GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “AzerRos”un əslən Kəlbəcərdən olan yeni sədrindən ehtiyatlı açıqlama...

“AzerRos”un əslən Kəlbəcərdən olan yeni sədrindən ehtiyatlı açıqlama...

Tarix: 4-09-2015, 17:30 Bölmə :Ölkə Baxış: 0
“AzerRos”un əslən Kəlbəcərdən olan yeni sədrindən ehtiyatlı açıqlama...

"Orada çox məsələlər deyildiyi, yazıldığı kimi deyildi..."

Sentyabrın 2-də Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti - “AzerRos”un Ağsaqqallar Şurasının sədri postuna Sərdar Abdullayev sədr seçilib. Nəzərə çatdıraq ki, bir neçə gün öncə Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasov “AzerRos”un Ağsaqqallar Şurasının sədri postundan istefa vermişdi.


Mənbə qeyd edib ki, S.Abdullayevin bu posta rəhbər gətirilməsi Azərbaycan hakimiyyəti ilə razılaşdırılıb. Belə ki, o, sözügedən məsələ ilə bağlı Bakıya çağırılıb. Onunla iqtidar rəhbərliyinin nümayəndəsi söhbət edib və bundan sonra məlum təyinat gerçəkləşib.
O, təşkilatdan istefa verdiyini bəyan edib. A. Abbasov öz yerinə Ağsaqqalar Şurasının digər üzvü olan Sərdar Abdullayevin namizədliyini irəli sürüb.

Sərdar Süleyman oğlu Abdullayev Rusiya vətəndaşıdır, iş adamıdır, iqtisad elmləri doktoru, professordur. Abdullayev İnformasiyalaşdırma Beynəlxalq Akademiyasının həqiqi üzvüdür, 2006-cı ildə “AzerRos”dakı fəaliyyətinə görə Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

O, 1951-ci il yanvarın 1- də Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. 1986-1991-ci illər ərzində “Kalininqrajdanstroy” regional planlaşdırma və tikinti birliyinin rəis müavini vəzifəsində çalışıb. 1991-ci ildən “Tverqrajdanstroy” tikinti şirkətinin baş direktorudur.
S.Abdullayevlə telefon əlaqəsi yaradıb, yeni vəzifəsi, planları barədə danışdıq. O qeyd etdi ki, bu posta seçiləcəyini öncədən gözlənilən olmayıb: “Düzü, mən bunu gözləmirdim. Sadəcə, iclasda namizədliyim verilib. Heç mən özüm iclasda iştirak etməmişəm. Namizədliyim irəli sürüldü və mən buna razılıq vermişəm”.

Son illərdə “AzerRos”un fəaliyyəti qənaətbəxş deyildi və orada intriqalar yaşanırdı. Abbas Abbasovun anlaşılmaz mövqe tutması səbəbindən qurumun fəaliyyəti faktiki olaraq iflic olmuşdu. Sərdar Abdullayevdən qurumun dirçəlməsi üçün hansı planları olduğunu soruşduq. Abdullayev qeyd etdi ki, sözügedən qurumun ilk yaradıcılarından biri o olub: “Bu federasiya mənim kabinetimdə yaranıb. Ona görə də burada mənim üçün qaranlıq, anlaşılmayan heç nə yoxdur, hər şeyi bilirəm”.

Abbas Abbasovun qurumda yaratdığı arzuolunmaz durumla bağlı sualımıza cavabında müsahibimiz qeyd etdi:

“Bu məsələ nə idi, kimlə bağlı idi, o haqda danışmağı lazım bilmirəm. Çünki orada çox məsələlər deyildiyi, yazıldığı kimi deyildi. Ona görə də mən bu haqda heç danışmaq istəmirəm. Biz indi planlaşdırırıq ki, Rusiya yaşayan azərbaycanlıları birləşdirək, soydaşlarımız arasında yaxşı münasibətlər formalaşsın və biz ciddi işlər görə bilək. Biz burada çalışacağıq ki, vətənimiz Azərbaycanla vətəndaşı olduğum Rusiya arasında münasibətlərin daha da yaxşılaşmasına nail olaq”.

Nəzərə çatdıraq ki, Abbas Abbasov “AzerRos”u nəzarətdə saxladığı dövrdə ermənilərə münasibətləri liberal olub, hətta müəyyən əməkdaşlıqlara getdiyinə dair informasiyalar da vardı.

Maraqlıdır, yeni sədr ermənilərə münasibətdə hansı mövqedə olacaq? Bu haqda suala S.Abdullayev belə cavab verdi:

“Azərbaycanla Ermənistan arasındakı münaqişənin həlli üçün iki ölkənin prezidentləri danışıqlar aparırlar. Başqalarının bu məsələyə qarsıması düzgün deyil. Mən Rusiya vətəndaşıyam və erməni məsələsinə dair nəsə bir mövqe sərgiləsəm doğru olmaz. İki ölkənin rəhbərləri bu məsələni həll eləməlidirlər. Ən yaxşısı məsələnin sülh yolu ilə həll olunmasıdır. Nə biz erməniləri, nə də ermənilər bizi qonşuluqdan silə bilmərik. Bu məsələ məncə, yaxın zamanlarda öz həllini tapmalıdır”.

“Siz əslən kəlbəcərlisiniz, bu baxımdan ermənilərə münasibətdə daha sərt bir mövqedə olacağınızı gözləmək olarmı” sualına onun cavabı belə oldu: “Mən əlbəttə, istəyərdim vətənim azad olunsun, ora gedib-gələ bilim. Gözəl yurdumuz hər gün gözümün önündədir. Təəssüflər olsun ki, biz ora gedə bilmirik. Məncə, Allahın köməkliyi ilə bu məsələlər həllini tapacaq”.

Rusiya-Azərbaycan münasibətlərinə gəlincə, S.Abdullayev dedi ki, iki ölkə arasında əlaqələr çox yaxşıdır:

“İki ölkənin prezidentlərinin də yaxşı münasibətləri var. İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Bunu heç km poza bilməz”.
Və sonda bir maraqlı məqamı da qeyd edək. “AzerRos”un Ağsaqqallar Şurasının iclasında Abbasov istefa verərkən, S.Abdullayevin namizədliyini o özü irəli sürmüşdü. Görünür, Abbas Abbasov S.Abdullayevin bu posta gətirilməsi üçün Azərbaycan hakimiyyətinin dəstəyi olduğunu bildiyindən bu gedişi edib.(musavat.com)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Abbas Abbasovun oğlu atasının açdığı telekanaldan danışdı

    Abbas Abbasovun oğlu atasının açdığı telekanaldan ...

    15-01-2014, 15:26

  • 
  • Abbas Abbasov Hitlerin kəndini satın aldı - ŞOK

    Abbas Abbasov Hitlerin kəndini satın aldı - ŞOK ...

    28-11-2014, 00:39

  • 
  • O, Azərbaycanlıları “doğma Rusiyanı” qorumağa çağırdı

    O, Azərbaycanlıları “doğma Rusiyanı” qorumağa ...

    10-07-2014, 01:30

  • 
  • Abbas Abbasov Rusiyada telekanal açır

    Abbas Abbasov Rusiyada telekanal açır ...

    15-01-2014, 12:41

  • 
  • Mahir Abdullayev işində Abbas Abbasov adı

    Mahir Abdullayev işində Abbas Abbasov adı ...

    25-12-2012, 12:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (311)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu