GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sabiq dəmiryolçuların oturaq aksiya hazırlığı

Sabiq dəmiryolçuların oturaq aksiya hazırlığı

Tarix: 25-08-2015, 19:47 Bölmə :Ölkə Baxış: 0
Sabiq dəmiryolçuların oturaq aksiya hazırlığı

Faktla bağlı hüquq-mühafizə orqanlarına dəfələrlə müraciətlər ünvanlasaq da, son anda onlar da müraciətlərimizi tədbir görülməsi üçün Nəqliyyat Nazirliyinə göndərirlər və bununla da haqq səsimizi eşitmədiklərini ortaya qoymuş olurlar.

Ölkəmizin dəmiryolu sahəsində yaşananlar zaman-zaman müzakirə olduğundan, bu gün də müzakirə olunmaqdadır. Çünki, bu sahə dövlətimiz üçün olduqca strateji əhəmiyyət kəsb edən bir sahədir. Bəs bu gün nələr baş verir ki, “Dövlət Dəmiryolu” QSC-də baş verənlər, yenə də müzakirə mövzusuna çevrilir.

Son günlər redaksiyamıza daxil olan şikayət məktubları içərisində, daha çox bu sahədə yaşanan problemlər qabardıldıqca, o halda baş verənlərdən biz də az-çox xəbər tuta bilirik. Məsələn, redaksiyamıza “Dövlət Dəmiryolu” QSC-i, Bakı Vaqon Deposunun 25 nəfər sabiq əməkdaşının imzası ilə daxil olan şikayət məktubunda bildirilir ki, “biz müxtəlif vaxtlarda Dövlət Dəmiryolu İdarəsinin Bakı Vaqon Deposunda bələdçi vəzifəsində işləmişik. Bəzilərimiz bu gün də Bakı Vaqon Deposunda çalışmaqdayıq. Bəzilərimiz işdən çıxarıldıqdan sonra, idarədə vəzifə sahibi olanlar alacağımız vəsaitlərin çoxunu bizə vermədilər. Onu da bildiririk ki, uzun illər Bakı Vaqon Deposunda əmək haqları düzgün hesablanmamış, nəticədə hər kəs almalı olduğu məbləğdən az miqdarda əmək haqqı almışdır.

Əslində bələdçilərə əmək haqları Nazirlər Kabinetinin 16 mart 2001-ci il tarixli 66 saylı və 25 yanvar 2008-ci il tarixli qərarlarından irəli gələn göstərişlər əsasında verilməli olduğu halda, vəzifə sahibi olanlar bunlara heç cür halda məhəl qoymamış və açıq-aydın şəkildə qulaqardına da vurmuşlar. Bundan əlavə, 13-cü əmək haqlarımız da verilməmiş, 2007-ci ildən isə əmək haqlarımız ayrıseçkiliyə yol vermək şərtilə hesablandığından, nəticədə məlum qərarların tələbləri kobud şəkildə pozulmuşdur. Baş verənlərlə bağlı dəfələrlə Bakı Vaqon Deposunun rəhbərliyinə müraciətlər etsək də, müraciətlərimizin heç bir nəticəsi olmamışdır. Nəticədə sadalanan qanun pozuntuları bir dövlət qurumu olaraq “Dövlət Dəmiryolu” QSC-nin nüfuzuna xələl gətirmiş və vəzifə sahibi olanların ictimai qınağa tuş gəlmələrinə də səbəb olmuşdur.

Biz dəmiryolçuların Konstitusiya ilə qorunan hüquqları, dəmiryolu idarəsində vəzifə sahibi olan bəzi şəxslər tərəfindən kobud şəkildə pozulmuşdur. Qurumun yuxarı instansiyalarına ünvanladığımız müraciətlərdə, baş alıb gedən korrupsiya hallarının tüğyan etməsindən, əmək müqavilələrinin pozulmasından, saat normalarının düzgün hesablanıb verilməməsindən, uzun illər məlum qərarlara JV266 saylı 2001-ci il tarixli, N-14 saylı 2008-ci il və sonuncu olaraq JVkl-14 saylı 2011-ci il tarixli ölkə rəhbərinin məlum sərəncamına əsasən, bələdçilərə səyyar xarakterli işə görə hesablanıb verilməli olan çörək pullarının verilməməsindən, vəzifə sahiblərinin qol qoyduqları cinayətlərə şahid olduğumuzdan və səsimizin çıxmasına imkan verilməməsindən və.s bəhs etmişik. Düzdür, əvvəllər baş verənlər nadir hallarda baş verirdi, amma 1997-1998-ci illərdən sonra isə, daha kütləvi hal almağa başladı.

Ümumiyyətlə, 1997-ci ildən başlayaraq bu günə kimi “Dövlət Dəmiryolu” QSC-nin Sərnişindaşıma Departamentinə rəhbərlik edən Elyar Muradov, depoda mühüm vəzifə daşıyan Rəhman Əbişov, onun iş icraçısı, müavini Hikmət Məmmədov və onlarla bəzi mühəndislər, sex rəisləri, təlimatçılar və digər vəzifə sahibləri elə bir rüşvət şəbəkəsi qurublar ki, gəl görəsən. Deponun bütün sahələrinə də öz adamlarını yerləşdiriblər. Daha çox gəlir əldə etmək üçün, çox zaman bizi əlavə işlər görməyə vadar edirlər. Elə ki, həmin işləri görmək istəmədiyimizi bildiririk, bu zaman bizi işdən çıxarmaqla hədələyirlər. Ailəmizə bir tikə çörək aparmaq üçün, son anda onların dediklərinə əməl etməyə məcbur oluruq.

Əgər bəldçilərdən kiminsə vaqonu yoxdursa, o halda 4 nəfər 200 dollardan pul toplayıb təmir sexinin baş ustası R.Abdullaya verməlidir ki, hələ sovetlər dönəmindən fəaliyyət göstərən Güzdək “vaqon ölüxanası”ndan bir vaqon gətirib, onu da öz xərcinlə depoda təmir etdirə biləsən. Təmir üçün hər kəsdən 800 dollardan rüşvət almaq qalsın bir yana, zəruri ehtiyat hissələrini də biz almağa məcbur edilirik. Elə ki, vaqon təmir olunub hazır olur, bu zaman hansı istiqamətə hərəkət edəcəyindən asılı olaraq (Moskva, Kiyev, Rostov, Tümen, Sankt-Peterburq, Brest və.s) 400-800 arası dollar rüşvət verməyə məcbur edilirsən ki, vaqonu qatara qoşdura biləsən. Belə bir qaydaları yuxarıda adları çəkilən vəzifə sahibləri tətbiq etmişlər ki, bunun da əziyyətini biz çəkirdik.

Ümumiyyətlə, Dövlət Dəmiryolu” QSC-nin Sərnişindaşıma Departamentinə rəhbərlik edən Elyar Muradov, belə bir qaydaların müəllifi olaraq xüsusi ad-san da çıxarıb. Bütün bunlardan əlavə o, Bakıdan Moskvaya, Xarkova və digər istiqamətlərə hərəkət edən qatar bələdçilərinin hər birindən, 100 dollar pul aldıqdan sonra reysə yazılmalarına icazə verir. Bələdçilərə forma almaq məqsədilə ayrılan pullar da mənimsənildiyindən, formaları bələdçilərin özləri almağa məcbur olurlar. Elyar Muradov ölkə daxilindən xaricə çıxan hər qatardan haqq alır. Məsələn, Bakı-Moskva reysindən 700 dollar, Bakı-Kiyev reysindən 700 dollar, Bakı-Tümen reysindən 600 dollar, Bakı-Rostov reysindən isə 400 dollar rüşvət tələb edir. Hələ bunlar azmış kimi, qatarın illik təmiri üçün də haqq alınır. Vaqonu içəridən yudurtmaq üçün 20 manat, bayırdan yudurtmaq üçün isə 10 manat pul tələb olunur. Sabun, tualet kağızı, yuyucu tozlar, antisanitariya dərmanları, süpürgə və digər zəruri əşyaları da, bələdçilər öz pulları ilə alırlar. Belə bir ləvazimatları almaq məqsədilə ayrılan pullar isə silinir və adları çəkilən şəxslər tərəfindən də mənimsənilir. Qatar yerindən tərpənməmiş, rəislərin haqqı 100-200 manat arası dəyişir. Ötən illər ərzində heç bir vaqon alınmadığından, təzə ehtiyat hissələri də gətirilmir. İşsiz qalan insanların sayı ildən-ilə çoxalır və nəticədə Nazirlər Kabinetinin qərarları, Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamları, Bakı Vaqon Deposunun vəzifə sahibləri tərəfindən saya salınmır. Biz sabiq dəmiryoçular faktla bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciətlər ünvanlasaq da, son anda onlar tədbir görülməsi üçün müraciətlərimizi Nəqliyyat Nazirliyinə göndərirlər və bunula da haqq səsimizi eşitmədiklərini ortaya qoymuş olurlar.

Artıq üzləşdiyimiz haqsızlıqlara dözə bilmədiyimizdən və aidiyyəti qurumlar da haqq səsimizi eşitmək istəmədiklərindən, 26 avqust 2015-ci il tarixdə Prezident Administrasiyasının önündə oturaq aksiya keçirməyi nəzərdə tutmuşuq. Bəlkə belə bir addımımızdan sonra bir kimsə bizi eşitdi, üzləşdiyimiz problemlə maraqlanan oldu”.

Sözsüz ki, yuxarıda sadalananlar, adlarını çəkdiyimiz vəzifə sahiblərinin əməlləri haqda verilən məlumatlar, redaksiyamıza şikayət məktubu ünvanlayan 25 nəfər sabiq dəmiryolçunun fikirləridir. Düzdür, yaşanan problemlərin varlığı barədə kifayət qədər məlumatlı olmasaq da, ümumi atmosferdən o da bəlli olur ki, həqiqətən “Dövlət Dəmiryolu” QSC-nin Bakı Vaqon Deposunda anarxiya, həddi-hüdudu bilinməyən haqsızlıq hökm sürməkdədir.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Yaşanan problemlərin varlığını diqqətdə saxlayacağıq.

Kamal
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakı Dəmiryolu Vağzalında “bomba” həyəcanı

    Bakı Dəmiryolu Vağzalında “bomba” həyəcanı ...

    21-12-2017, 13:31

  • 
  • Gəncə Lokomotiv Deposunda saxta diplomun rolu

    Gəncə Lokomotiv Deposunda saxta diplomun rolu ...

    22-04-2016, 21:05

  • 
  • Hər kəs bir nəqliyyat növünə üstünlük verir

    Hər kəs bir nəqliyyat növünə üstünlük verir ...

    7-05-2015, 13:21

  • 
  • Dövlət idarəsini dayısının bazarına çevirən rəis işdən azad edildi - Eksklüziv (Foto)

    Dövlət idarəsini dayısının bazarına çevirən rəis ...

    1-12-2014, 23:28

  • 
  • Astarada polis qatar bələdçilərini “tora” saldı

    Astarada polis qatar bələdçilərini “tora” saldı ...

    3-05-2015, 13:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu