GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Dünyanı yəhudilər idarə edirdisə, necə oldu ki, Amerika ilə İran arasında razılıq əldə edildi?”

“Dünyanı yəhudilər idarə edirdisə, necə oldu ki, Amerika ilə İran arasında razılıq əldə edildi?”

Tarix: 1-05-2015, 11:51 Bölmə :Ölkə Baxış: 0
“Dünyanı yəhudilər idarə edirdisə, necə oldu ki, Amerika ilə İran arasında razılıq əldə edildi?”

Hikmət Hacızadə: “Tehranla böyük razılaşma əldə edilsə, Amerikanın Azərbaycan siyasətində demokratiya məsələsi birinci yerə gələcək”

Regionda və dünyada maraqlı siyasi proseslər gedir. İranla altılıq ölkələri arasında razılıq əldə olunub. Bu o deməkdir ki, yaxın gələcəkdə İranın neft və qaz məhsulları dünya bazarına çıxarılacaq, neftin qiymətində enmələr davam edəcək. Eləcə də regionda Türkiyə, İran və Səudiyyə Ərəbistanı arasında nüfuz savaşı güclənəcək. İran-Amerika münasibətlərinin düzəlməsi avtomatik olaraq Tehran-Moskva və Tehran-İrəvan münasibətlərinə mənfi təsir edəcək. Eləcə də qərblə İran qarşıdurmasının aradan qalxması regionda Azərbaycanın coğrafi və geostrateji əhəmiyyətini azalda bilər. Bütün bu mövzular ətrafında Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadənin müsahibəsini təqdim edirik:

- Hikmət bəy, İran ərafında hansı proseslər gedir. Tehranla 5+1 dövlətləri arasında aparılan danışıqların belə intesiv xarakter alması və razılaşmanın əldə olunmasına səbəb nədir?

- Əslində ən aydın məsələ İranın nüvə silahı əldə etmək üçün apardığı böyül işlərdir və bildiyiniz kimi də, dünya bundan çox narahatdır. Qərb dünyası ondan ehtiyat edir ki, nüvə silahı İranın əlinə keçəcək və bundan sonra dünyada nüvə silahı əldə etmək istəyən dövlətlər arasında yarış başlayacaq. Dərhal Səudiyyə Ərəbistanı, Misir, İraq və Türkiyə nüvə texnologiyası yaratmaq haqqında düşünəcək, bu istiqamətdə böyük pullar xərcləyəcək. Beləcə dünyada nüvə müharibəsi ehtimalı daha da artacaq. Əsas

məsələ bununla bağlıdır. Ancaq bu məsələnin ikinci tərəfi də var. İş ondadır ki, İran dövləti ənənəvi olaraq çalışır ki, ətrafında müttəfiqlər kəməri yaratsın. Bunun üçün də, şiə dövlətlərini dəstəkləyir, qonşu dövlətlərdə şiə qruplarını müdafiə edir. Bu proses hazırda Yəməndə müşahidə edilir, eləcə də Tehran Suriya məsələsində Bəşər Əsəd rejiminə dəstəyini ifadə edir. Eləcə də indi İraqın idarəçiliyi şiələrin əlindədir və İran onları dəstəkləyir. Başqa sözlə, İran öz ətrafında şiə kəməri yaradır və beləliklə regionun memarlıq üslubunu dəyişir. Təbii ki, bu da qərbdə narahatlıq yaradır. İndilikdə qərb üçün bu iki məqam xüsusi problem hesab olunur. Bu məqamları nəzərə alaraq, İranla ciddi danışıqlar aparıldı və görünən budur ki, razılıq əldə olundu.

- Sizcə, İranla aparılan danışıqlar və əldə olunan razılıq nə dərəcədə əsaslı və qarantiyalıdır?

- Mənim fikrimcə, Lozannada ciddi danışıqlar aparılıb və nəsə uğurlu bir şey alınacaq. Mən hər iki tərəfdən ümidverici bəyanatları görürəm. Mən əlbəttə, İranın siyasi mətbəxtinə daxil deyiləm, bilmirəm ki, onlar nə düşünüblər, nələr edirlər. Ancaq bəyanatlarına əsasən, Tehranın dedikləri çox ciddidir və bu məsələni həll etmək istəyirlər. İranı da anlamaq çətin deyil. Bu dövlət neçə illərdir ki, sanksiyalar altında yaşayır, az qala təcrid vəziyyətindədir.

- Ancaq İranın ali dini rəhbəri elan etdi ki, Amerika danışıqlar aparsa da, heç zaman verdiyi sözünün üzərində durmur...

- Bunlar əsəbi və bir qədər də emosional fikirlərdir. Bu cür bəyanatlara və fikirlərə siyasətdə rast gəlmək mümkündür. Məncə, buna təbii baxmaq lazımdır. Böyük və uzun müddətli

qarşıdurmadan dərhal sonra nəzakətli danışmaq və ya davranmaq olmaya da bilir. Hər iki tərəfdən belə emosional çıxışlar eşidəcəyik və görəcəyik. Ancaq onu deyə bilərik ki, tərəflər Lozanna da razılaşma əldə edə biliblər. Siz nəzərə alın ki, dövlətlər də xarakter baxımından insanlar kimidir. Bu, gerçəkdə belədir.

- Lozanna anlaşması siyasi anlaşmadı, yoxsa hüquqi?

- Lozannada danışıq aparan tərəflər siyasi anlaşma əldə ediblər. Bunun ardınca isə hüquqi anlaşma əldə ediləcək.

- Siyasi anlaşma əldə edilib. Bəs burada udan tərəf İrandır, yoxsa onunla danışıq aparan altı ölkə?

- Mənim qənaətimcə, burada hər iki tərəf udub. Hesab edirəm ki, bu razılaşma ədalətli razılaşmadır. Həm İran nüvə silahı istehsal etməyəcək, həm də İranın zənginləşdirilməsi üçün Tehrana imkan veriləcək ki, bu ölkə energetikasını inkişaf etdirə bilsin. Odur ki, hər iki tərəf udub. Fikrimcə, sülhsevər insanlar üçün bu razılaşma müsbət haldır. Nəzərə almaq lazımdır ki, razılığın əldə edilməsi regionda ehtimal olunan istənilən hərbi əməliyyatları və müharibə imkanlarını aradan qaldırır.

- Bu məsələdə Türkiyə fakoru varmı?

- Hesab edirəm ki, bu prosesdə Ankara faktoru yoxdur. Söhbət ondan gedir ki, Ankara Qərbin yanındadır və Türkiyə həm də istəmir ki, İran nüvə silahına malik olsun. Nəzərə alın ki, İranda nüvə silahı olsa, bundan dərhal sonra Türkiyə də nüvə silahı əldə etmək istiqamətində ciddi fəaliyyətə başlayacaq və bəlkə də 3-4 ilə nüvə silahına malik olacaq. İndi nüvə silahı düzəltmək o qədər də çətin məsələ deyil. Pakistan kimi kasıb və ac ölkə özünə nüvə silahı texnologiyası yaratdı. Eləcə də Cənubi Afrika

Respublikası, İsrail belə silaha malik oldu. Yəni bu silaha nail olmaq müasir dünyada çətin bir iş deyil. Türkiyə isə qərblə birgə addım atır. Bir daha vurğulayım ki, İran nüvə silahını yarada bilsəydi, Türkiyədə bu xətti götürüb özünə nüvə texnologiyası yaradacaqdı.

- Bu məsələdə Rusiya faktoru varmı?

- Rusiya danışıqlar prosesində iştirak edib. Bir tərəfdən Rusiya istəmir ki, İranda və ya digər bir dövlətdə nüvə silahı yaradılsın, istehsal olunsun. Moskva bunu qətiyyən istəmir. Lakin Rusiya həm də, qeyri-müəyyənlik istəyir. Moskva ona görə qeyri-müəyyən vəziyyətin olmasını istəyir ki, bu cür situasiyalarda öz kartları ilə oynaya bilir. Bir sözlə, Rusiya ikibaşlı oyun oynayır. Gah nüvə silahının istehsalına qarşı olduğunu bildirir, gah da İrana nüvə texnologiyası satır, burada nüvə elektrostansiyaları tikmək istəyir. Dolaşıq bir siyasət yürüdür.

- Amma bu razılaşmaya qədər İran Rusiyanın müttəfiqi rolunda çıxış edirdi və Moskvadan da dəstək ala bilirdi. Bu razılaşmadan sonra necə olacaq?

- Müttəfiq deyildi. Sadəcə olaraq Rusiya İrandan istifadə edərək regionda qeyri-stabillik yaradırdı. Amma biz açıq deyə bilərik ki, Moskva istəmir ki, Tehranda nüvə silahı istehsalı olsun. Amma qeyri-müəyyənlik arzulayır. Fikrimcə, bu axmaq situasiyadır.

- İranla iyunda hüquqi razılıq əldə ediləcək, sənəd BMT-də təsdiq olunacaq, İrana qarşı sanksiyalar aradan qalxacaq. Sizcə, bu regionda yeni siyasi situasiya yaradacaq?

- Təbii ki, yeni situasiya yaranacaq. Birincisi, İrana qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılacaq və İran iqtisadiyyatının

durumu düzələcək. İkincisi, belə anlaşma əldə edildikdən sonra, digər məsələlərdə öz həllini tapa bilər. Tutalım İranın demokratikləşməsi, Tehranın beynəlxalq hüquqda mövqeyi dəyişə bilər, eləcə də beynəlxalq əməkdaşlıqda düşmənçilik siyasəti əməkdaşlıq siyasəti prizmasında yanaşmalar meydana gələ bilər. Bundan sonra istərdim ki, dünya İranla, İran isə dünya ilə barışsın. Bu Azərbaycan üçün də çox vacibdir.

- İranla dünya barışsa, qərbin sanksiyaları girdabına düşən Rusiya zəifləyə bilərmi?

- Bəli, zəifləyəcək. Əgər İranın nefti dünya bazarına çıxacaqsa, bu halda neftin qiymətində enmələr müşahidə oluna bilər. Bu isə Rusiya üçün arzuedilməz ssenaridir. Mənim fikrimcə, əslində İranla anlaşma əldə edən əsas ölkələr bu məqamı da nəzərə alıblar. Bu sözsüz belədir. Çünki indiki situasiyada İranla anlaşmaq, bu ölkənin neftinin dünya bazarına çıxmasını təmin etmək Rusiyaya qarşı şah gedişdir.

- İranla beynəlxalq ictimaiyyət arasında sülhə əsaslanan əlaqələrin yaranması Azərbaycana hansı təsirlər göstərə bilər?

- Bu gedişat bizim üçün yaxşı olacaq. Çünki İran istər-istəməz daima bizi gərginlik altında saxlayırdı. Əgər İran nüvə silahı əldə edə bilsəydi, bu bizim üçün lap pis olardı. Demək qonşumuz hədsiz dərəcədə gücə malik olacaqdı. Biz isə gücsüz şəkildə onun qarşısında qalacaqdıq. Demək indi bu böyük təhlükə aradan qaldırılır. Bunun ardınca İranla dünyanın barışması Azərbaycan üçün yaxşı prosesdir.

- İranla dünyanın sülh əldə etməsi regionda Azərbaycanın strateji əhəmiyyətinə necə təsir göstərəcək?

- Bu mənada, bəli, Azərbaycanın əhəmiyyəti itəcək. Bunun üçün İrana da dünyanın böyük barış əldə etməsi lazımdır. Ancaq mən hesab edirəm ki, bu tezliklə baş verməyəcək. Bunun üçün müəyyən zaman lazım gələcək. Əgər bu anlaşma əldə ediləcəksə, bu zaman ragionda Azərbaycanıın geostrateji mövqeyi zəifləyəcək. Başqa sözlə, Azərbaycan elə əhəmiyyətli olmayacaq. Çünki bu zaman İran nefti də dünya bazarına daşınacaq, İran vasitəsi ilə Əfqanıstana uçmaq, terrorizmlə mübarizə asanlaşacaq və s. Ancaq indilikdə bütün bunlar Azərbaycan vasitəsilə həyata keçirilir. Düzdür, İran dünya ilə tez zamanda barış əldə etməyəcək, ancaq nə zaman əldə edəcəksə, ondan sonra Azərbaycanın strateji əhəmiyyəti bir qədər zəifləyəcək.

- Böyük razılaşma əldə edilsə, Amerikanın Azərbaycanla bağlı siyasətində irəli sürdüyü enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və demokratik dəyərlərin müdafiə edilməsi təsnifatında dəyişiklik edə, demokratiya məsələsi əsas prioritet kimi götürə bilərmi?

- Hesab edirəm ki, İranla böyük razılaşma əldə edilsə, Amerikanın Azərbaycanla bağlı siyasətində demokratiya məsələsi birinci yerə gələcək, digər iki prinsipə isə yer olmayacaq. Bu zaman qərb demokratiya deyə qışqıracaq. Bəli, İranla anlaşma əldə edilsə, bu bizim xeyrimizə olacaq. Əslində Azərbaycanın ətrafında böyük demokratik proseslər gedir. Yalnız Azərbaycan ortada qalıb, tərpənmir. Hətta İran kimi mühafizəkar ölkədə belə demokratik, bəşəri inkişaf gedir. Bunlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Azərbaycan isə demokratiya okeanında bir ada deyil. Bizim dörd tərəfimiz demokratiyadır, bir tərəfimiz də dəniz. Fikrimcə, İranla

dünyanın münasibətlərinin düzəlməsi mübət çalarlar vəd edir və bu bizi islahatlara çağıracaq.

- İran indiyə qədər Ermənistanla yaxşı əlaqələr qurub və bunun bir səbəbi də, Tehrana qarşı tətbiq edilən sanksiyalar olub. Hazırda İran təcrid vəziyyətindən çıxır. Bu İran-Ermənistan münasibətlərinə necə təsir göstərə bilər?

- Söhbət ondan gedir ki, bütün bunlar dəyişəcək. Başqa sözlə, Azərbaycanın əleyhinə İran Ermənistanla əməkdaşlıq etməməlidir. Bu doğru da deyil. Çünki indiyə qədər İranın bu cür addımları daha çox qərbə etiraz mənasında formalaşdırılmışdı. Onu da deyə bilərik ki, qərbə qarşı Tehran-İrəvan-Moskva xətti formalaşmışdı. Əgər İran qərbə qarşı olmasa, bu zaman Ermənistanla da belə formada əməkdaşlıq olmamalıdır. Ələlxüsus, Azərbaycan və Türkiyənin əleyhinə əməkdaşlığın olması doğru deyil. Fikrimcə, İranla dünya arasında razılaşma əldə olunarsa, bu cür əməkdaşlıq olmayacaq və ya çox zəif olacaq. Çox şey dəyişə bilər. Bunun üçün İranla dünya barışmalıdır. Əgər bu baş verərsə, çox fərqli durum yaranacaq.

- Yaxın Şərqdə nə baş verir, xüsusilə Yəməndə?

- Yəməndə vəziyyət mürəkkəb olaraq qalır. Söhbət ondan gedir ki, Yəməndə böyük və güclü şiə qruplaşması var. İndi bu qruplaşma birləşərək hakimiyyəti ələ keçirib. Şübhəsiz ki, onlar İrandan böyük dəstək alırlar. Ümumiyyətlə dünyadakı şiələr Yəməndəki şiə qrupuna dəstək verirlər. Məsələ bundan ibarətdir. Sünni ərəb dövlətləri isə bu prosesə qarşı çıxırlar, bildirirlər ki, Yəməndə hakimiyyəti ələ keçirənlər qeyri legitimdirlər, qanunu hakimiyyət deyil. Odur ki, Səudiyyə Ərəbistanı başda olmaqla

sünni ərəb dövlətləri Yəməni havadan bombarduman edirlər. Bir sözlə, vəziyyət heç də ürəkaçan deyil.

- 2011-ci ildən Yaxın Şərq qarışıb. Bu proses nə qədər çəkəcək, vəziyyətdən çıxış yolu nədən ibarətdir?

- Bu haqda proqnoz vermək çətindir. Ancaq mənim qənaətim belədir ki, indi bu proseslər iki məsələdən çox asılıdır. Birincisi, qərb-Rusiya, qərb-Çin münasibətləri. İkincisi, dünyada enerji ehtiyatları, energetik problemlər. Yaxın Şərqdə məsələni həll etməyə geopolitik baxımından Rusiya imkan vermir. Hərdən də, Çin Yaxın Şərqdəki proseslərə təsir edir. Əgər qərb-Rusiya, qərb-Çin münasibətləri düzəlsə və ya Rusiyanı yerində oturtsalar, bu zaman çox məsələ həll ediləcək. Məsələn, Suriya problemi həll ediləcək, Yəmən münaqişəsi səngiyəcək. Mən hesab edirəm ki, hazırda dünyanın taleyi Ukraynada həll edilir. Əgər Ukrayna məsələsində ruslar qalib çıxacaqsa və güclənəcəksə, bundan sonra Yaxın Şərq alov içində olacaq. Yox, əgər Ukraynada Rusiyanı geri oturtsalar və həm də ona yerini göstərsələr, anlaşma əldə edilsə, bundan sonra Yaxın Şərqdə də çox problem həllini tapacaq. Həm də, nəzərə almaq lazımdır ki, şərq ölkələrində partizan dəstələri, İraq Şam İslam Dövləti, digər terrorçu qruplar əslində sivil dünya ilə savaşa bilməzlər. Çünki onların bu imkanı yoxdur. Dünya parçalandığı təqdirdə isə bu qruplar ərəb coğrafiyasında fəaliyyət göstərə, haralarısa işğal edə bilərlər. Çünki dünya parçalanmış durumda olduğu halda, bu qruplar gah o tərəfdə, gah da bu tərəfdə olaraq fəaliyyətini irəli aparmaq imkanına sahib olurlar.

- Siz, Ukraynada baş verən proseslərlə bağlı bir neçə dəfə fikirlərinizi açıqlamısınız. Aradan bu qədər zaman keçib, Ukrayna münaqişəsi ilə bağlı yeni meyllər görünürmü,

yoxsa artıq bu münaqişədə Qarabağ məsələsinə çevrilərək uzanır?

- Əslində sizə deyim ki, Dağlıq Qarabağ münaqişəsinin taleyi də, müəyyən qədər Ukraynada baş verən hadisələrin nəticəsindən asılıdır. İkincisi, bəli Ukrayna münaqişəsi də uzanır. Bu həqiqətdir. Amma nəzərə alın ki, Ukrayna məsələsini həll etmək asan deyil. Rusiya böyük və nəhəng dövlətdir, 150 milyon əhalisi var, insanları savadlıdır, milli sərvətləri var, silahı çoxdur və s. Yəni bu elə-belə məsələ deyil. Odur ki, Ukrayna münaqişəsi uzanır.

- Ukrayna münaqişəsində yeni təzahürlər müşahidə edirsinizmi?

- Hələlik mən orada yeni bir şeylər görmürəm. Hazırda Rusiyaya qarşı sanksiyalar tətbiq edilir və gözləyirlər ki, bu embarqolar Rusiyanı çökdürəcək. Bu proses isə tez baş vermir. Təxmini hesablamalara görə, Rusiya 1-2 il müddətinə bu sanksiyaların qarşısında duruş gətirə biləcək. Ancaq bunun reallıqda necə olacağını mən deyə bilmərəm. Bəlli olan budur ki, məsələ çətindir. Üstəlikdə heç kim müharibə etmək istəmir. Avropalı gəlib sizə və mənə görə, müharibə aparmaq, ölmək istəmir.

- Azərbaycan-Rusiya münasibətlərini nədən ibarətdir, siz Azərbaycanın xarici siyasət vektorun koordinal dəyişiklik, Moskvaya yaxınlaşma müşahidə edirsinizmi?

- Yox. Mən xarici siyasətdə heç bir dəyişiklik görmürəm. Cürbəcür sözlər eşidirik, Rusiyadan bura gəlirlər, bizdən Rusiyaya gedirlər. Ancaq xarici siyasət xəttində dəyişiklik yoxdur. Azərbaycan Rusiyanı rədd etmir, qərbin də tərəfinə keçmir. Rusiyanı da, tam dəstəkləmir. Bu yaxınlarda MDB-nin

toplantısında Rusiyanı dəstəkləyən bəyanata Azərbaycan imza atmadı. Bu onu göstərir ki, heç bir dəyişiklik yoxdur, bizim hökumətin balans dediyi xarici siyasi xətt davam etdirir.

- Sizcə, balans siyasəti davam etməlidir, yoxsa Azərbaycan birdəfəlik seçimini etməlidir?

- Mən belə düşünürəm ki, xarici siyasətdə bu kurs davam etməlidir. Nəyə görə? Çünki qərb bizə kömək etmək iqtidarında deyil. Biz qərb desək, onlara tərəf getsək, onsuz da onlar bizə kömək edən deyil. Necə ki, Gürcüstana etmədilər. Vaxtında Gürcüstana çox vəd verdilər, lakin Tiflis müharibəyə başlayanda heç bir köməklik olmadı. Odur ki, indilikdə qərbin ipinə odun yığmaq olmur. Bu mənada indiki xarici siyasət kursu davam etdirilməlidir. Lakin burada daxili siyasət məsələsi də var. Daxili siyasətdə qərbyönümlü islahat aparılmalı, gerçək bazar iqtisadiyyatı qurulmalı, həqiqi rəqabətli mühit, siyasət, iqtisadiyyat olmalıdır. Bunu isə etmirlər. Bizim əsas düşmənimiz mühafizakarlıqdır. Sanki heç bir yenilik, dəyişiklik etməmək daha münasibdir. Məncə, bizim əsas düşmənimiz budur.

- 21 fevral devalvasiyasından sonra və hazırda bu prosesin getdiyi bir ərəfədə Azərbaycan sanki ərəb ölkələri ilə münasibətlərinə yenidən baxır. Mütəxəssislər də hesab edirlər ki, neftin qiymətinin aşağı düşməsi fonunda Azərbaycan tərəfi ərəb maliyyəsini ölkəyə cəlb etmək istəyir. Prezident Əliyev də Səudiyyə Ərəbistanına səfər etdi. Sizcə, bu səfər doğurdanmı böhranla bağlıdır və məqsəd ərəf maliyyəsini ölkəyə gətirməkdir?

- Məncə, səfər müxtəlif məsələlərlə bağlı ola bilər. Nəzərə alın ki, reallıqda biz bilmirik ki, nə baş verir. Fikrimcə, səfər iqtisadi problemlərlə bağlı ola bilər, eləcə də neftin taleyinin öyrənmək məqsədi ola bilər. Həm də bu səfər ola bilsin ki, bir neçə ay əvvəl planlaşdırılmışdı. Belə səfərlər bəzən 5-6 ay əvvəl planlaşdırılır. Hansısa üçüncü böyük problemlə də bağlı olar bilər. Məsələn, İran problemi, Yəmən məsələsi müzakirə edilə bilər.

- Yeri gəlmişkən, İranın dünya ilə anlaşması haqda geniş danışdınız, amma İsrailin bu anlaşmaya mənfi reaksiya göstərməsini nəzərə almadınız...

- Bu çox səciyyəvi haldır. İsrailin kəskin etirazlarına baxmayaraq qərb İranla razılığa gəldi. İndi isə siyasi razılığı hüquqi sənədə çevirəcək. Bizdə bəzi şəxslər qəsdlər nəzəriyyəsindən çıxış edirdilər, iddia olunurdu ki, dünyanı yəhudilər idarə edir. Amerika yəhudilərin əlindədir, banklar yəhudi nəzarətindədir və s. Bəs indi nə oldu, yəhudilər bu anlaşmanın əldə edilməsini istəmirdi, ancaq razılıq əldə edildi? Bu göstərir ki, bəzi insanların yuxarıda qeyd etdiyim iddiaları tamamilə yalan idi, şişirdilmiş fikirlərdən başqa şey deyildi. Əlbəttə, yəhudilər var, fəaliyyət göstərirlər, müəyyən qədər güc və nüfuzları da mövcuddur. Ancaq dünyanı idarə etmək, dünya siyasətini müəyyən etməyə onların imkanı yoxdur. İranla bağlı anlaşmadan bu nəticəni çıxarmaq olar.

- Ermənistanda hər gün aksiyalar keçirilir. Bu ölkədə vəziyyəti necə şərh edirsiniz?

- Ermənistan ölüm ərəfəsindədir. Özləri-özlərini quyuya salıblar və indi də ordan çıxa bilmirlər. Əhalisi də səfalət içindədir. Faktiki olaraq onlar Rusiyanın köməyi ilə yaşayır. Reallıq budur. Ermənistan iqtisadiyyatı şəhadətnaməsi ilə birlikdə ruslara satılıb. Konyak zavodundan tutmuş atom elektrik

stansiyasına qədər hamısı Rusiya tərəfindən satın alınıb. Bu ölkə özü-özünü öldürür. Orada vəziyyət çox pisdir.

- Hakimiyyət dəyişikliyi ola bilərmi?

- Ola bilər. Ancaq buna Rusiya imkan verməz. Nə qədər dəyişiklik olsa da, Rusiya öz siyasətini bizə qarşı erməni adı ilə yeridəcək. Rus imkan verməz ki, Ermənistan yeni siyasi xəttə başlasın, əhalisini və gələcək taleyini düşünsün. Bu hələ ki, mümkünsüzdür.

- Saxta soyqrımda Rusiya və Fransa prezidentlərinin İrəvana səfər edəcəyini, Roma Papasının son açıqlamasını necə dəyərləndirmək olar?

- Bu həmin ölkələr arasında müttəfiqliyi göstərir. Biz ona nə qiymət verəcəyik ki? Putin Bakıya səfər edəndə Şəhidlər Xiyabanına da getmişdi. Məncə, bunun xüsusi bir mənası yoxdur və siyasi addımlardır. Türkiyədə də Çanaxqala zəfərinin 100 illiyi qeyd ediləcək. Açığını deyim ki, mən bu məsələlərə fikir vermirəm. Hələlik reallıq budur ki, Ermənistan Rusiyanın əlindədir və İrəvan müstəqil siyasət yeridə bilmir. Odur ki, Ermənistanda hansısa dəyişiklik haqqında danışmaq mümkün deyil və onlar heç bu imkanda da deyillər. Tamamilə ac və susuz durumda qalıblar, Rusiyaya möhtacdırlar.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • neftin qiymətini 20 dollara salmağa hazırdır-Iran

    neftin qiymətini 20 dollara salmağa hazırdır-Iran ...

    5-12-2013, 14:17

  • 
  • “İran-Amerika yaxınlaşması regionda Azərbaycanın geopolitik əhəmiyyətini azaldır”

    “İran-Amerika yaxınlaşması regionda Azərbaycanın ...

    17-04-2015, 23:40

  • 
  • Neft bazarında Azərbaycan üçün riskli proseslər başladı

    Neft bazarında Azərbaycan üçün riskli proseslər ...

    29-11-2013, 16:00

  • 
  • Tehran Vaşinqtonla gizli danışıqları təkzib edir

    Tehran Vaşinqtonla gizli danışıqları təkzib edir ...

    11-12-2013, 02:00

  • 
  • Nazir: ABŞ sanksiyaları qaldırsa, İran danışıqları nəzərdən keçirə bilər

    Nazir: ABŞ sanksiyaları qaldırsa, İran ...

    4-07-2019, 20:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (311)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu