Yaxın vaxtlarda Hakimiyyət daxilində dəyişiklikərin baş tutacağı gözlənilir. Bu barədə qəzetimizi bilgiləndirən hökumət içindəki qaynaq özü belə deyib. Qaynağımızın sözlərinə görə, artıq bununla bağlı «qara siyahı» hazırlanıb və həmin siyahıda xeyli sayda icra başçısının da adı var ki, onlardan biri də bu gün Bərdə rayonuna rəhbərlik edən Vidadi İsayevdir. Mənbəmiz bildirir ki, bu gün Bərdə rayonuna rəhbərlik edən Vidadi İsayevin hədəfə alınması heç də təsadüfi deyil: «Ola bilsin ki, Vidadi İsayev kimlər üçünsə kiçik fiqur hesab oluna bilər. Amma məsələ heç də onun mövqeyinin o qədər də ciddi olub-olmamasında deyil». Gözlənilən kadr islahatları zamanı əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın şəxslərin «vurulacağı»nı bildirən mənbəmiz bildirir ki, Vidadi İsayev Ramiz Mehdiyevin himayəsi altındadır: «Amma ona qarşı xüsusi qəzəb var və bunun da səbəbi olan bir hadisə var». Mənbəmizin sözlərinə görə, ilk əvvəl prezidentin şəxsi mühafizə idarəsinin rəhbəri Bəylər Əyyubovun himayəsi altında olan Vidadi İsayev sonradan bu himayədən imtina edir: «Bəylər Əyyubovla Vidadi İsayevin və həmçinin daha bir neçə icra başçısının əlaqəsi Zaman adlı bir iş adamı tərəfindən həyata keçirilirdi. Həmin Zaman adlı iş adamı Bəylər Əyyubova yaxın olan şəxsdir və bu gün Bəylər Əyyubova aid olan «Ay işığı» restoranlar şəbəkəsi, həmçinin digər obyektlər məhz Zamanın əli ilə idarə olunur». Mənbəmiz bildirir ki, bu arasılıqdan yorulan Vidadi İsayev nəhayətdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə şikayətlənir və bildirir ki, onun Bəylər Əyyubova birbaşa çıxışının olmaması problemlər yaradır: «Bəylər Əyyubovdan gileylənərək «Bizi tapşırıb bir ofisianta (Zamanı nəzərdə tutur -red.)» deyən Vidadi İsayev sonradan Ramiz Mehdiyevin «krışalığı» altına keçir». Həmin gündən sonra Bəylər Əyyubovun hədəfinə çevrilən Bərdənin icra başçısına qarşı köhnədən nifrətin qaldığını bildirən mənbəmiz generalın indi qisas barədə düşündüyünü də vurğuladı: «Bu səbəbdən Vidadi İsayev Bəylər Əyyubovun qəzəbinin qurbanına gedir və onu adı «qara siyahı»ya Ramiz Mehdiyevin adamı kimi daxil edilib». Bu arada onu da öyrəndik ki Bərdə rayonunda kutləvi işdən çixarılma aksiyasına start verilib. Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev bütün icra nümayəndəliklərində çalışan mühasibləri işdən azad edir. Səbəb kimi isə, onların orta təhsilli (texnikumu bitirməsi) olması göstərilir. İcra hakimiyyətinin ümumi şöbə müdiri İsgəndər İsmayılov işçiləri toplayaraq iclas keçirib və onlara bildirilib ki, Dövlət qulluğu haqqında qanuna dəyişiklik edilib. Həmin qanuna əsasən siz işdən azad edilirsiniz. Şöbe onlardan ərizələrini yazaraq işdən çıxmalarını istəyib.( Burda mənə qaranlıq qalan bir məsələ oldu. Əgər qanuni olaraq işdən azad edilirsə bu işçilər bəs onda ərizə yazmaq nəyə gərək? Onu da qeyd edim ki bu məsələnin ilki 2009-cu ildə qoyulub. Bərdə royonunun keçmiş icra başçısı İlham Ağayev həmin insanları işdən azad etmişdi.amma işçilər iki məhkəmə instansiyasında keçərək işlərinə bərpa olundular.Beləliklə plan tam həyata keçmədi). İndi də həmin planı tamamlamaq öhdəliyini Vidadi İsayev öz üzərinə götürüb. İşçilər ona bunun qanunsuz olduğunu bildirəndə, icra köməkçisi,hara istəyirsiz müraciət edin mən qanun tanımıram, prezidentin təlimatı var işdən çıxmalısız deyib. Bu hadisədən bir neçə gün sonra bə müdirihəmin insanlara işdən çıxarılmaqlarıyla bağlı əmr gəldi amma əmrin tarixinin bir ay bundan öncəyə yazıldığı məlum oldu.( işdən azad olunandan bir ay müddətındə məhkəməyə müraciət etmək olar.görünür icra işbazları bunu yaxşı bildikləri üçün tarixi bir ay geri yazıblar ki, heç kim məhkəməyə müraciət edə bilməsin) Əmrdə bu da göstərilim ki, həmin işçilər ” Dövlət qulluğu haqqında” Azərbaycan Respubilkası Qanununun 33.1.4-cü maddəsi (Qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə) əsas gətirilərək işdən azad edilirlər. (çox maraqlıdır bu dövlət 1990-cı illərdən bəri işə götürdüyü işçilərini qeyri qanuni işlədib?həttda deyək qanunsuzdur lakin Konstutsiyada göstərilib ki qanunlar geriyə şamil edilmir). O ki, qaldı sözü güdən qanuna dəyişiklik edilməsinə, həmin qanunda qeyd edilib: 2001-ci ildən sonra Dövlət Qulluğuna orta təhsilli şəxslər qəbul edilməsin. Icra işbazları da bunu əllərində bayraq tutaraq başlayıblar işə axı hər ışçının yerinə 5 min pul dayanır. Fariz Lətifov
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?