GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Əzizov iş adamlarını dilənçiyə döndərib

Eldar Əzizov iş adamlarını dilənçiyə döndərib

Tarix: 13-02-2013, 10:06 Bölmə :Ölkə Baxış: 1 666
Eldar Əzizov iş adamlarını dilənçiyə döndərib

Sahibkarlar sələmdən qurtula bilmir

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov xırda və orta sahibkarları dilənçiyə çevirib. Bu barədə redaksiyamızı Sumqayıtdakı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, icra başçısı postuna təyin olunandan qısa müddət sonra şəhər həyatına yeni qaydalar gətirən E.Əzizov, keçmiş icra başçısı Vaqif Əliyevə məxsus olan sistemdə ciddi dəyişikliklərə start verib.
Edilən dəyişikliklərdən biri də şəhərin əsas küçələrində yerləşən bütün alqı-satqı mərkzələrinin, bank və ticarət obyektlərinin fasadının dəyişdirilməsi ilə bağlıdır: “E.Əzizov icra başçısı postuna gələndən sonra bəyan etdi ki, şəhərin mərkəzi küçələrindəki bütün obyektlər öz fasadlarını yeniləməli, onu dövrün tələbləri səviyyəsində qurmalıdır. E.Əzizovun qənaətincə, bütün obyektlərin fasadı günəş işığının düşmə bucağına reaksiya verən xomilyon şüşədən, qara plasmas konstruksiyadan ibarət olmalıdır. İcra başçısının qənaətincə, bu, şəhərin estetik görünüşünün yaxşılaşması baxımından vacibdir. İcra başçısının məcburiyyət xarakterli məlum tövsiyyəsindən sonra icra yetkililəri obyekt sahiblərindən dərhal fasad dəyişikliyinə başlamağı tələb etdi. Daha böyük maliyyə ehtiyatına malik olan iri biznesmenlər bu dəyişikliyi qısa zamanda həyata keçirsə də, orta və xırda sahibkarlar üçün “müasir standartlar”ın tətbiqi əsl problemə çevrildi. Məhz bu nöqtədə E.Əzizovun təbiətindəki “xeyirxahlıq” özünü göstərdi və o, gözlənilmədən sahibkarlara öz “yardım əlini” uzatdı”.

İcra başçısı bank rəhbərləri ilə sövdələşmədə

Mənbənin məlumatına görə, E.Əzizov bildirib ki, əgər kimsə məlum dəyişikliyi həyata keçirməkdə maddi baxımdan çətinlik çəkirsə, o zaman həmin şəxsin şəhərdəki istənilən bankdan vəsait götürməsini təmin edə bilər: “İcra yetkililəri qeyd etdi ki, rəhbərlik onlara fasad yenilşməsini aparmaq üçün hər cür şərait yaradıb və əgər hansısa sahibkar maddi baxımdan çətinlik çəkirsə, şəhərdəki istənilən bankdan ona lazımi kredit alıb verə bilərlər. Təbii, icra yetkililərinin belə təklifi sahibkarlar üçün yeganə çarə olduğu üçün onlar bu təkliflə razılaşmalı oldular. Nəticədə sahibkarlar obyektlərinin sahəsindən asılı olaraq şəhər banklarından 10-30 min manata arasında kredit götürdü. Təbii, bütün bunlar sahibkarlara məxsus obyektlərin bank girovluğuna salınması fonunda reallaşdı. Sahibkarlar ağır faizlə kredit götürüb obyektlərinin fasadını yenilədikdən sonra ortaya daha ciddi bir problem çıxdı. Belə ki, icra yetkililəri bildirdilər ki, hər bir sahibkar malik olduğu obyeltin dəyəri qiymətində pul ödəməlidir. Əks təqdirdə obyekt onun əlindən alınacaq və həmin şəxsin fəaliyyətinə imkan verilməyəcəkdir. İcra yetkililərinin bu təklifi sahibkarlar tərəfindən o qədər də ciddi qarşılanmadı və demək olar ki, birmənalı şəkildə rədd edildi. Lakin qısa müddətdən sonra bəlli oldu ki, E.Əzizov öz təklifində kifayət qədər ciddidir və pul verməıyən hər bir sahibkar öz obyekti ilə vidalaşmalı olacaq”.

Sahibkarlara məmur tələsi

Proseslərin bu məcrada inkişafının sahibkarlar tərəfindən narazılıqla qrşılandığını bildirən mənbənin sözlərinə görə, onların bir çoxu obyektlərini satmağa cəhd göstərsə də, onların bu cəhdi səmərə verməyib: “Vəziyyətin çıxılmazlığını görən bir çox sahibkar daha artıq zərərə uğramamaq üçün öz obyetlərini satmağa cəhd göstərsələr də buna nail ola bilmədilər. Belə ki, elə ilk cəhddən məlum oldu ki, bu obyektlərin üzərində bank girovluğu qoyulduğu üçün onların alınıb-satılması mümkün deyil. Bundan sonra sahibklarların bir qismi problemdən yaxa qurtarmaq üçün borc pul axtarışına çıxmağa məcbur oldu. Bu gün də bir çox sahibkar hesab edir ki, əgər lazımi qədər pul tapıb bankın kreditini ödəsələr, o zaman obyekti girovluqdan azad edə bilərlərlər ki, bu da onlara öz mülkiyyətlərini satmaq, E.Əzizovun gələcək oyunlarından qaçmaq imkanı r”.

Eldar Əzizovun daha bir silahı – vergi

Mənbənin bildirdiyinə görə, Sumqayıt sahibkarlarını bankdan asılı vəziyyətə salan E.Əzizov vergi orqanlarının sahibkarlara təzyiqindən da maksimum faydalanmağa çalışır. Mənbənin fikrincə, sahibkarlar arasında vergi qurumunun E.Əzizovla iş birliyi şəklində hərəkət etdiyi ilə bağlı fikirlər də səslənir: “Sumqayıt sahibkarlarının üzləşdiyi digər bir problem vergi orqanı əməkdaşlarının özbaşınalığı ilə bağlıdır. Belə ki, vergi orqanının bəzi nümayəndələri məmur himayəsindən məhrum olan xırda və orta sahibkarlara zaman-zaman basqı göstərərək onları qeyri-qanuni ödənişlərə vadar etməyə cəhd edir. Sahibkarlar isə hesab edir ki, icra başçısı E.Əzizovla bu qurum arasında müyyən sövdələşmənin olması ehtimalı böyükdür. Bunun bir səbəbi də E.Əzizovun qəzəbinə gələn sahibkarların anındaca vergi nümayəndələri tərəfindən cəzalandırılması ilə bağlıdır. Məhz bu bağlılıqdan çıxış edən sahibkarlar E.Əzizovun banklarla yanaşı vergi əməkdaşları ilə də sövdələşmədə iştirak etdiyini düşünür. Vergi əməkdaşlarının basqısı obyekt sahiblərini maraqlı üsullara əl atmağa məcbur edib. Belə ki, onların bir çoxu vergi əməkdaşlarının öhdəsindən gələ bilmədiyi üçün öz obyektini satır, bir qismi isə bu obyektləri arendaya verərək daha az, fəqət daha rahat vəsait qazanmağa çalışırlar. Ümumiyyətlə, bu gün Sumqayıtdakı əksər sahibkarlar hesab edir ki, indiki şərtlər altında obyekti hansısa arendatora icarəyə vermək daha sərfəlidir. Çünki belə olanda bütün məsuliyyət icarədarın üzərinə düşür. Bu gün E.Əzizovun bank asılılığına saldığı sahibkarların çoxu da öz obyektlərini arendaya verərək özləri digər iş dalınca gedir, bununla da öz obyektlərini bank girovluğundan qurtarmağa çalışırlar. Onlar hesab edir ki, E.Əzizovun onlara biçdiyi dilənçilik donundan qurtulmağın tək yolu bundan ibarətdir”.
İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Əzizovun "yeni il yığımı"

    Eldar Əzizovun "yeni il yığımı" ...

    7-12-2012, 17:33

  • 
  • Eldar Əzizovun söküntü hazırlığı

    Eldar Əzizovun söküntü hazırlığı ...

    26-08-2013, 11:29

  • 
  • Heydər Əliyevin portretinin yandırılması Eldar Əzizovu bitirir - özəl

    Heydər Əliyevin portretinin yandırılması Eldar ...

    16-06-2015, 11:26

  • 
  • Eldar Əzizov indi də avtobus sürücülərindən pul çıxarır — 10 manata yubiley lövhələri satdırır

    Eldar Əzizov indi də avtobus sürücülərindən pul ...

    6-09-2014, 13:13

  • 
  • Eldar Əzizov Novruz şənliyinə pul yığır

    Eldar Əzizov Novruz şənliyinə pul yığır ...

    5-03-2013, 10:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu