GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kimlər mandatdan mərhum olacaq ?

Kimlər mandatdan mərhum olacaq ?

Tarix: 7-05-2015, 13:40 Bölmə :Ölkə Baxış: 0
Kimlər mandatdan mərhum olacaq ?

Geosiyasi proses bir çox deputatı “vuracaq”

Bir neçə aydan sonra ölkədə parlament seçkiləri keçiriləcək. Artıq bir çox iddialı şəxslər rəsmən namizəd olacaqları dairələri elan etməyə başlayıb. Bəzi iddialı şəxslər isə qeyri rəsmi olaraq deputat olmaq niyyətində olduqlarını vurğulayır. Bilindiyi kimi ölkədə deputat olmaq, millət vəkili adından çıxış etmək istəyənlərin sayı mindən çoxdur, ancaq cəmi 125 nəfər mandata sahib ola biləcək. Cəmiyyəti, ictimai-siyasi aktiv insanları hazırda “kimlər deputat olacaq” sualı olduqca maraqlandırır.

Ölkə parlament seçkilərinə necə gedir?

Hazırda dünyada və regionda mürəkkəb siyasi proseslər oynanılır. Regional geopolitik mənzərə, siyasi səhnənin görünən hissə olduqca mürəkkəbdir. Açıq hiss olunur ki, hazırda Rusiya Azərbaycanın onun yanında yer almasını istəyir və bunda maraqlıdır. Rusiya ilə əks cinahda mübarizə aparan Amerika isə geopolitik oyunlarda Azərbaycanın onun yanında durmasında maraqlıdır. Bu iki super gücün Azərbaycan siyasətində maraqları da fərqlidir. Rusiya Azərbaycanın daxili işlərinə qarışmamaq, hakimiyyətin daxili siyasətinə heç bir nöqsan tutmamaq qarşılığında Azərbaycanın məhz onun orientasiyasında fəaliyyətini arzu edir. Təcrübə göstərir ki, Rusiya müttəfiq hesab etdiyi ölkələrdə seçkilər, namizədlər məsələsinə müdaxilə etmir və istənilən seçkini demokratik adlandırır. Amerika isə ölkələrin daxili siyasəti, demokratiyası, insan haqlarının durumu ilə bağlı məsələlərə reaksiya verir, seçkilərin demokratik keçirilməsi çağırışları edir, seçkidən sonra isə ATƏT-in seçki hesabatına istinad edərək prosesi ədalətli və ya saxta seçkilər kimi qiymətləndirir. Hazırda regionda, eləcədə geopolitik məkanda üz-üzə gələn ABŞ və Rusiya Azərbaycan uğrunda da mübarizə aparır. Azərbaycan hakimiyyəti isə bu iki qlobal gücün arasında çevik siyasi manevrlər etməklə indiyə qədər öz maraqlarını, xüsusilə daxili siyasətdə istədiklərini təmin edə bilir.

Vəziyyət dəyişir...

Ancaq 2014-cü ilin əvvəllərindən başlayaraq vəziyyət nisbətən dəyişir. Azərbaycanda seçkilərə ciddi təsir edən geosiyasi vəziyyət bir qədər də kəskinləşib. Rusiya Ukrayna məsələsində tutduğu mövqeyə görə, dünya

tərəfindən günahkar elan edilib və ona qarşı ciddi siyasi və iqtisadi sanksiyalar tətbiq edilir. Bu ölkənin daxilində sosial-iqtisadi durum getdikcə pisləşir. Milli Məclis seçkilərinə qədər isə Rusiyada vəziyyət bir qədər də dramatikləşə bilər.

Amerika isə əksinə, daha çevik oyunlar qurur. Məsələn, Vaşinqton artıq İranla münasibətləri yaxşılaşdırır, Tehranı Rusiyanın yanından çəkir. Bu isə o deməkdir ki, Azərbaycanın cənub cinahında yerləşən İran Amerika ilə dostluq və əməkdaşlıq formatına daxil olur. Bununla eyni zamanda ABŞ-ın xeyir-duası ilə dünyada neftin qiymətində enmələr müşahidə olunur. Faktiki olaraq geosiyasi qarşıdurma və maliyyə savaşında Amerika qalib kimi görünür.

Regional və geosiyasi proseslərdə üçüncü qüvvə qismində ABŞ-ın müttəfiqi Avropa Birliyi çıxış edir. Avropa Birliyi artıq Gürcüstan, Ukrayna və Moldovanı əməkdaşlığa cəlb edərək Rusiyaya “yox” cavabı verir, bu ölkələr də Kremlin nüfuzuna sarsıdıcı zərbələr endirir. Azərbaycan isə hazırda ən geniş iqtisadi əlaqələri Avropa Birliyi ölkələri ilədir. Avropa Birliyi Azərbaycanı siyasi baxımdan da yanına çəkmək niyyətini gizlətmir. Lakin Avropa Birliyi və ABŞ müttəfiqlik etdikləri ölkələrin daxili siyasəti, seçkilər, insan hüquqları və söz azadlığı məsələsinə diqqət etdiyinə, müəyyən çağırışlar səsləndirdiyinə görə, Azərbaycanla daha ciddi yaxınlıq və müttəfiqlik alınmır. Ancaq görünən budur ki, seçkilər məsələsində ABŞ, Avropa Birliyi və ATƏT-in mövqeləri daha ciddi qəbul edilir. Rəsmi Bakı isə öz növbəsində bu mövqelərin tərksilah olunması üçün kontur addımlarda atılır. Hazırda parlament seçkilərinə gedən Azərbaycan ətrafında geosiyasi durumun mürəkkəbliyi bundan ibarətdir. Bu prosesə Yaxın Şərqdə baş verən müharibələri də əlavə etmək mümkündür. İran və Türkiyə isə Azərbaycanın daxili siyasətində, ələlxüsus seçkilər məsələsində heç bir əhəmiyyət oynamır.

İqtidarın qayğıları artmaq xətt üzrə davam edir

2014-cü illə müqayisədə 2015-ci ildə Azərbaycan iqtidarının da qayğıları artıb. Dünya bazarında neftin qiymətinin az qala 45-50 dollara düşməsi hakimiyyətin mövqelərində müəyyən qədər zəifləməyə səbəb ola bilər. 21 fevralda manat devalvasiyaya uğrayıb və bu proses davam edəcək. Manatın devalvasiyasi, buna paralel olaraq qiymət artımı şübhəsiz ki, hakimiyyətin müəyyən qədər zəifləməsinə xidmət edən

faktordur. Ola bilsin ki, yuxarıda sadalanan proseslər hökumətin parlament seçkiləri siyasətinə ciddi təsir göstərməsin, lakin bunun təsirsiz ötüşməyəcəyi də son dərəcə aydındır. Məhz bu səbəbdən də, çoxlu sayda ekspert, siyasi analitiklər bu parlament seçkilərinin bir qədər fərqli şəkildə keçirilə biləcəyini iddia edirlər. Hətta bir çox analitiklər hansı deputatların bu prosesə qurban veriləcəyini, müxalifətdən kimlərin parlamentə düşə biləcəyi barədə də fikirlər səsləndirirlər. Müşahidələr göstərir ki, 2015-ci il Milli Məclis seçkilərində hazırkı bir çox deputatlar prosesə qurban verilə, onların əvəzinə nisbətən aktiv gənc ictimai-siyasi xadimlər mandat əldə edə bilərlər.

Kimlər parlamentə düşməyəcək?

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının deputat mandatı ilə vidalaşacağı real görünür. Xatırladaq ki, 2013-cü il prezident seçkiləri zamanı Fəzail Ağamalı deyil, müavini Zahid Oruc prezidentliyə namizədliyini irəli sürdü. Başqa sözlə, hakimiyyət Fəzail Ağamalı deyil, Zahid Oruca stavka etdi. Fəzail Ağamalı artıq 15 ildən çoxdur ki, deputatdır və böyük ehtimalla ona seçkilərdə yaşıl işıq yandırılmayacaq. Ancaq Ağamalı deputat olmaq niyyətini gizlətmir və bu məqsədlə sosial şəbəkələrdə aktivləşib.

Azərbaycan gənclərinin təmsilçisi olaraq parlamentə düşən Ceyhun Osmanlının da, daha deputat seçilməyəcəyi real görünür. Buna səbəb isə Osmanlının “nurçu” olması və ya bu təriqətə yaxınlığı ilə seçilməsi ola bilər. Ötən ildən Osmanlı haqqında ziddiyyətli informasiyalar dolaşıb, hətta “nurçu” təriqətlə bağlılığı səbəbindən onun qeyri-rəsmi sorğu-suala tutulduğu haqda xəbərlər də yayılıb. Hazırda Osmanlı mediada aktiv deyil və parlamentin toplantıları zamanı da, çıxışlar etmir.

Böyük Quruluş Partiyasının sədri, intellekti ilə seçilən Fazil Qəzənfəroğluna da seçki qapılarının bağlı olacağı ehtimalı yüksəkdir. Son aylar Qəzənfəroğlu hakimiyyəti cddi şəkildə tənqid edir. Onunla bağlı prosesə Qəzənfəroğlunun “Adamyeyənlər” essesindən sonra başlanılıb. Parlamentdə onun hər çıxışının ciddi etirazla qarşılandığı da müşahidə olunur. Qəzənfəroğlunun artıq parlamentdə əyləşməsi hakimiyyətin maraqlarına uyğun gəlmir. Odur ki, 2016-cı ildə BQP sədri daha çox parlamentdən kənar fəaliyyəti ilə gündəmdə qala bilər.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanovanın da, başı üzərində qara buludlar neçə müddətdir ki, əsir. Komitə sədri öncə iş adamı İlham Rəhimovla ailə qurdu. Bu izdivac isə heç 1 il də davam etmədi. Sonradan şayiələr yayıldı ki, bu nigah daha çox siyasi xarakterli olub. Bundan bir müddət sonra isə xanım deputatın oğlu, Prezident Administrasiyasında şöbə müdiri Elnur Aslanov “nurçu” ovunun qurbanına çevrildi, vəzifəsini itirdi. 2014-cü ilə qədər mətbuatda və televiziyalardan düşməyən R. Aslanova hazırda passiv fəaliyyəti ilə seçilir, hakimiyyət mediası bu deputata yer vermir. Bunu isə təsadüfi proses adlandırmaq olmaz.

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlının da deputat mandatına sahib olmayacağı iddiaları var. Rüstəmxanlı 1990-cı ildən indiyə qədər deputat mandatı gəzdirir. Düzdür, S. Rüstəmxanlı hakimiyyətə müxalifliyi ilə seçilmir, lakin aradabir ciddi çıxışları olur. İddiaya görə, Rüstəmxanlı qədərindən artıq deputat olduğu üçün onun yenidən parlamentdə əyləşməsinə isti yanaşılmır. Mümkün variant kimi 2015-ci ildə S. Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlının deputat mandatına sahib ola biləcəyi söylənilir.

Baş nazirin sabiq birinci müavini, hazırda Rusiyada yaşayan Abbas Abbasovun oğlu Aydın Abbasovunda deputat olmayacağı real görünür. Buna səbəb kimi onun atasının Moskvadakı fəaliyyəti göstərilir. Qeyd edək ki, Abbas Abbasov son prezident seçkiləri zamanı Azərbaycana qarşı yaradılan “Milyarderlər İttifaqında” əsas fiqurlardan biri olub.

Milli Məclisə jurnalist camiyəsindən düşən Sahib Alıyevin və Etibar Hüseynovun qarşıdakı seçkilər zamanı namizəd olmayacağı haqqında fikirlər səsləndirilir. Qeyd olunur ki, hər iki jurnalist göstərdiyi fəaliyyətin nəticəsi olaraq beş il müddətində deputat olmaqla qiymətləndirilib.

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri, Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadənin də deputat olmayacağı haqqında söz-söhbət gəzir. Qeyd olunur ki, Salahzadənin son zamanlar bələdiyyələrlə bağlı verdiyi açıqlamalar xoşagələn deyil. Qeyd edək ki, Hacı Qalib bələdiyyə seçkiləri zamanı Milli Məclisdə çıxışında bəyan etmişdi ki, “artıq bələdiyyə sədrlərinin kim olacağı da bəllidir”.

Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılovun da deputat limitinin başa çatdığı bildirilir. Qeyd edək ki, tanınmış ağsaqqal hüquqşünas Milli Məclisdə daima oliqarx məmurları hədəfə alır.

Sovet vaxtından Milli Məclisdə oturan İmamverdi İsmayılovun, eləcə də Xanhüseyn Kazımlı, Eldar Quliyevin, Səttar Mehbaliyevin, Ayaz Orucovun, Astan Şahverdiyevin parlamentə düşməyəcəyi haqqında xəbərlər var.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sabir Rüstəmxanlı daha deputat olmaq istəmir - AÇIQLAMA

    Sabir Rüstəmxanlı daha deputat olmaq istəmir - ...

    28-11-2013, 13:08

  • 
  • Elçibəyin oğlu deputat olmaq istəyir

    Elçibəyin oğlu deputat olmaq istəyir ...

    31-08-2015, 19:17

  • 
  • Asif Əsgərov müavinini deputat seçdirmək istəyir

    Asif Əsgərov müavinini deputat seçdirmək istəyir ...

    11-12-2019, 15:04

  • 
  • Transeksual deputat prezident olmaq istəyir

    Transeksual deputat prezident olmaq istəyir ...

    31-01-2015, 20:23

  • 
  • Elman Nəsirov özünü niyə deputat saymır? - Ekspert şərhi

    Elman Nəsirov özünü niyə deputat saymır? - ...

    25-06-2021, 22:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu