Nizami Rayon Polis İdarəsi müstəntiqinin ştatdankənar köməkçisi, 23 yaşlı Qəhrəman Bədəlovun cinayət işi üzrə məhkəmə başlayıb. Qəhrəman Bədəlov 33 yaşlı iki uşaq anası Yeganə Məmmədovanı Nəsimi rayonu, 3-cü mikrorayon, Asif Məhərrəmov küçəsində yaşadığı kirayə evdə boğaraq öldürüb.
Əxlaqsız qadın Yeganə Məmmədova masajçı kimi tanınırmış. Elə Qəhrəman onun yanına masaj olunmaq məqsədilə getdiyi vaxtlarda münasibət qurub və bundan sonra onunla qeyri-rəsmi yaşamağa başlayıb.
Bir müddət qadınla qeyri-rəsmi yaşayan Qəhrəman Bədəlov sonradan ondan aralanmaq istəyib. Lakin 33 yaşlı qadın gəncin barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onu şantaj edib. Gənc oğlan sevgilisini elə yataqda boğub. Hadisədən sonra Yeganə Məmmədovanın iki övladı uşaq evinə verilib.
Qəhrəman Bədəlov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Məhkəmə dekabrın 2-də davam etdiriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?