstəlik xəbərdarlıq, beynəlxalq ictimai rəydə qarşı tərəfi günahlandırmaq məqsədi də var. İkincisi, reallıq baxımından Ukrayna atəşkəsi pozarsa, Rusiya hücuma keçməyi və yeni ərazilər işğal etməyi nəzərdə tutur. Ukrayna da bu ərazilərə hücum ola biləcəyi səbəbindən əraziyə hərbi texnika toplaması hərbi baxımdan şəraitə uyğundur. Odur ki, informasiya yalan və ya doğru ola bilər. Konkret olaraq münasibətlərə gəldikdə deyim ki, hazırda Ukrayna-Rusiya münasibəti atəşkəs imzalayan tərəflərin münasibətidir. Rusiya kanalları Donetski və Luqanski separatçılarının dili ilə Ukraynanı hər gün təcavüzkar, dinc əhalini qıran ölkə, millətçi faşistlərin hökuməti kimi qələmə verir. Eyni tərzdə Ukrayna təbliğatı Rusiyanı düşmən kimi

təqdim edir, bu ölkənin Ukrayna ərazisinə hərbi müdaxilə etdiyini bildirilir. Bu normal informasiya müharibəsidir. Qeyd edim ki, Ukrayna tərəfi bu informasiya müharibəsini beynəlxalq məkanda aparır. Rusiya isə bu zaman müdafiə olunur və Ukraynadakı mənfi elementləri Kiyevin rəsmi siyasəti kimi üzə çıxarmağa çalışır. Ancaq Qərb dünyası Rusiyanın iddialarına ciddi yanaşmır. - Rusiya Krımı tutub, Donetski və Luqanski istiqamətində irəliləyib, müəyyən ərazilər ələ keçirib. Moskva indi Ukraynadan nə istəyir? - Rusiya istəyir ki, Ukrayna federasiya halına düşsün, onun konstitusiyası dəyişsin. Nəticədə Donotesk və Luqanski federasiyanın subyekti olsun. Və ya federasiya quruluşu olmasa da, Donetski və Loqanski mərkəzi hökumətin qərarlarını ləğv etmək səlahiyyətində olsun. Rusiya istəyir ki, Ukrayna neytral mövqedə olsun. Başqa sözlə, Ukraynanın NATO-ya daxil olmasını istəmir. Əslində bu saxta Donetski və Luqanskini “respublikalarını” yaratmaqda məqsədi odur ki, sabah Kiyev hökuməti NATO və Avropa Birliyinə daxil olmaq qərarını versə, bu “respublikalar” Ukraynanı bu siyasətdən çəkindirsin. Kremli bu saxta respublikaları yaratmaqla Ukraynanın Qərbə inteqrasiya məsələsində əl-qolunu bağlamaq istəyir. Həm də Ukraynadakı mərkəzi hökuməti zəiflətmək, Rusiyanın Şərqi Ukraynada nüfuz dairəsini genişləndirmək məqsədi güdür. Beləcə Kreml bu saxta respublikaların Ukrayna siyasətində hər zaman yer almasını, söz sahibi olmasını təmin etmək niyyətindədir. Ukraynanın indiki iqtisadi durumunda və ordusunun zəif vəziyyətində Rusiya istədiyini edir, Şərqi Ukraynada yaratdığı saxta və separatçı respublikalar vasitəsilə daha böyük söz sahibinə çevrilir. - Ukraynanın bu durumdan çıxış yolu yoxdurmu? - Əgər Ukrayna güclənərsə, güclü iqtisadiyyatı olarsa, bu zaman ola bilsin ki, saxta respublikalar mərkəzi hökumətin sözünü deyə bilər. Ancaq bu da, ideal yanaşmadır və nəzəri fikir kimi yürüdülə bilər. O baxımdan Ukraynanın neytral statusda olması,

bu cür federal subyektlərin mərkəzə tabe olması şərti ilə Ukrayna dövlətinin qalması daha məqsədəuyğundur, nəinki Qərb ittifaqına daxil olmaqla ərazilərinin bir hissəsini itirmək və xaosa sürüklənmək. - Ancaq indiki Ukrayna hökumət Avropa Birliyinə inteqrasiya xəttini seçib və elan edib ki, bu siyasətini dəyişməyəcək... - Əgər Ukraynan hökumətinin bu siyasətini Donetski və Luqanski “respublikası” qəbul etməsə, bu zaman dediyim ssenarilər baş verəcək. Yəni bu saxta respublikalar mərkəzi hökumətin bu siyasətini tanımayacaq və ola bilsin ki, mərkəzi hökumətdən uzaqlaşaraq müstəqil olmaq xəttini tutacaq. Minsk razılaşması və Rusiyanın ifadəsi də belədir ki, adı çəkilən “respublikalara” Ukraynanın ərazi bütövlüyü çərçivəsində status verilsin. Amma Rusiya bunu indiki mərhələdə deyir. Əgər sabah vəziyyət dəyişərsə və Rusiya Ukraynanın Avropa Birliyinə daxil olmasını istəməzsə, Donetski və Luqanski Kremlin xəttini müdafiə edəcək. - Sizə elə gəlmirmi ki, Avropa Birliyi və Amerika bu məsələdə Ukraynanı meydanda tək buraxdı? - Tək buraxmayıb nə edəcək? Amerika və heç bir NATO dövləti Ukraynaya dəstək olaraq Rusiya ilə savaşa girə bilməz və heç bunu etməz də. Bu baxımdan Ukraynanı tək buraxmayıb nə edəcəkdi? Ancaq biz nəzərə almalıyıq ki, Avropa və Amerika Ukraynanı siyasi baxımdan kifayət qədər dəstəkləyir. Sadəcə heç kim Ukraynanın yerinə savaşmaq istəməz və bu da normaldır. Bu günə qədər siyasi baxımdan Ukraynaya verilən dəstək indiyə qədər heç bir dövlətə verilməyib. Avropanın liderləri, Amerika, Kanada birmənalı olaraq Ukraynanı dəstəkləyir və Rusiyanı pisləyir. - Fakt odur ki, Ukraynaya ölümcül silahlar verilmir və Rusiyanın qarşısında tək buraxılıb... - Hərbi baxımdan Ukraynaya dəstək vermək böyük məsuliyyətdir. Əgər Vaşinqton Ukraynanı silahlandırırsa, deməli dolayısı yolla Rusiya ilə müharibəyə girir. Bu da arzu edilməz haldır. Çünki həm Rusiya, həm də Amerika nüvə dövlətidir. Və

bu qarşıdurmanın nəticəsi dünya üçün fəlakətli ola bilər. İkincisi, Ukraynaya nə qədər ölümcül silahlar versələr də, sonda Ukrayna Rusiyaya qalib gələ bilməz. Və sonucda da Ukrayna üçün fəlakətli durum yarana bilər. Başqa sözlə, Ukrayna daha çox ərazi itirə bilər və daha çox əhalisi məhv olar. Bu baxımdan mən hesab edirəm ki, Avropanın mərkəzində Ukraynanı Rusiyaya qarşı silahlandırmaq bölgədə stabilliyi poza və sülhə dəstək verən hal olmazdı. Çünki qarşıda böyük hərb tarixinə, döyüş qabiliyyətinə malik Rusiya ordusu durur. - Qərbin Rusiyanı iqtisadi yolla zəiflətməsi və sonucda Kremli aqressiv siyasətdən çəkindirmək ssenarisi realdırmı? - Mümkündür. Çünki siyasi izoliyasiyada qalan ölkə zəifləyəcək. Ancaq Putin özü siyasi izolyasiyada qalmaq istəmir. Dünyada qloballaşma gedir, bütün dövlətlər bir-birinə bağlıdır. Rusiya texnoloji baxımdan Qərbdən asılıdır. Təbii ki, Qərb ölkələri də Rusiyadan asılıdır. Enerji, qarşılıqlı ticarət məsələlərində Avropa-Rusiya bir-birindən asılıdır. Ancaq Rusiya sovet hökuməti deyil və Moskva bu vəziyyətdən çıxmaq, Qərb ölkələri daimi təmasda olmaq az itkiyə yol vermək istəyir. Ancaq Avropa və Amerika liderləri Rusiyaya qarşı hələlik radikal iqtisadi sanksiyalara getməsələr də, indiyə qədər tətbiq etdikləri sanksiyalar Rusiyaya zərbə vurur. Əgər hərbi əməliyyatlar davam edərsə, bu daha dərin sanksiyaların tətbiqinə səbəb ola bilər. Bu da Rusiyanı on illər geriyə atar. Şübhəsiz ki, prezident Putin bunu anlayır. Eyni zamanda Ukrayna məsələsində geri çəkilmək, digər tərəfdən də Qərb dünyası ilə münasibətləri tamam pozmaq istəmir. Və bu iki baxış arasında kompramis axtarır. -Kompramis əldə etmək mümkündür? - İndiki dönəmdə dörd prezidentin Minskdə əldə etdiyi atəşkəs razılaşması, əslində kompramis plandır. - Sizcə, Rusiyanın davranışları digər MDB ölkələrində qorxu yaratmır? - Təbii ki, yaradır. Yaratmır desək, bu doğru olmazdı. - Azərbaycanın davranışlarından bu hiss edilirmi?

- Onsuz da Azərbaycanın əraziləri işğal altındadır və bunun davam etməsində Rusiyanın Ermənistana verdiyi hərbi-siyasi dəstək mühüm rol oynayır. İkincisi, Azərbaycan-Rusiya arasında qarşılıqlı iqtisadi-siyasi münasibətlər normal haldadır. Azərbaycan da bölgədə Rusiyanın maraqlarına qarşı addım atmır. Azərbaycan bloklara üzv olmayan təşkilata üzv olub. Odur ki, Avropa Birliyi ilə Şərq Tərəfdaşlıq Proqramını imzalamayıb. Bu mənada Azərbaycan özünü müəyyən mənada sığortalayıb. - Azərbaycan nə Avrasiya İttifaqına daxil olur, nə də Avropa Birliyi ilə Assiosativ sazişi imzalayır. Sizcə, bu doğru siyasi gedişdir? - Bu ayrı və dərin mövzudur. Əlbəttə, bunun müsbət və mənfi tərəfləri var. Ancaq burada ilk olaraq Azərbaycanın maraqları nəzərə alınmalıdır. İndiki dönəmdə Azərbaycan dövlətinin marağı işğal olunan ərazilərin azad edilməsidir. Əgər Rusiya ilə yaxın münasibətlər işğalın sona çatmasına kömək edirsə, Moskva ilə yaxın münasibətləri davam etdirmək lazımdır. Yox, əgər Avropa Birliyi bu işdə Azərbaycana dəstək vermək, erməni işğalını aradan qaldırmaq vədi verirsə, təbii ki, Avropa Birliyi ilə münasibətlər yüksək səviyyədə olmalıdır. Mən məsələyə bu cür yanaşmanın tərəfdarıyam. - Həmsədrlər regiona səfər etdilər, danışıqlar aparıldı. Sizcə, son günlər Qarabağ münaqişəsinə dair danışıqlar prosesi yeni fazaya daxil olub, yoxsa gördüklərimiz imitasiyadır? - Məncə, görüntüdür. Həmsədrlər yaxşı maaş alır, büdcələri pis deyil. Bölgəyə səfərə gəlirlər, Londona, Parisdə, Berlində görüşürlər, super otellərdə qalırlar. Onların işindən həzz aldığı başqa bir idarə yoxdur. Həmsədrlərin də işi heç də, özlərinin dediyi kimi bir-iki görüşlə məsələni həll etmək, işğalı bitirmək deyil. Onlar sadəcə işlərini atəşkəsi qorumaqda görürlər. Artıq onların rolu vasitəçilikdən kənara çıxıb. Bəyanatlarla çıxış edirlər, günahkar tapırlar. Vasitəçi heç yerdə bəyanat vermir, heç bir tərəfi ittiham etmir. Vasitəçinin rolu bitərəf qalmaqla problemin həlli üçün ciddi və nəticəli fəaliyyət ortaya qoymaq,

tərəfləri razı salacaq mexanizmlər işləməkdir. Ancaq yanvarın 27-də Krakovda keçirilən görüşündən sonra həmsədrlər faktiki olaraq Azərbaycanı məhkum etdilər, iddiaları belə oldu ki, atəşkəsi pozan Azərbaycan tərəfidir. Həm də, onların, xüsusən həmsədr Uorlikin bəyanat və görüşləri heç də vasitəçi mandatına uyğun deyil. Ancaq onlardan nəsə tələb edəndə iddia edirlər ki, biz vasitəçiyik və siz problemi həll edin. Bir çox hallarda həmsədrlər öz dövlət rəhbərlərinin xəbəri olmadan bəyanatlar yayırlar. Hamıya da məlumdur ki, həmsədrlərin rolu heç də, işğalçını işğal etdiyi ərazidən çıxarmaq, etnik təmizləməni pisləmək, qanunsuz məskunlaşmanın qarşısını almaq deyil. Əksinə, onlar status-kvonu saxlamaqda daha çox maraqlı görünürlər.

Hüseyn ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Bu xəbəri eşidəndə şoka düşdüm, bədənim əsdi”

    “Bu xəbəri eşidəndə şoka düşdüm, bədənim əsdi” ...

    16-03-2015, 12:23

  • 
  • Rusiya Donbasa hərbi texnika göndərməyə başlayıb - Ukrayna kəşfiyyatı

    Rusiya Donbasa hərbi texnika göndərməyə başlayıb ...

    1-03-2016, 18:41

  • 
  • Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı KXCP Ali Məclisinin Bəyanatı

    Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı KXCP Ali ...

    2-03-2022, 18:14

  • 
  • Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı KXCP Ali Məclisinin Bəyanatı

    Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı KXCP Ali ...

    23-02-2022, 18:28

  • 
  • Rusiya və ABŞ arasında Ukrayna üzrə gizli danışıqlar

    Rusiya və ABŞ arasında Ukrayna üzrə gizli ...

    21-08-2017, 14:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (122)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu