GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Azəriqaz”da “itkiyə gedən” milyardlar

“Azəriqaz”da “itkiyə gedən” milyardlar

Tarix: 1-05-2015, 11:44 Bölmə :Ölkə Baxış: 0
“Azəriqaz”da “itkiyə gedən” milyardlar


İstehsalat Birliyinin sədri Əkbər Hacıyevin vəzifəsinə son qoyacaq müdhiş faktlar

Ölkədə fəaliyyət göstərən əksər dövlət qurumlarında kök atmış korrupsiya şəbəkəsinin inkişafımıza vurduğu ağır zərbələrin ağrılı nəticələri tədricən üzə çıxmaqdadır. İllərlə büdcədən ayrılan milyardların “vayına” oturan idarə və təşkilatlar saxta sənədlər, şübhəli tender əməliyyatları vasitəsilə kağız üzərində “xariqələr” yaratsalar da, kiçik bir araşdırma nəticəsində çox ciddi faktlar ortaya çıxarmaq olar. Əslində ötən illər ərzində ölkənin bütün infrostrukturunu tamamilə yenidən qurmaq üçün yetərli olan maliyyə ayırmaları olub. Lakin, elə sahələr vardır ki, ayaqda durması üçün sovetlərdən qalma avadanlıqlara minnətdar olmalıdır. Sənədləşdirmələrə baxılsa isə həmin sahələrin tam müasir standartlara cavab verəcək səviyyədə qurulduğunu görmək olar.

Bu gün dünyada davam edən “enerji müharibəsi” hər gün bir az da dərinləşir. Daha çox enerji qaynaqlarına nəzarət etmək üçün dövlətlər arası mübarizə kəskinləşir. Zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan Avropanın enerji layihələrində yaxından iştirak edir. İlk baxımdan düşünmək olardı ki, təbii ehtiyatlarla zəngin olan ölkəmizdə insanların mavi yanacaqla təminatında gərək heç bir problem olmasın. Şəhər və kəndlərimizin qazlaşdırılması tam mənada dünya standartlarına uyğun olaraq başa çatdırılsın. Lakin, bunun belə olduğunu düşünmək üçün gərək Azərbaycandan çox-çox uzaqlarda yaşayasan. Reallıqlar tamamilə başqa şey deyir. “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyəti nəticəsində bu sahədə acınacaqlı durum yaranıb. Vəziyyətin ağır olduğunu təsdiq etmək üçün geridə qoyduğumuz qışın “xatirələrini” yada salmaq kifayətdir. O qədər də sərt keçməyən qış fəslində belə qaz təminatında çoxsaylı problemlərin olduğu ortaya çıxdı. Baxmayaraq ki, hələ payızda “Azəriqaz” rəhbərliyi, konkret olaraq Əkbər Hacıyev hər şeyin normal olduğunu, qışa hazırlıqların başa çatdığını bəyan etmişdi. Ancaq, insanları bu qışın soyuğundan heç də “Azəriqaz”ın fədakarlığı yox, təbiətin “isti mərhəməti” çıxardı. Cəmisi bir neçə gün davam edən şaxtalı havalarda ölkənin böyük əksəriyyətində işq və qaz “yoxa çıxdı”. Əhalinin qazla təminatında ciddi problemlər olsa da qazdan zəhərlənmələr sarıdan problem olmayıb. Əhaliyə satılan qazın tərkibi, standartlara uyğunluğu barəsində dəfələrlə həyacan təbili çalınsa da bu barədə də heç bir tədbir görülməyib.

Xatırladaq ki, 2009-cu ilin iyulunda prezident İlham Əliyevin fərmanı ilə "Azəriqaz" ARDNŞ-in tərkibinə qatılıb. Bundan sonra mavi yanacaqla təminatda problemlərin olmayacağına ümidlər yaransa da “xəyalların” ömrü çox çəkmədi. Nəticədə ötən illər ərzində adambaşına qaz istehlakı 2,5 dəfə - 890 kubdan 330 kuba azalıb.

Əkbər Hacıyevin "Azəriqaz" İstehsalat Birliyinə baş direktor təyin edilməsindən sonra əhalinin mavi yanacaq təminatı bərbad vəziyyətə düşüb, həmçinin qaz itkiləri çoxalıb. Kənd rayonlarında, eləcə də Bakının əksər qəsəbələrində qazın təzyiqinin həddən artıq aşağı olması vətəndaşlar arasında narazılıq hallarının artmasına gətirib çıxarıb. "Azəriqaz" İstehsalat Birliyinin əsas vəzifəsi əhalini fasiləsiz və

keyfiyyətli şəkildə mavi yanacaqla təmin etməkdir. Lakin qurumun fəaliyyətində mövcud olan bəzi nöqsanlar, maliyyə maxinasiyaları və məmur özbaşınalıqları vətəndaşların problemlə üzləşməsinə səbəb olub. Birliyin rəsmi şəxsləri deyir ki, qaz kəsintiləri təmir işləri ilə bağlıdır. Amma müşahidələr tamam başqa mətləblərdən xəbər verir. Axı nə qədər təmir işləri və profilaktik tədbirlər həyata keçirmək olar. Əkbər Hacıyevin işçiləri ilin 12 ayında təmir işləri görürlər. Bu qədər təmir işlərinə rəğmən, əhali fasiləsiz şəkildə mavi yanacaq ala bilmir. Əslində, qaz kəsintiləri heç də təmir-bərpa işləri ilə əlaqədar deyil. Mütəxəssislərin fikrincə, Əkbər Hacıyev bu üsuldan istifadə edərək özünün şərait yaratdığı neqativ halların, daha doğrusu, büdcə yeyintilərinin üstünü ört-basdır etməyə çalışır: "Respublika üzrə qaz itkisi 3-5 faiz olaraq göstərilsə də, araşdırmalar zamanı məlum olmuşdu ki, bu göstərici 20-30 faizdir. Rayonlar üzrə isə bu itkilər daha yüksəkdir. Bu itkilər hər zaman xalqın qazla təminatına maneçilik törədəcək. Əgər bu qədər təmir işləri aparılırsa, sızıntılar, zəhərlənmələr, partlayışlar necə baş verir? Bu cür bədbəxt hadisələr araşdırılmır. Sadəcə olaraq yazıq nəzarətçilər cəzalandırılır. Amma bunun məsuliyyətini ciddi şəkildə daşıyan şəxslər var". Ekspertlərin qeyd etdiyi kimi, bu sahədə hər hansı xoşagəlməz hadisə baş verən zaman nəzarətçilər cəzalandırılır. Hansısa səbəblərə görə aidiyyəti qurumların rəsmiləri Əkbər Hacıyevi və "Azəriqaz" İB-in digər səlahiyyətli şəxslərini cəzalandırmırlar. Onu da qeyd edək ki, 2009-cu ildən bu günə kimi xeyli qaz itkisi baş verib. Əkbər Hacıyev isə "Azəriqaz"ın fəaliyyəti ilə bağlı tərtib etdiyi hesabatlarda şişirtmə rəqəmlərə yol verir və bu itkiləri gizli saxlayır. Baş direktor hələ ki, bunu ustalıqla həyata keçirir.

Təkcə 2009-cu ildə “Azəriqaz”a verilən təbii qazın 1,2 milyard kubmetrə yaxını itkiyə getmişdi, yaxud itki adı altında rəsmiləşdirilmişdi. 2009-cu ildə prezident bu sahədə vəziyyəti kökündən dəyişdirmək üçün struktur islahatlarına getdi – “Azəriqaz”ın nəhəng məbləğdə borcu silindi və bu struktur ARDNŞ-in tərkibinə verildi. Tarif Şurası isə əhaliyə satılan təbii qazın qiymətini iki dəfə artırdı, bununla da “Azəriqaz”ın gəlirlə işləməsinə imkan yaradıldı. O vaxtdan ölkənin qazla təchizatında vəziyyəti dəyişmək üçün milyardlarla manat həcmində kapital qoyuluşu baş verib. Bakı və ətraf qəsəbələrdə təbii qaz xətləri yeniləndi, abonentlərin smart tipli sayğaclarla təchizatı həyata keçirildi, lakin problemlər bilmərrə həll olunmadı. Xüsusilə sayğac quraşdırılması zamanı “Azəriqaz”-ın qaz istehlakçılarını aldatdığı ilə bağlı çoxsaylı faktlar medyada yer almışdı. Belə ki, əvvəllər qurulmuş 2.5 kubmetr/saat gücündə olan sayğaclar 4.0 kubmetr/saat gücündə olan sayğaclarla əvəzləndi. Bu sayğacların əvvəlkilərdən fərqi təxminən istehlak olunan qazın miqdarını 2-2.5 dəfə artıq qeyd etməkdir. Bunu da “Azəriqaz” özünün tabeliyində olan “Qazsazlama” müəssisəsi vasitəsilə həyata keçirir. Burada sayğaclar laboratoriyada nizamlanmalı, standartlara uyğunlaşdırılmalı, sonra Standartlaşdırma və Patent üzrə Komitənin ayrılmış nümayəndəsi ilə plomblanmalıdır. Təəssüf ki, bu proseslər həmişə “Azəriqaz”ın xeyrinə, əhalinin, idarə və müəssisələrin isə ziyanına həyata keçirilib.

Bütün bunlara baxmayaraq qaz operatorunun fəaliyyətində ciddi nöqsanlar qalmaqda idi. Məsələn, abonentlərin smart tipli sayğaclarla təchiz olunmasına, qaz

xətlərinin yenilənməsinə baxmayaraq, qaz itkisinin həcmində radikal azalma baş verməyib. Rəsmi statistik rəqəmlərə görə, təkcə 2013-cü ildə “Azəriqaz”da qaz itkisi 7,2 faiz (təxminən 890 milyon kubmetr) təşkil edirdi. Əslində isə itkilərin miqdarının daha yüksək-ildə 1-1,2 milyard kubmetr olduğu təxmin edilir. Lakin itkilərin “Azəriqaz”ın rəsmən təsdiq etdiyi kimi 7-8 faiz arasında olduğu qəbul edilsə belə bu, dəhşətli dərəcədə yüksək rəqəmdir. Ölkənin qaz təsərrüfatına milyardlara manat vəsait qoyulduğu halda itkiləri ötən 6 il ərzində radikal şəkildə azaltmaq nəyə görə mümkün olmayıb? Necə ola bilər ki, “Azəriqaz”-da hələ də ildə orta hesabla 1 milyard kubmetr qaz itkiyə gedir? Hansı ki, bu həcmdə qaz Ermənistan kimi kiçik və zəif inkişaf etmiş ölkənin qaza tələbatının az qala yarısını, Albaniyanın isə tələbatının hamısını təşkil edir. Digər tərəfdən, “Azəriqaz” ölkədə qazlaşdırma səviyyəsini prezidentin müəyyən etdiyi səviyyəyə – 95 faiz səviyyəsinə qaldırmağa hələ də nail olmayıb. Prezident “Azəriqaz” qarşısında vəzifə qoymuşdu ki, ölkənin qazlaşdırılması səviyyəsi ən geci 2013-cü ildə 95 faiz səviyyəsinə çatmalıdır. Lakin qaz operatoru bu vəzifənin də öhdəsindən gələ bilməyib – qazlaşdırma səviyyəsi hələ 90 faizə də çatmayıb. Ölkənin bir çox regionlarında, məsələn, Gədəbəyin Ermənistanla sərhəd Şınıx bölgəsində illər əvvəl başlamış qazlaşdırma işləri yarımçıq qoyulub. Bölgələrdə qazlaşdırma işlərinin olduqca ləng getməsini prezident İlham Əliyev ötən il Nazirlər Kabinetinin iclaslarının birində vurğulamışdı. Prezident demişdi ki, o hər dəfə bölgələrə səfər edəndə qazlaşdırma işlərinin gedişinə dair məlumatlar alır, alınan məlumatlar isə bu sahədə vəziyyətin dözülməz olduğunu göstərir. Belə ki, prezidentə ayda cəmi 1-2 kəndin qazlaşdırıldığı haqda raport verilir və İlham Əliyev bu sahədə vəziyyətin dəyişdirilməsinə dair göstəriş vermişdi. Əslində prezidentin həmin iclasda “Azəriqaz”ın fəaliyyəti haqda işlətdiyi bu fikirlər qaz operatorunun rəhbərliyi üçün ciddi siqnal olmalı idi. Çünki məlumdur ki, prezident bu və ya digər sahədə nöqsanları aşkar edəndə dərhal radikal inzibati tədbirlərə əl atmır, vəziyyətin düzəldilməsi barədə bir neçə dəfə göstərişlərini verir, səbrlə gözləyir və bu tədbirlər gözlənilən nəticəni verməyəndə problemi kökündən həll etmək üçün radikal struktur islahatlarına gedir. Artıq “Azəriqaz” İstehsalat Birliyi və onun rəhbərliyinin fəaliyyəti ilə bağlı qəti tədbirlərin görüləcəyinin anonsları verilir. Ölkə başçısının son çıxışlarında bir sıra təşkilatların fəaliyyətini ciddi tənqid etməsi onlara göstərilən etimad limitinin bitdiyini göstərir. Bu sırada Əkbər Hacıyevin də adı xüsusi yer alır. Qarşıda gözlənilən kadr dəyişikliklərində onun yenidən komandada təmsil olunmaq şansları sıfıra bərabərdir. Sadəcə son qərarın veriləcəyi günü gözləmək qalır.

Mustafa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nazirliyin idarəsində şübhəli maliyyə fırıldaqları

    Nazirliyin idarəsində şübhəli maliyyə fırıldaqları ...

    19-02-2015, 23:35

  • 
  • Əkbər Hacıyevin idarəsində müdhiş özbaşınalıq

    Əkbər Hacıyevin idarəsində müdhiş özbaşınalıq ...

    1-07-2015, 06:36

  • 
  • «Azəriqaz»da Əkbər Hacıyev böhranı

    «Azəriqaz»da Əkbər Hacıyev böhranı ...

    20-12-2012, 13:53

  • 
  • Ağdamda müdhiş “tender əməliyyatları”

    Ağdamda müdhiş “tender əməliyyatları” ...

    17-03-2015, 00:59

  • 
  • Əkbər Hacıyevin vətəndaşlara NÖVBƏTİ TƏLƏ... - FAKT

    Əkbər Hacıyevin vətəndaşlara NÖVBƏTİ TƏLƏ... - ...

    12-10-2018, 11:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (311)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu