GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Parçalanmalar və didişmələr partiyaların vahid güc mərkəzinə çevrilməsinə imkan vermir”

“Parçalanmalar və didişmələr partiyaların vahid güc mərkəzinə çevrilməsinə imkan vermir”

Tarix: 31-03-2015, 12:03 Bölmə :Ölkə Baxış: 0
“Parçalanmalar və didişmələr partiyaların vahid güc mərkəzinə çevrilməsinə imkan vermir”

Əli Cəfərov: “İqtidar QHT-lərin irəli sürdüyü müsbət ideyaları dəstəkləməlidir”

Milli Azadlıq Hərəkatının fəallarından olan, Demokratik İslahatlar Partiyasının funksioneri, “Demokratiyanın və Milli Dəyərlərin Təbliği” İctimai Birliyinin sədri Əli Cəfərovun müsahibəsini təqdim edirik. Müsahibimiz günün aktual problemlərinə dair fikirlərini açıqlayıb:

-Əli bəy, siz uzun illər siyasətlə məşğul olmusunuz, ictimai-siyasi proseslərdə aktiv iştirak etmisiniz, xalq hərəkatında fəaliyyətiniz olub. Ancaq neçə illərdir ki, siyasi fəaliyyətiniz gözə çarpmır. Siyasətdən uzaqlaşmısınız, yoxsa siyasi fəaliyyətiniz mövcudur?

-Bilirsiniz ki, biz 1988-ci illərdə başlayan Milli azadlıq hərəkatında daha fəal iştirak edirdik. Onda bizim əsas hədəfimiz respublikamızı müstəqil görmək idi. İstəyirdik ki, respublikamız müstəqil dövlət olsun və rusların boyunduruğundan qurtulaq. Biz bu missiyanı uğurla həyata keçirtdik. Hal-hazırda ölkəmizi müstəqil dövlət kimi demək olar ki bütün dünya tanıyır. Son zamanlar əsasən vətəndaş cəmiyyəti sektorunda fəaliyyətim daha da aktivdir nəinki siyasi arenada. Hazırda “Demokratiyanın və Milli Dəyərlərin Təbliği” İctimai Birliyinin rəhbəriyəm və son üç ildə bir çox uğurlu layihələrə imza atmışıq. Qeyri-hökümət təskilatı olaraq əsas hədəflərimiz gənclərin maariflənməsi, onlarda mənəvi əxlaqı dəyərlərin formalaşması, adət-ənələrimizin qorunması və demokratiyanın təbliği və demokratik cəmiyyətin formalaşmasından ibarətdir. Cəmiyyətin demokratikləşməsi və parelel olaraq gənclərin mənəvi-əxlaqi

dəyərlərin saflaşdırılması günün əsas hədəflərindəndir. Dövlətin möhkəm və dayanaqlı olması üçün mütləq cəmiyyətimizdə bir demokratik düzən olmalı, qanunların aliliyi hər kəsə şamil edilməli və insanlar qanunlar tərəfindən idarə olunmalıdır. Bu demokratiyanın ən mühim prinsiplərindən biridir. Hər bir vətəndaş buna əməl etməlidir. Bunun üçündə ictimai sektorun nümayəndəsi kimi vətəndaş cəmiyyətinin inkişafında maraqlıyıq. Sizdə bilirsiniz ki, vətəndaş cəmiyyəti inkişaf etmiş ölkələrdə cəmiyyəti ancaq qanunlar idarə edir və həmin dövlətlərdə avtoritarizmə və anarxiyaya imkan verilmir. Bundan başqa bilir ki, müasir yeniyetmə gənclərin müəyyən hissəsi sağlam həyat şəraiti keçirmir, təhsildən uzaqlaşır və cəmiyyətimiz üçün yararsız və idarə olunmaz vəziyyətə düşür. Həmin bu gənclər həm dövlət, həm də öz ailələri üçün ciddi problemlər yaradır. Və son zamanlar mən və rəhbərlik etdiyim təşkilat bu istiqamətdə öz fəaliyyətini əsaslı şəkildə davam etdirir. Qaldı məsələnin ikinci tərəfinə, mən hazırda Demokratik İslahatlar Partiyasında siyasi fəaliyyətimi davam etdirirəm.

-Ölkədə mövcud ictimai-siyasi proseslər haqqında nə deyə bilərsiniz, vəziyyəti necə qiymətləndirirsiniz?

-Deməzdim ki, ölkəmizdə ictimai-siyasi proseslər aktivdir. Zəifdə olsa həm siyasi partiyalar, həm də vətəndaş cəmiyyəti institutları fəaliyyət göstərir. Son zamanlar ictimai təşkilatlar daha aktivdir, nəinki partiyalar. Bu da ondan irəli gəlir ki, siyasi partiyalarda parçalanmalar və didişmələr yaşanır. Bunun da nəticəsi olaraq müxalif siyasi partiyalar vahid güc mərkəzinə çevrilə bilmir. Tanıdığımız müəyyən siyasi partiyaların cox az bir qismi öz mövcudluğunu qoruyub saxlaya bilib və həmin qüvvələr istər ölkə daxilində, istərsə də qərbdə baş verən hadisələrə münasibət bildirib öz mövqeylərini ortaya qoya

bilirlər. Hazırda siyasi proseslərə təsir edə biləcək qüvvələr məsələlərə ideoloji baxımdan deyil, siyasi prizmadan yanaşırlar və hər bir qüvvənin öz maraqları var. Bunun da nəticəsidir ki, onlar bəzən siyasi proseslərə təsir edə bilmir və ya proseslərdən kənarda qalırlar. Bəzi siyasi qüvvələr hələ də 1990-1995-ci illərdə qalıb. İntriqa, bir-birini qaralama bu təşkilatların güclənməsinə imkan vermir və təbii ki, bu prosesdən yararlanan ancaq iqtidar olur. Düzdür, son dövrlər bəzi müxalif qüvvələrlə iqtidarın dialoqu və dövlət orqanları ilə QHT nümayəndələrinin görüşləri cəmiyyətin inkişafına təsir edəcək amil kimi də dəyərləndirmək olar. Ümumi problemlərin və cəmiyyətimiz üçün aktual məsələlərin bütövlükdə müxalifət nümayəndələri ilə müzakirəsi daha da məqsədə uyğun olardı.

-Qarşıdan parlament seçkiləri gəlir. Parlament seçkilərinə siyasi qüvvələrin hazırlığını hiss edirsinizmi. Sizcə, 2015-ci il seçkiləri necə keçiriləcək və özünüz növbəti dəfə namizədliyinizi irəli sürəcəksinizmi?

-Son bələdiyyə seçkiləri ürəkaçan olmadı. Düşünürdüm ki, əgər bələdiyyə seçkiləri ədalətli və demokratik keçirilərsə, bu 2015-ci ildə keçiriləcək parlament seçkilərinə bir stimul olar. Amma, iqtidar bu şansı əldən verdi. Amma, bütün bunlara rəğmən həm siyasi qüvvələrin, həm də fərdlərin seçki prosesinə qoşulacaqları hiss olunur. Çünki hər bir siyasi qüvvənin əsas məqsədi, hədəfi hakimiyyətə gəlməkdir. Düzdür, biz parlamentli respubilka deyilik, amma, hər bir siyasi qüvvə istəyir ki, Milli Məclisdə nümayəndələri çox seçilsin və parlament vasitəsi ilə ölkəmizdə gedən proseslərə müdaxilə edə bilsin. Bəzi siyasi qüvvələr bununla bağlı məsləhətləşmələr aparır. Müəyyən bloklar yaradırlar. Bəzi siyasi şəxslər artıq iştirak edəcəyi seçki dairəsini də müəyyənləşdirib. İqtidar əvvəlki seçkilərdən nəticə çıxartmalı

və növbəti parlament seçkilərinin ədalətli təşkilinə şərait yaratmalıdır. Məmurların seçkiyə müdaxiləsinə yol verilməməlidir. Mən seçkilərdə istirakımla bağlı onu deyim ki, hər bir siyasət adamı istəyər ki, seçkilərdə istirak etsin və qalib gəlsin. Bu mənada mən də seçkilərdə istirak etmək niyətindəyəm. 70 saylı Masallı şəhər DSK ərazisindən namizədliyimi irəli sürmək fikrindəyəm. Təbii ki, buna qədər müəyyən məsləhətləşmələrə ehtiyac var.

-Sosial sahədə olan vəziyyəti necə qiymətləndirirsiniz, fikrinizcə, əsas problemlər hansılardır və bu problemləri həll etmək imkanları varmı?

-Son 4-5 ili götürsək ölkə əhalisinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində müəyyən irəliləyişlər baş verib. Ancaq bu o demək deyil ki, əhalinin həyat səviyyəsi ürək açandır. Məsələ burasındadır ki, dövlət regionların inkişafına ayırmış olduğu maliyyə vəsaiti təyinatına uyğun istifadə olunur. Fikrimcə, ünvanlı sosial yardımdan tutmuş, əhalinin pensiya təminatı və digər sosial sahələrin də hələ də ədalətsizlik və süründürməçilik höküm sürür. Ən yaralı yerimiz olan təhsil, uşaq və yeniyetmələrlə iş çox acınacaqlı vəziyyətdədir. Bu hallar özünü regionda daha qabarıq şəkildə göstərir. Əksər rayon məktəblərində təhsilin səviyyəsi çox bərbad vəziyətdədir. Hətta bəzi rayon və kəndlərdə məktəblər tam yararsız haldadır. Bu tipli məktəblərdə təhsil alan şagirdlərin həyatı daim təhlükə altındadır. Gənclərimizlə iş düzgün qurulmayıb. İstirahət və əyləncə mərkəzlərinin əksəriyyəti pullu olduğuna görə orta təqəbənin və kasıbların uşaqları həmin mərkəzlərdən istifadə edə bilmir. Bunun da nəticəsidir ki, indiki gənclər arasında narkomaniyaya meyillilik artıb. Bundan əlavə, yeniyetmələrlə məktəblərdə işlər düzgün qurulmadığından gənclərimizin

müəyyən hissəsi radikal dini qruplaşmaların qurbanına çevrilir. Belə gənclər cəmiyət və dövlətimiz üçün ciddi problemə çevrilirlər. Onları idarə etəmək eləcədə nəzarətdə saxlamaq çox çətin olur. Bu sahədə dövət orqanları, dini komitə, Qafqaz Müsəlmanları İdarəsi və ictimai sektorun nümayəndələri birgə fəaliyyət göstərməlidirlər. Düzdür, son zamanlar bu sahədə dini komitənin sədri hörmətli Mübariz Qurbanlının təşəbbüsünün nəticəsində işlər görülür. Hesab edirəm ki, təhsil sahəsində də belə əməkdaşlıqlar qaçılmazdır. Respublikamızda elə orta ümumtəhsil məktəbləri var ki, son 4-5 ildə həmin məktəbin məzunlarından heç kim ali və orta ixtisas məktəblərinə daxil ola bilməyib. Deməli, həmin məktəblərdə təhsilin səviyyəsi çox aşağıdır və ya məktəb rəhbərliyi yerində deyil. Bu çox ciddi məsələlərdəndir. Təhsil Nazirliyi bu haqda fikirləşməlidir. Təhsildən söz düşmüşkən, müəllimlərin əmək haqqı aşağı səviyyədədir. Müəllim də ailəsini dolandırmaq üçün başqa vasitələrə əl atmaq məcburiyyətində qalır. Sosial sahədə bizi narahat edən məsələlərdən biri də işsizlik problemidir. Düşünürəm ki, dövlət regionların sosial inkişafına diqqət yetirməli, yeni iş yerləri açmalıdır. Əsasən də kənd rayonlarında istehsal olunan məhsulların bazara çıxmasına şərait yaratmalıdır.

-Son zamanlar Dağlıq Qarabağ münaqişəsinə dair sanki bir hərəkətlilik var, həmsədrlər regiona səfər etdi, Azərbaycan Minsk Qrupuna Türkiyə və Almaniyanın daxil edilməsini istəyir. Qarabağ münaqişəsi, danışıqlar prosesi və mövcud durum sizcə nədən ibarətdir?

-Dağlıq Qarabağ münaqısəsi bizim ən ağrılı problemimizdir. Zaman-zaman xristian dünyası, xüsusilə, ruslar və fransızların

dəstəyilə ermənilər ərazilərimizi işğal etməklə özlərinin dövlətlərini yaradıblar. Bu məkirli siyasətin arxasında duran xristian dünyasının məqsədi bütünlükdə türk dünyasını məhv etmək və onları kölə halına salmaqdan ibarətdir. Bunun da nəticəsidir ki, 1990-cı ildən başlayaraq azərbaycanlılara qarşı bir soyqırım siyasəti yurudülür ki, nəticədə torpaqlarımız işğal olunur. Dünyanın ən nüfüzlu beynəlxalq təşkilatları bizim haqlı olduğumuzu və ərazi bütövlüyümüzü sözdə tanıyıb, amma bunun heç bir müsbət nəticəsi yoxdur. BMT Təhlükəsizlik Şurasının 822,853,874,884 saylı qətnamələrində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanınıb. ATƏT müəyyən etdiyi beynəlxalq hüquqdan doğan 10 prinsipin hamısını Ermənistan dövləti pozub, yəni bizim ərazilərimizi işğal edib. Amma bu günə qədər Ermənistana qarşı kəskin və ciddi mövqe nümayiş etdirilmir, sanki bir xristian həmrəyliyini görürük. ATƏT-in Minsk Qrupuna gəldikdə deyim ki, bu qrupun fəaliyyəti ancaq regiona turist səfərindən o yana keçmir. Gəlirlər, gəzirlər, yeyirlər, içirlər və boş-boş bəyanatlar verib gedirlər. Bu mənada Minsk Qqrupuna daxil olan Rusiya və Fransadan heç nə gözləməyə dəyməz. Bu dövlətlər ermənipərəstdirlər və onların da mənafeyini qoruyacaqlar. Biz dəfələrlə bu məsələlərin müzakirəsində bildirmişik. Minsk qrupuna Türküyə və Almaniyanın cəlb edilməsi daha da məqsədəuyğun olardı və proseslərin həllini sürətləndirərdi. Bu məsələnin də dövlətimiz tərəfindən qaldırılması və dəstəkləməsi çox düzgün addımdır.

-QHT sektorunda da müəyyən proseslər var. Bir sıra QHT-lər durumun ciddi pisləşdiyini, bir qrup isə hər şeyin yaxşı olduğunu iddia edir. Siz bu sahədə fəaliyyətiniz olan şəxs kimi nə deyə bilərsiniz, QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlığına necə baxırsınız.

-Bizim qəzetlərdə, internet saytlarında və sosial şəbəkələrdə insan haqlarına dair geniş yazılar gedir və hər kəs öz fikirlərini sərbəst şəkildə ifadə edə bilir. Bizdə dövlətin nəzarətində olan mətbu orqanları ilə yanaşı müxtəlif siyasi partiyaların və ideoloji cərəyanların maraqlarını ifadə edən informasiya resursları mövcuddur. Bu millət azadlığı ruhən qəbul edib, onu təzədən kölə halına salmaq mümkün deyil, hətta buna çalışsalar da nail ola bilməzlər. Sadə bir məsələni götürək, Lamiyə Quliyevanın həbsi ilə bağlı nə düzdü, nə yalnışdı, bunu qoyaq bir tərəfə. Həbsxanada baş verən olaylar, qadının hamilə olması məsələsi ictimaiyyəti hərəkətə gətirdi, qəzetlər, sosial şəbəkələr ondan yazmağa başladı. Hətta tanınmış yazarlar Lamiyənin həyatını tanınmış ədiblərin əsərlərindəki qəhrəmanlarla müqayisə etdilər. Kimlərsə istəsə belə, ictimaiyyətin diqqətini bu məsələdən yayındıra bilmədi. Deməli, cəmiyyətdəki istənilən haqsızlıqları mətbuatda işıqlandırmaq olar və heç bir qadağalar cəmiyyətimizdə gedən demokratikləşmə prosesini dayandıra bilməz. İnsan haqları sahəsində müəyyən irəliləyişlər olmasına rəğmən hələ də həbsdə olan jurnalistlərimiz var.

QHT-lər mövzusuna gəldikdə deyim ki, Avropa dövlətləri öz dəyərlərini QHT-lər vasitəsilə ixrac edirlər. Demokratik idarəetməyə əsaslanmayan müsəlman dövlətlərində baş verən göz önündədir. İnqilablar o ölkələrdə baş verir ki, bu tip ölkələrdə vətəndaş cəmiyyətləri zəif inkişaf etmiş olur və yaxud həmin ölkələrdə avtoritar rejimlər olur. Belə olanda vətəndaş öz iqtidarından narazı olur və beynəlxalq təşkilatlara xilaskar kimi yanaşırlar. Bu məsələdən yararlanan xarici qüvvələr QHT-lər vasitəsilə cəmiyyətin daxilinə nüfuz edir və narazı təbəqəni öz arxasınca apararaq istədiyinə nail olur. Bunun üçün də iqtidar QHT sektoru ilə əməkdaşlığa önəm verməli və onların irəli sürdüyü müsbət ideyaları dəstəkləməlidir. Onların inkişafında maraqlı olmalı və QHT-lərin maddi-texniki bazasını möhkəmləndirməlidir. İctimai sektorun nümayəndələrinə ideoloji baxışlarına görə deyil, praktiki fəaliyyətinə görə dəyər

verilməlidir. Mən hesab edirəm ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq lazımdır. Biz müstəqilliyə yeni qazanan gənc dövlət kimi müəyyən məsələlərin öyrənilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıq etməliyik. Biz kimsəyə şərait yaratmamalıyıq ki, bizim daxili işlərimizə müdaxilə etsin. Gələcəkdə arzuolunmaz halların baş verməməsi üçün maarifləndirmə işlərini gücləndirmək, gənclərlə fəal işləmək lazımdır. Amma bu o demək deyil ki, iqtidar ictimai sektoru ələ alsın və istədiyi istiqamətə yönəltsin. Belə olan halda istər-istəməz bəzi beynəlxalq təşkilatlara meydan vermiş oluruq.

Hüseyn Abbasoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bu gün 22 aprel 2016-cı il Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında “Azadlıq” Partiyaların Siyasi Əməkdaşlıq Mərkəzinin növbəti iclası keçirilib.

    Bu gün 22 aprel 2016-cı il Klassik Xalq Cəbhəsi ...

    22-04-2016, 22:20

  • 
  • Müsahibimiz  “Avropa Demokratik Dəyərlərinin Təbliği Mərkəzi” İctimai Birliyinin sədri İntiqam Xudiyevdir.

    Müsahibimiz “Avropa Demokratik Dəyərlərinin ...

    10-06-2016, 12:01

  • 
  • AXCP sədri: “Seçkidə vahid namizədlə iştirak etməliyik”

    AXCP sədri: “Seçkidə vahid namizədlə iştirak ...

    30-05-2013, 12:30

  • 
  • Əli Kərimli yeni vahid namizəddən danışdı

    Əli Kərimli yeni vahid namizəddən danışdı ...

    23-08-2013, 17:31

  • 
  • Müsavat funksioneri partiyasını tərk etdi- Milli Şuraya görə

    Müsavat funksioneri partiyasını tərk etdi- Milli ...

    11-01-2014, 01:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu