GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qazax rayon sakini qonşusunu ittiham edir

Qazax rayon sakini qonşusunu ittiham edir

Tarix: 3-05-2015, 13:50 Bölmə :Ölkə Baxış: 0
Qazax rayon sakini qonşusunu ittiham edir

Ünvanladığı müraciətlərin heç bir nəticə vermədiyini görən Kərəm Əhmədov, daha yüksək çinli vəzifə sahiblərindən köməklik istəyir

Son vaxtlar bölgələrdə baş verən sosial, iqtisadi problemlərin varlığı daha çox diqqət mərkəzində durmaqdadır. Əslinə baxsan belə bir olayların əmələ gəlməsinə səbəb, yerlərdə vəzifə sahiblərinin üzərinə düşən vəzifələrinin öhdəsindən gələ bilməməsi, yaxud da gəlmək istəməmələridir. Bu sırada Qazax rayonunun da adı, digər bölgələr kimi daha çox sosial problemlərin varlığı ilə öndə gedən rayonlardan biri hesab olunur. Çünki, redaksiyamızın ünvanına daxil olan şikayət ərizələrinin, ünvanlanan müraciətlərin bir hissəsi, elə bu rayonun payına düşür.

Bir neçə gün bundan əvvəl, üzləşdikləri problemin varlığı ilə redaksiyamıza şikayət ərizəsi ünvanlayan Qazax rayonu Hüseyinbəyli kənd sakini Kərəm Əhmədov yazdığı şikayət ərizəsində bildirir ki, “2010, 2011, 2012, 2013-cü illərdə qonşum, yəni Orucova Şahlıq Firudin qızı özbaşına yaşadığım mənzilin həyətinə daxil olaraq, yaşı 30 ili keçmiş, hətta yaşı bir əsrə yaxın olan bir neçə meyvə ağaclarımı balta ilə doğramışdır. Qonşumun etdiyi özbaşınalıq hərəkəti barədə Hüseyinbəyli kənd icra nümayəndəsi vəzifəsini daşımış Şəfiyev Raqub Mustafa oğluna və kənd bələdiyyəsinin sədri Musayev Musa Qurban oğluna, eyni zamanda

Qazax rayon Polis Şöbəsinə yazılı müraciətlər ünvanladım. Etdiyim müraciətlər heç bir nəticə vermədikdə məcbur oldum ki, DİN-nin 102-qaynar xəttinə məlumat verim. Təəssüf doğuran hal o oldu ki, etdiyim müraciət qaynar xəttində qeydiyyata alınsa da, bu günədək heç bir nəticəsi olmayıb.

Onu da qeyd edim ki, problemin varlığı ilə əlaqədar rayonun sabiq icra başçısına və bu gün də RİH-i başçısının 1-ci müavini vəzifəsini daşıyan Fərman Nağdəliyevə, qonşum Şahlıq Orucovanın əməlləri barədə dəfələrlə məlumat versəm də, heç bir ölçü götürülmədi. Həyətimdə yaşıllığı və qiymətli meyvə ağaclarımı doğrayan qonşumun əməllərindən, hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi şikayət məktubu da göndərdim.Və göndərdiyim məktuba ekoloji problemlərin varlığına cavabdehlik daşıyan nazirlikdən, 25 iyul 2013-cü il tarixdə 336 nömrəli cavab məktubu da gəldi.

Adı çəkilən qonşumla aparılan söhbət zamanı bəlli oldu ki, üzləşdiyim problemin həll olunmamasının yalnız bir səbəbi var, o da, Şahlıq Orucovanın hüquq-mühafizə orqanı əməkdaşları ilə əlbir olmasıdır. Hətta verilən başqa bir məlumatda o da bildirilir ki, kimlərəsə o, “suka” da işləyir. Odur ki, ona bir kimsə “qaşın üstə qara var deyə bilmir” deyir.

Kərəm Əhmədov onu da bildirir ki, Şahlıq Orucova 2013-cü ilin iyul ayında, növbəti dəfə həyətimdə təqribən 30 yaşı olan bir neçə meyvə ağaclarımı balta ilə doğradığından, onun əməlləri barədə yenidən Qazax rayon təbiət mühafizə cəmiyyətinə, polis şöbəsinə, kənd icra nümayəndəsinə yazılı şikayətlərimi ünvanladım. Etdiyim müraciətlərlə bağlı səlahiyyətli vəzifə sahibləri tərəfindən onunla yerində söhbət aparılmış və həyat yoldaşım Axundova Gülsüm İskəndər qızına bildirilmişdir ki, Şahlıq Orucova 2500 AZN (manat) məbləğində cərimə olunaraq, ona mülki qaydada cəza tədbiri verilmişdir. Əldə etdiyim başqa bir məlumata görə, yerli vəzifə sahibləri onunla yalnız şifahi söhbətlər aparmış və real şəkildə o, cəzalandırılmamışdır.

Bu gün səhhətimlə əlaqədar Bakı şəhərində qalıram. Həyat yoldaşım tez-tez mənə və övladlarına baş çəkmək üçün Bakı şəhərinə gəlir, bu zaman Şahliq Orucova həyətimizdəki meyvə ağaclarını doğrayaraq yox edir. Gücümüz yalnız ona çatır ki, onun əməllərindən aidiyyəti orqanlara yazılı şikayətilərmizi ünvanlayaq. Şəxsən mən 2012-ci ildə Qazax rayon Polis Şöbəsinin rəisi əvəzi, polis polkovnik-leytnantı Firuz Babayevə, şöbənin əməkdaşları Nazim Əliyevə, Şahvəddin Həsənova və digər vəzifə sahiblərinə, onun əməlləri barədə məlumat vermişəm. Və xahiş etmişəm ki, təcili qonşum haqqda ciddi tədbir görülsün. Hələ bu azmış kimi

2014-cü il 15 iyul tarixində, həyat yoldaşım Bakı şəhərindən Qazax rayonuna qayıdarkən görür ki, o, ağaclar yenidən doğrayıb. Doğranmış ağacların hamısı calaq ağaclar olduğundan, mənə vurulan maddi və mənəvi ziyan təqribən 20000 AZN (manatdan) artıqdır.

Şahliq Orucova bizdən başqa daha 2 qonşunun da başına minbir oyunlar açıb. Həmçinin bizimlə qonşuluqda yaşayan Elmira Yusifovanın təsərrüfatının ətrafına çəkilmiş çəpərə də, o, od vuraraq yandırıb. Digər qonşumuz Abdullayeva Qənirə İsa qızının isə, həyətinə hasar çəkməsinə dəfələrlə mane olub. Qazax rayon prokrorluğunda Şahlıq Orucovanı dələduz kimi tanıyırlar və ona təxminən 2000-ci ildə tutduğu əməllərə görə bir il şərti cəza da verilib. Onun əməllərindən dəfələrlə qardaşına məlumat versəm də, qardaşı da onun özü kimi fırıldaqçı və dələduzdur. Bütün bu kimi səbəblər üzündən, yazıb Sizdən xahiş edirəm ki, Şahlıq Orucovanın mənə vurduğu maddi zərərin iqtisadi qiymətləndirilməsi barədə komissiya təşkil olunsun və ciddi yoxlanılsın. Yəni, mənə vurulan (maddi və mənəvi) zərər tam ödənilsin. Məndə olan əlavə sənədləri, 18 ədəd fotoşəkili maddi sübut kimi Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseyn Bağırova da göndərmişdim və bununla bağlı nazirliyin rayondakı səlahiyyətli nümayəndəsinə məlumat da vermişdim. Baxmayaraq problemləri qaldırıram, amma Qazax rayonu Sabir küçəsi-78 ünvanında yerləşən 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsində çalışan işçilər müraciətlərimə məhəl qoymurlar, ona görə də onların 90 %-i tutduqları vəzifədən azad olunmalıdırlar.

Bundan əlavə, rayon polis şöbəsinin əməkdaşları ünvanladığım şikayətləri lazımınca araşdırmadıqları üçün Şavəddin Həsənov və təhqiqat qrupunun rəhbəri Fərid Rüstəmov da tutduqları vəzifədən, ümumiyyətlə daxili işlər orqanlarından xaric olunmalıdırlar.

Qonşum Şahlıq Orucovanın sonuncu dəfə üz-üzə qoyduğu olayla bağlı, hadisə yerinə Qazax rayonu 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin səlahiyyətlisi İsmayılov Novruz Ələkbər oğlu gəlmişdir. Və o da qonşumun mənə vurduğu ziyana baxış etdikdən sonra, Şahlıq Orucovaya cərimə yazmışdır. Həmin cərimənin taleyi necə oldu, bu haqda bir söz deyə bilmərəm.

Bundan əlavə qonşum 20 metr uzunluğunda olan tikinti hasarımı da, kuvalt ilə vurub dağıdıb. Həmin vaxt etdiyim şikayətlə bağlı, hadisə yerinə sahə müvəkkili və digər polis əməkdaşları da gəlmişdilər. Daim dələduz qonşumu müdafiə edən və həmin vaxt kənd icra nümayəndəsi vəzifəsini daşıyan Şəfiyev Raqub Mustafa oğlu ilə bərabər, torpaq şöbəsinin Nəbiyev soyadılı bir işçisi də, məndən xahiş etdilər ki, gəl problemi bu qədər qabartma. Əməllərindən zinhara gəldiyim dələduz qonşum,

bu gün evində Mətanət adlı qulluqçu da saxlayır. Qulluqçunu məhz ona görə saxlayır ki, lazım gəldikdə onun əməllərinə haqq qazandırıla bilinsin.

2013-cü ilin iyul ayında kənd icra nümayəndəsi vəzifəsini daşıyan Raqub Şəfiyev tutduğu vəzifədən azad edildi və onun yerinə Əhmədov Əziz Bayram oğlu təyin olundu. O da həyat yoldaşıma bildirir ki, tərəfimizdən sizə vurulan ziyanın məbləği müəyyən olunmuşdur. Əfsuslar olsun ki, vurulan ziyan ümumiyyətlə səhv təyin olunur. Təəccüb doğuran hal odur ki, erməni kəşfiyatı gürcü ad ilə Sınıq Körpü Buraxılış Məntəqəsindən keçir və Şahlıq Orucovanın evində qalır. Bu haqda aidiyyəti qurumlara məlumat versəm də, heç kim hansısa bir tədbiri görmür.

İkinci maraqlı fakt odur ki, Gürcüstanın Marneuli rayonunun Sınıq Körpü Buraxılış Məntəqəsinin yaxın kəndlərinin birindən olan kənd sakini, Gəncədə minik avtomobilini satdıqdan sonra, Qazax rayonunun “Samolyot” adlanan ərazisindəki mağazaya daxil olur. Bu zaman dələduz qonşum Şahlıq Orucova həmin şəxsin sərxoş olduğunu görür və dərhal ona yaxınlaşaraq cibindki pulları çıxarır. Başqa bir fakt da odur ki, 15 iyul 2014-cü il tarixdə həyat yodaşım evimizə daxil olarkən görür ki, mənzilimizə çəkilən, amma yarımçıq qalmış mavi qaz turbasının ağzı açıqdır. Həyat yoldaşım başqa bir qonşunu çağıraraq bildirir ki, görəsən bunu kim açmış olar? O isə cavab verir ki, yəqin ki, xəta Şahlıq Orucovadan keçib”.

Qeyd: Qazax rayonu Hüseyinbəyli kənd sakini Kərəm Əhmədov yazdığı şikayət ərizəsində onu da vurğulayır ki, “Şahlıq Orucovanın atdığı addımlar barədə, PA zona üzrə kordinatoru olan Habil Həzəmmədova telefon vasitəsi ilə məlumat vermişəm. Hal-hazırda istəyim ondan ibarətdir ki, mənim hasarıma, həyətyanı sahəmə vurulan ziyan barədə dəqiq ekspert qərarı verilsin, vurulmuş ziyan tam ödənilsin və dələduz qonşumun əməlləri birbaşa ifşa olunsun. Çünki, həmin qadın Daxili İşlər Nazirliyində çalışan yüksək çinli vəzifə sahiblərinin, Qazax rayon Məhkəməsi hakimlərinin, eyni zamanda məhkəmə icraçılarının adından da daim sui-istifadə edib yararlanır. Ən çox isə, Ülfət Mahmudov adlı şəxsin adından istifadə edir.

Məqalədə adları çəkilən şəxslərin mövqeyini də dinləməyə hazırıq.

Hüseyn
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • KİV nümayəndələrindən “müdrik” addım

    KİV nümayəndələrindən “müdrik” addım ...

    3-05-2015, 13:48

  • 
  • Qazax məscidinin axundunu hansı mövzular maraqlandırır?

    Qazax məscidinin axundunu hansı mövzular ...

    30-01-2017, 21:14

  • 
  • Qazax rayonunda  “Qaçqınkom” maxinasiyası

    Qazax rayonunda “Qaçqınkom” maxinasiyası ...

    6-12-2012, 14:41

  • 
  • Tərtər sakini probleminin həllini istəyir

    Tərtər sakini probleminin həllini istəyir ...

    4-07-2015, 11:22

  • 
  • Astara sakini imdad diləyir

    Astara sakini imdad diləyir ...

    11-05-2016, 02:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (311)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu