GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda bandanın törətdiyi cinayətin şok detalları

Bakıda bandanın törətdiyi cinayətin şok detalları

Tarix: 22-05-2015, 13:51 Bölmə :Ölkə Baxış: 0
Bakıda bandanın törətdiyi cinayətin şok detalları

Məhkəmə dələduzluqda ittiham olunan şəxslərin işinə yenidən baxır

Heydər Əliyev Fondu və dövlət qurumlarının adından istifadə etməklə dələduzluq törətməkdə təqsirləndirilən 11 nəfərdən ibarət mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

İttihama görə, Nadir Qasımov Kamil Seyidov, Arif Hüseynov, Muxtar Vəliyev, Rauf Axundov, Malik Mehdiyev, Anar Abbasov, Nadir Qasımov, Vaqif Ələkbərov, Elçin Zülfüqarov , Rövşən Rəhimov, Bayram Hüseynovdan ibarət mütəşəkkil dəstə yaradıb.

Mütəşəkkil dəstənin üzvləri iş adamı Muxtar Vəliyevə məxsus tikinti-inşaat işlərinin layihələşdirilməsi üzrə fəaliyyət göstərən “Master-Dizayn” şirkətinin texniki imkanlarından istifadə edərək, saxta müqavilə və layihələr hazırlayıb, təqdim ediblər.

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan çoxlu sayda iş adamına guya Heydər Əliyev Fondu və ayrı-ayrı dövlət orqanları tərəfindən maliyyələşən müxtəlif tikinti sifarişlərinin

veriləcəyi barədə yalan vədlər veriblər. Yalan yolu ilə onların əmlaklarını ələ keçirərək, külli miqdarda ziyan vurublar. Dəstənin son iki ildə iş adamlarından təxminən 809 min manat və 300 min ABŞ dolları məbləğində pulu dələduzluq yolu ilə ələ keçirilməsi müəyyən edilib. Dəstə üzvlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Seyidov 13 il, Arif Hüseynov 13 il, Muxtar Vəliyev 13 il, Rauf Axundov 10 il, Malik Mehdiyev 11 il, Anar Abbasov 13 il, Nadir Qasımov 10 il, Vaqif Ələkbərov 10 il, Elçin Zülfüqarov 9 il, Rövşən Rəhimov 9 il, Bayram Hüseynov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan təqsirləndirilənlər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərdən biri Kamil Seyidova aid hissədə hökm qismən dəyişdirilib. Məhkəmə onun cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkməsi ilə bağlı qərarı ləğv edib və onun ciddi rejimli cəza çəkmə müəssisəsində cəzasını çəkməsi barədə qərar qəbul edib. Məhkəmə Kamil Seyidovun oğluna aid evin müsadirə edilməsi barədə qərarı ləğv edib. Qərara görə, digər təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib. Ali Məhkəmə isə təqsirləndirilən şəxslərin kassasiya şikayətini təmin etməyib.

Bakı Apelyasiya Məhkəməsində, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Bayram Hüseynovun Cinayət Məcəlləsinin 320.1-ci maddəsi apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin

bərpasına dair vəsatət verib. Həmin vəsatətlə bağlı ilkin dinləmə olub. Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən Nadir Qasımovun barəsində olan Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq əməli törətmək) maddəsi ilə istintaq davam edib. İstintaq zamanı müəyyən edilib ki, Nadir Qasımov bir çox vətəndaşlara özünü Nazirlər Kabinetinin vəzifəli şəxsləri kimi təqdim edib.

O, vətəndaşları özünə inandırmaq üçün dələduzluq proseslərini Nazirlər Kabinetinin qarşısında həyata keçirib. Belə ki, Nadir Qasımov vətəndaşlardan iş görmək adı ilə pul almaq üçün görüş yerini Nazirlər Kabinetinin qarşısına təyin edib. Əvvəlcədən hakimiyyət qurumunun qarşısına gələn Nadir Qasımov orada pusquda dayanıb. Elə ki, görüşmək üçün gələn vətəndaşı görərkən Nazirlər Kabinetinin qapısına tərəf qaçıb və guya hakimiyyət qurumundan çıxması görüntüsünü yaradaraq həmin vətəndaşla görüşüb. Onunla görüşməyə gələn həmin şəxs

Nadir Qasımovun Nazirlər Kabinetində işləməsinə inanıb, onun iş görəcəyini bilib. Lakin Nadir Qasımovun məqsədi bu yolla vətəndaşları aldadıb, onlardan külli miqdarda pul almaq olub. O, beləliklə, əməllərinə nail olsa da, istintaqa çoxsaylı şikayətlər əsasında barəsində təkrar cinayət işi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir Qasımovun barəsində olan əvvəlki cəzanın yeni təyin olunacaq cəza ilə birləşdirilməsini və barəsində qəti olaraq 13 il müddətinə azadlıqdan məhrum edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Vəzifəli şəxslərin məhkəməsi başladı

    Vəzifəli şəxslərin məhkəməsi başladı ...

    11-09-2016, 14:25

  • 
  • 180 minlik dələduzluqda təqsirləndirilən vəzifəli şəxs özünü günahkar bilmir

    180 minlik dələduzluqda təqsirləndirilən vəzifəli ...

    29-08-2017, 12:48

  • 
  • “Mur-Ay” fırıldaqçıları yenidən məhkəmə qarşısında

    “Mur-Ay” fırıldaqçıları yenidən məhkəmə qarşısında ...

    17-09-2015, 19:35

  • 
  • 22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə çıxarıldı

    22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə ...

    31-07-2015, 00:04

  • 
  • Prokuror vəzifəli şəxsə 14 il cəza istədi - iş düzəltmək adı ilə dələduzluq edib

    Prokuror vəzifəli şəxsə 14 il cəza istədi - iş ...

    29-03-2018, 12:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu