Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1952-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə bayır tərəfdən açıblar.
Mənzilə baxış keçirilərkən Əzizova Nəzakət Məhərrəm qızı huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində N.Əzizovanın vəfat etdiyi müəyyən olunub.
Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:40-da başa çatıb.
Nəzakət Əzizova Yazıçılar Birliyinin üzvü olub. Bir neçə kitab müəllifidir. Həmçinin Hüseyn Cavid dramaturgiyasının araşdırmaçılarından biri kimi tanınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?