GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Milli Məclis mürtəce qanunu qəbul etdi

Milli Məclis mürtəce qanunu qəbul etdi

Tarix: 17-02-2013, 12:53 Bölmə :Ölkə Baxış: 898
Milli Məclis mürtəce qanunu qəbul etdi

Azay Quliyev QHT-lərin fəaliyyətinə problem
yaradacaq qanunun dəstəkçisi rolunda


“Qrant” haqqında, “Qeyri-hökumət təşkilatları haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlar qəbul edildi

“Qrant haqqında” qanununa aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir: “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlarda nəzərdə tutulan ianələr və dövlət hakimiyyəti orqanlarının yardımları istisna olmaqla, qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul edə bilməz”.
“Qrant” haqqında qanun layihəsinin müəllifi Çingiz Qənizadə çıxış edib. O deyib ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", “Qrantlar” haqqında və “Dini etiqad azadlığı haqqında” qanunlara paket şəkilində müzakirə olunmalıdır. Qənizadə deyib ki, o bu məsələ ilə bağlı QHT rəhbərləri və ATƏT-in Bakı ofisinin rəhbəri ilə saatlarla müzakirə aparıb.
Qənizdə deyib ki, İngiltərənin, ABŞ-ın təcrübəsini araşdırıb, Rusiyanın təcrübəsinə baxıb: “Məlum olub ki, onlarda bu məsələ həll edilib və ölkəyə daxil olan pullara nəzarət olunur. Məncə, bizdə bu qanununları qəbul etməklə prosesi şəffaf aparılmasına nail olacağıq”. BAXCP sədri Qüdrət Həsənquliyev isə deyib ki, qeydə alınmayan QHT-lər bu qanun layihəsinə etiraz edirlər: “Mənə üç nəfər müraciət ediblər ki, yaratdıqları QHT-lər qeydə alınmır. Nazirlik hər üçünə eyni cavab verib. Biz hər min nəfərə düşən QHT-lərinə sayına görə, Gürcüstandan 3, Qərbi Avropa dövlətlərindən isə 9 dəfə geridə qalırdıq. Bu qanun qəbul olunsa qeydə alınmayan QHT-lərin qrant alması mümkün olmayacaq. Mən hesab edirəm ki, qeydiyyat məsələsini sadələşdirməliyik və bundan sonra cəmiyyətdə narazılığa yer qalmayacaq. İndiki halda mən düzəlişlərə səs verməyəcəyəm”.
Deputat Fazil Mustafa da deyib ki, bu qanunla bağlı ictimai müzakirələrdə iştirak edib: “Dəyişikliyə zərurət o götürür ki, terrorizmin maliyyələçşşdirilməsinin qarşısını alır, ölkəyə daxil olan maliyyəyə nəzarət olunur və s. Əslində isə bu qanun dövlətdən dəstək alan QHT-lərin fəaliyyətinə problem yaradacaq. Xaricdən maliyyələşən QHT lər isə problem yaşamayacaq. Çünki xarici dövlətə işləyən təşkilat qeyri rəsmi də maliyyə ala bilər. Bu qanunda 8-15 min manat cərimələr nəzərdə tutulur. Cəza alınan məbləğə adekvat olmalıdır. Bəlkə kimsə pis olmayan niyyətlə məsuliyyətsizlik etdi. Bu halda onları bu qədər sərt cəzalandırmaq nəyə lazımdır. Məncə, bu qanun qəbul edilməməlidir. Burada qrant haqqında müqavilə olmayanda cərimələr tətbiq ediləcək, mülkiyyətlər müsadirə olunacaq. Bu da QHT-lərin sıradan çıxmasına səbəb olacaq və Avropa Məhkəməsinə çoxlu şikayətləri çoxaldacaq. Fikrimcə, dəyişikliklərə ehtiyac yoxdur”.
Deputat Fərəc Quliyev isə təklif edib ki, daha çox donorların Azərbaycanda qeyri qanuni hərəkətlər etməsinin qarşısını almaq lazımdır: “Əgər sabah bir donor təbii fəlakətlə bağlı ölkəmizdə qrant layihəsi həyata keçirəcəksə, onun bu qədər çətinliklə qarşılaşmasına ehtiyac yoxdur”. Bundan sonra hökumətin mandat verdiyi bir neçə deputatı növbəyə duraraq mürtəcə qanunun qəbulunun vacibliyini önə çəkib. QHT-lərə Dövlət Dəstəyi Fondunun prezidenti Azay Quliyev isə deyib ki, bəzi QHT-lər məqsədli şəkildə bu dəyişiklikləri siyasiləşdirir və dövlətin QHT sektoruna total hücuma keçdiyinin görüntüsünü yaratmağa çalışır: “Əslində buna ehtiyac yoxdur. Dövlət 5 ildir ki, QHT-lərə dəstək verir. Bu gün belə fikirdə olanların çoxu dövlətdən qrant alıb. Dövlətin QHT-lərlə münasibəti şəffafdır. Siyasi dünyagörüşündən asılı olmayaraq müsbət ideyalara dövlət bundan sonrada dəstək olaq”.
Azay Quliyev əlavə edib ki, qrant layihələri ilə bağlı müqavilələrin bağlanması vacibdir: “Müqavilə olmasa QHT necə işləyəcək, hansı öhdəlikləri üzərinə götürəcək? Hesabtlılıq məsələsi də, qanunun tələbidir və hər bir ictimai təşkilat hesabat verməlidir. Dövlətdə bilməlidir ki, sahələrə nəqədər maliyyə ayrılır, gələcəkdə QHT-lər bağlı siyasət necə olmalıdır.Nəğd şəkildə ianələrin 200 manat olması isə ağlabatan rəqəmdir. Bu bir çox ölkələrdə var. Fransada anonim şəkildə 150 dollara qədər ianə vermək olar. Bununla bağlı dünyada tendensiya var. Burada bütün məsələlər beynəlxalq hüquq normalarına uyğundur”.
Azay Quliyev əlavə edib ki, qanuna əsasən qeydiyyatı olmayan QHT-lər fəaliyyət göstərə bilər: “Bu gün qeydiyyatı olmayan QHT-lərə yasaq yoxdur və fəaliyyət göstərir. Məndə hesab edirəm ki, QHT-lərin qeydiyyatı sadələşdirilməlidir. Məsələn, elə təşkilatlarda var ki, qeydiyyatda maraqlı deyil. Leyla Yunusa neçə dəfə təklif olunsa da, qeydiyyatdan keçməyib. Əlbəttə ki, məndə sanksiyaların və cərimələrin sərt olmasının tərəfdarı deyiləm. Amma bundan ən yaxşı çıxış yolu fəaliyyətin qanuna uyğun göstərilməsidir”.
Deputat Leyla Abdullayeva isə qanunun qəbulunun vacibliyini önə çəkib, bəzi QHT-lərin qaranlıq fəaliyyətlə məşğul olunduğunu deyib.
Deputat Sədaqət Vəliyeva isə müxalifətin ətrafında olan QHT-ləri sərt tənqid edib, eləcədə bir sıra beynəlxalq donorların müxalif mövqeyli QHT-lərə qrant ayrıldığını iddia edib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov söyləyib ki, bəzi deputatların bu layihənin əleyhinə çıxmasını anlamır: “Layihənin müəllifi, eləcədə biz bir sıra tədbirlərdə iştirak etdik, ictimai dinləmələr keçirildi. Fikirləşirəm ki, Q. Həsənquliyevin və Azay Quliyevin fikiri ağlabatandır. Bu QHT-lərin qeydiyyatı məsələsidir. Bəzi QHT-lər qeydiyyatda düşməmək üçün bundan bilərəkdən yayanır. Mən hesab edirəm ki, bu şəffaflıq naminə lazımdır. Qanunun qəbulu qeydiyyat prosesini sürətləndirəcək. Qanunvericilikdə hər bir şeyin dəqiq göstərilməsi vacibdir. Bu zaman onun icrası da, asandır. Cərimlərin yüksək həddə olması ilə bağlı narazılığı anlamıram. Cərimələrin miqdarının çox olması iqtisadi sanksiyalara keçək modelinin təbliğidir. Əminəm ki, layihə dəstəklənəcək”.
Vitse spiker Ziyafət Əsgərov isə üzünü Fazil Qəzənfəroğluna tutaraq maraqlı fikirlər deyib: “Bu qanunun qayəsi inanın başqa şey deyil. İnanın ki, məqsəd ölkəyə daxil olan maliyyənin təyinatı üzrə xərclənməsinə nail olmaqdır”.
Sonda layihə səsə qoyularaq qəbul edildi və bununla da QHT-lərin fəaliyyətini dövlət nəzarətə almaq üçün hüquqi əsaslar əldə etdi.
HUSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət total təmizləmə xəttini davam etdirir

    Dövlət total təmizləmə xəttini davam etdirir ...

    19-02-2013, 10:13

  • 
  • Vətəndaş cəmiyyətinin fəaliyyət ciddi təhlükə qarşısında

    Vətəndaş cəmiyyətinin fəaliyyət ciddi təhlükə ...

    27-02-2013, 10:22

  • 
  • Maşınlarınızın üstünə belə yazılar yazmayın

    Maşınlarınızın üstünə belə yazılar yazmayın ...

    10-12-2015, 12:41

  • 
  • Qeyri Hökümət Təşkilatları aksiya keçirməyə hazırlaşır

    Qeyri Hökümət Təşkilatları aksiya keçirməyə ...

    24-01-2014, 14:21

  • 
  • ABŞ Dini Azadlıq Komissiyası Azərbaycanı tənqid edib

    ABŞ Dini Azadlıq Komissiyası Azərbaycanı tənqid ...

    1-05-2013, 12:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu