GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mirmahmud Mirəlioğlu: “Heyf o çörəkdən ki, belə yeyirlər”

Mirmahmud Mirəlioğlu: “Heyf o çörəkdən ki, belə yeyirlər”

Tarix: 2-10-2015, 18:36 Bölmə :Ölkə Baxış: 0
Mirmahmud Mirəlioğlu: “Heyf o çörəkdən ki, belə yeyirlər”

AXCP funksioneri müxalifət liderlərini aşağıladı və sərt cavab aldı; Elman Fəttah: “Xaliq Bahadırın Müsavata qarşı yönəltdiyi murdar ittihamlar...”;

AXCP funksioneri, jurnalist Xaliq Bahadırın “Azadlıq” qəzetində “Saxta seçki subyektləri” başlıqlı köşə yazısı dərc olunub. Yazıda jurnalist seçkilərdə iştirak edən qurumların və onların rəhbərlərinin ünvanına ağır ittihamlar səsləndirib.

AXCP təfəkkürünün açıq şəkildə sezildiyi köşədə X.Bahadır seçkilərə qatılan qurumların hakimiyyətə işlədiyini, hakimiyyətlə əlbir olduğunu bildirib. Partiya funksioneri MSDM rəhbəri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, AXP lideri Pənah Hüseyn və KXCP sədri Mirmahmud Mirəlioğlunun ünvanına aşağılayıcı tonda ittihamlar irəli sürüb.

X.Bahadır adları çəkilən bu şəxslərin seçkilərdə iştirak etməklə, hakimiyyətlə bazarlığa getdiklərini qeyd edib. Qeyd edək ki, X.Bahadır zaman-zaman bu tipli yazılarla gündəmə gəlir. Daim də təhqirlər yağan yazılarında bir müxalifət liderini çıxmaqla, digərlərini ittiham edir. Sanki Əli Kərimlidən başqa bütün müxalifət hakimiyyətə işləyir...

Heç şübhəsiz ki, köşə yazarının fikirləri müxalifət düşərgəsində ciddi narazılıq doğurub.
Müsavat başqanının müavini Elman Fəttah AXCP funksionerinin ittihamlarının məqsədli şəkildə ortaya atıldığı qənaətindədir: “Biz dəfələrlə qeyd etmişik ki, Müsavat Partiyasının siyasətinin əsasını siyasi məhbuslar və mübarizəni müxalifətin daxilindən çıxarıb hakimiyyətə qarşı yönəltmək təşkil edir. Çünki mübarizəni müxalifətin daxilində aparmağa səy göstərən qüvvələr var. Bunun üçün həmin qüvvələr gecə-gündüz çalışırlar. Biz bu prosesdə iştirak etməməyə, iştirak edənlərin isə qarşısını almağa çalışırıq. Xaliq Bahadırın həmin köşə yazısı, Müsavata qarşı yönəltdiyi murdar ittihamlar müxalifətdaxili intriqanı artırmağa, hakimiyyətə qarşı aparılan mübarizənin qarşısını almağa çalışan düşərgəyə xidmət edən fikirlərdir. Mütəmadi olaraq, biz Xaliq Bahadırın bu cür yazılarını görürük. Məqsəd bu cür ittihamlara Müsavatdan da kimlərinsə cəlb edilməsi və bununla mübarizəni hansısa qurumlar, yaxud partiya funksionerləri səviyyəsinə endirməkdir”.

Mirmahmud Mirəlioğlu: “Heyf o çörəkdən ki, belə yeyirlər”

E.Fəttah X.Bahadırın həbsdə olan Müsavat başqanının müavini Tofiq Yaqublunun da adını köşə yazısına salmasına münasibət bildirdi: “Çox absurd bir yanaşmadır. Çünki Tofiq bəyin özü Müsavatın seçkidə iştirakından məlumatlıdır və hətta namizədliyi də irəli sürülüb. Siyasi məhbusları önə çəkən qurum və köşəni yazan şəxs mövqeyini Avropa Oyunları zamanı ortaya qoymalı idi. Çünki həmin vaxt beynəlxalq aləmlə siyasi məhbuslar məsələsində birgə iş gedirdi. Müsavat siyasi məhbuslar azad olunmasa, xarici ölkələrin dövlət başçılarının Avropa Oyunlarında iştirak etməməsi ilə bağlı çağırış edib. Eyni sənədə Avropa Birliyi də imza atıb. Faktiki olaraq, oyunlar Avropa ölkələrinin rəhbərlərinin iştirakı olmadan keçirilib. Həmin vaxt nəinki siyasi məhbusları alver predmetinə çevirən bu şəxslər münasibət bildirmədilər, hətta Avropa Oyunlarının Azərbaycanın milli maraqlarına xidmət etdiyini göstərən yazılarına rast gəldik. İndi Xaliq Bahadır da bu yazıda Tofiq bəyin adını çəkməklə onu müdafiə etmir, əksinə, siyasi məhbus üzərindən öz maraqlarını təmin etmək istəyir. Bununla da siyasi məhbus adını istismar edir”.

Müsavat başqanının müavini AXCP funksionerinin seçkiləri boykot etmək çağırışına da münasibət bildirdi: “Siyasətimiz ondan ibarətdir ki, mübarizə fasiləsiz, prinsipal şəkildə davam etməlidir. Seçki dövründə də, əlimizdə olan imkanlardan yüksək səviyyədə istifadə edib, rejimə qarşı mübarizəni davam etdiririk. Bu çox əziyyətlidir. Böyük fədakarlıqlar tələb olunur. Seçkidə iştirak etməyən qurumlara qarşı hər hansı bir təzyiq aparılmır. Amma Müsavatın namizədlərinə qarşı edilən təzyiqlər hər kəsə məlumdur. Əgər seçkidə mübarizə üçün bir şans qalmayacaqsa, yalnız o zaman iştirak edib-etməmək məsələsi müzakirə oluna bilər. Siyasəti düzgün aparmaq lazımdır”.

KXCP sədri Mirmahmud Mirəlioğlu X.Bahadırın onun barəsində səsləndirdiyi fikirlərə daha sərt münasibət bildirdi: “Azərbaycanda elə adamlar var ki, çoxdan oxunmuş kitablardır. Onlar oxunub, qatlanıb, arxivə qoyulublar. Hətta üzərinə yazılıb ki, ”oxumaq olmaz!" Bu yazının müəllifi aşağıdan-yuxarı öz ətrafına baxmalıdır. Ona məsləhət verənlərə, yazılarını redaktə edənlərə, yazılarına senzura qoyanlara yaxşı baxmalıdır. Əgər baxsa, ayıbına kor olub danışmaz. Onlar çox istəyirlər ki, mən bu işi görənlərin, icra edənlərin layiqli paylarını verim. Amma onlar heç nəyə layiq olmadıqlarına görə heç bir cavab vermirəm. Hər şeyi vicdanlarına buraxıram. Əgər vicdanları yoxdusa, özləri bilərlər, nə istəyirlər danışsınlar. Heyf o çörəkdən ki, belə yeyirlər. Heyf o uşaqlardan ki, bunların qələmi ilə qazanılan çörəyi yeyirlər. Belə Azərbaycan övladlarına heyfsilənirəm. Bu adamlar ad-soyadlarını dəyişməlidirlər. İmzalarını da dəyişib, başqa ad götürməlidirlər. Məsələn, filankəs böhtançı, şər filankəs, “işverən” filankəs kimi adlar ola bilər. Nəyi mən haqq bilirəmsə, o yolda da olacam. Dövlətçiliyin bərpasında iştirak etmişəm, qan, övlad vermişəm. Bu dövlətin mahiyyətini də, iqtidarını da, bu cür müxalifətçilik etməyin mahiyyətini də, kimin hansı dəyirmana su tökdüyünü də yaxşı bilirəm".

Cavanşir ABBASLI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İsa Qəmbər Mirmahmud Mirəlioğlu ilə görüşdü (Yenilənib, FOTO)

    İsa Qəmbər Mirmahmud Mirəlioğlu ilə görüşdü ...

    14-12-2013, 18:48

  • 
  • Müsavat funksioneri partiyasını tərk etdi- Milli Şuraya görə

    Müsavat funksioneri partiyasını tərk etdi- Milli ...

    11-01-2014, 01:00

  • 
  • AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, seçkilərə getməyək

    AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə ...

    10-07-2013, 14:54

  • 
  • AXCP funksionerindən Müsavata sərt İTTİHAMLAR

    AXCP funksionerindən Müsavata sərt İTTİHAMLAR ...

    4-12-2013, 18:43

  • 
  • AXCP sədrinin müavini müxalifəti ittiham etdi

    AXCP sədrinin müavini müxalifəti ittiham etdi ...

    18-08-2014, 12:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu