GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əvəz Zeynallı prokurorun cavabını verməyə hazırlaşır

Əvəz Zeynallı prokurorun cavabını verməyə hazırlaşır

Tarix: 19-02-2013, 10:16 Bölmə :Ölkə Baxış: 681
Əvəz Zeynallı prokurorun cavabını verməyə hazırlaşır

Baş redaktor fevralın 20-də keçiriləcək məhkəmə prosesi
zamanı Ramiz Mehdiyevin sifarişlərini həyata keçirən
R.Hadıyevi əsaslı faktlar qarşısında qoymaq niyyətindədir


“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmə prosesi fevralın 20-də saat 11.00-da davam edəcək.
Xatırladaq ki, ötən məhkəmə prosesi zamanı prokuror Ramazan Hadıyev heç bir əsas olmadan, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qaldırdığı AR CM-nin 311 306 və 213-cü maddələrində nəzərdə tutlmuş ən yüksək cəza - azadlıqdan məhrum edilməklə 11 il iş kəsilməsini istəyib. Ə.Zeynallı fevralın 20-də keçiriləcək məhkəmə prosesi zamanı Ramiz Mehdiyevin sifarişlərini həyata keçirən R.Hadıyevi əsaslı faktlar qarşısında qoymaq niyyətindədir. Məhkəmə prosesi zamanı vəkillər və Ə.Zeynallı çıxış edəcək.
Məlumat üçün bildirək ki, Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, sabiq deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istəmək ittihamı ilə həbs olunub. G.Əhmədova mətbuata verdiyi açıqlamalarda Ə.Zeynallını onun iddiası əsasında həbs olunmadığını bildirib ki, bu da istintaq araşdırmasını davam etdirən məhkəmə heyətini çıxılmaz vəziyyətə salıb. Həbsindən sonra jurnalistə qarşı AR CM-nin daha iki maddəsilə də ittiham irəli sürülüb. Baş redaktor Cinayət Məcəlləsinin bu maddələri ilə ittiham olunur:
Maddə 213. Vergi ödəməkdən yayınma
213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
R.Hadıyev dəfələrlə məhkəmədə Ə.Zeynallının fiziki çəxs kimi vergilərdən yayınmasını sübut edə bilməsə də, bu maddə ilə baş rektorun saxta hesablamalarla çıxarılmış 7251 manat 20 qəpik dövlət büdcəsinə ödənilməsini və bunula yanı 2 il azadlıqdan məhrum edilməsini istəyib.
Baş redaktor haqqında qaldırılan AR CM-nin 306.2 maddəsi də sübut olunmayıb.
Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə
306.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə – min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məhkəmə prosesi zamanı məlum olub ki, baş redaktor iddiaçılar "Azərbaycan" nəşriyyatının direktoru Ağabəy Əsgərovun məhkəmə tərəfindən müəyyənləşdirilmiş təkzib məlumatı "Xural" qəzetində dərc olunub və "Xural" qəzetinin, eləcə də Ə.Zeynallının üzərinə qoyulan cərimələr ödənilib. Digər iddiaçı Nüşabə Ələsgərliyə də məhkəmənin kəsdiyi 200 manat cərimə baş redaktor həbs olunmamışdan əvvəl ödənib. KİV DF-nin icraçı direktoru Vüqar Səfərlinin isə məhkəmə qərarı Ə.Zeynallı həbs olunduqdan sonra qüvvəyə minib. Ədliyyə işçiləri məhkəmə qərarlarının icrası ilə bağlı Ə.Zeynallıya müraciət edərkən, hətta "Xural" redaksiyasına məxsus texniki avadanlıqları müsadirə edərkən də onlara qarşı Ə.Zeynallı tərəfindən heç bir təzyiq göstərilməyib. O baxımdan məhkəmə qərarlarını qəsdən yerinə yetirməməklə bağlı prokurorun qaldırdığı iddianın tam əsassız olduğu məhkəmədə sübut olunub.
Maddə 311. Rüşvət alma (passiv rüşvətxorluq)
311.3.3. külli miqdarda törədildikdə;
311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə – səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məhkəmə araşdırmaları zamanı G.Əhmədovanın istintaqa təqdim etdiyi disk yazısının saxta olduğu ortaya çıxıb. Qeyd edək ki, G.Əhmədovanın özü haqqında hazırda AR CM-nin 178-ci – Dələduzluq və 307.2 maddələrilə cinayət işi qaldırılıb. Bundan sonra o deputat mandatından məhrum edilib, üzvü olduğu YAP-dan çıxarılıb. Fevralın 13-də həbs olunan G.Əhmədova hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Məhkəmə açıq keçirilir. Bütün İnsan və Jurnalist hüquqları müdafiə təşkilatlarının, eləcə də müstəqil mətbuat nümayəndələri prosesi canlı izləmək üçün dəvətlidirlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əvəz Zeynallı “Ekspress Servis”i məhkəməyə verdi

    Əvəz Zeynallı “Ekspress Servis”i məhkəməyə verdi ...

    21-05-2013, 11:56

  • 
  • Əvəz Zeynallı ilə Mətbuat Şurasının məhkəmə çəkişməsi başladı

    Əvəz Zeynallı ilə Mətbuat Şurasının məhkəmə ...

    13-08-2013, 16:06

  • 
  • Əvəz Zeynallıya yox deyildi

    Əvəz Zeynallıya yox deyildi ...

    28-02-2014, 18:54

  • 
  • Əvəz Zeynallıya qəzet verilmir

    Əvəz Zeynallıya qəzet verilmir ...

    1-02-2014, 00:26

  • 
  • Rauf Arifoğlu Əvəz Zeynallıya görə dindiriləcək

    Rauf Arifoğlu Əvəz Zeynallıya görə dindiriləcək ...

    26-02-2014, 12:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu