Vidadi İsayev kütləvi işdən çixarılma aksiyasına start verib
Yaxın vaxtlarda Hakimiyyət daxilində dəyişiklikərin baş tutacağı gözlənilir. Bu barədə bizə daxil olan məlumatlarda bildirilir ki, artıq bununla bağlı «qara siyahı» hazırlanıb və həmin siyahıda xeyli sayda icra başçısının da adı var ki, onlardan biri də bu gün Bərdə rayonuna rəhbərlik edən Vidadi İsayevdir. Mənbəmiz sözlərinə görə, bu gün Bərdə rayonuna rəhbərlik edən Vidadi İsayevin hədəfə alınması heç də təsadüfi deyil: «Ola bilsin ki, Vidadi İsayev kimlər üçünsə kiçik fiqur hesab oluna bilər. Amma məsələ heç də onun mövqeyinin o qədər də ciddi olub-olmamasında deyil». Gözlənilən kadr islahatları zamanı əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın şəxslərin «vurulacağı»nı bildirən mənbəmiz bildirir ki, Vidadi İsayev Ramiz Mehdiyevin himayəsi altındadır: «Amma ona qarşı xüsusi qəzəb var və bunun da səbəbi olan bir hadisə var». Mənbəmizin sözlərinə görə, artıq Bərdə rayonunda kütləvi işdən çixarılma aksiyasına start verilib. Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev bütün icra nümayəndəliklərində çalışan mühasibləri işdən azad edir. Səbəb kimi isə, onların orta təhsilli (texnikumu bitirməsi) olması göstərilir: "İcra hakimiyyətinin ümumi şöbə müdiri İsgəndər İsmayılov işçiləri toplayaraq iclas keçirib və onlara bildirilib ki, Dövlət qulluğu haqqında qanuna dəyişiklik edilib. Həmin qanuna əsasən siz işdən azad edilirsiniz. Şöbə onlardan ərizələrini yazaraq işdən çıxmalarını istəyib. (Burda mənə qaranlıq qalan bir məsələ oldu. Əgər qanuni olaraq işdən azad edilirsə bu işçilər bəs onda ərizə yazmaq nəyə gərək? Onu da qeyd edim ki, bu məsələnin ilki 2009-cu ildə qoyulub. Bərdə royonunun keçmiş icra başçısı İlham Ağayev həmin insanları işdən azad etmişdi. Amma işçilər iki məhkəmə instansiyasında keçərək işlərinə bərpa olundular. Beləliklə plan tam həyata keçmədi). İndi də həmin planı tamamlamaq öhdəliyini Vidadi İsayev öz üzərinə götürüb. İşçilər ona bunun qanunsuz olduğunu bildirəndə, icra köməkçisi, hara istəyirsiz müraciət edin mən qanun tanımıram, prezidentin təlimatı var işdən çıxmalısız deyib. Bu hadisədən bir neçə gün sonra müdirin həmin insanlara işdən çıxarılmaqlarıyla bağlı əmr gəldi amma əmrin tarixinin bir ay bundan öncəyə yazıldığı məlum oldu. (işdən azad olunandan bir ay müddətındə məhkəməyə müraciət etmək olar. Görünür icra işbazları bunu yaxşı bildikləri üçün tarixi bir ay geri yazıblar ki, heç kim məhkəməyə müraciət edə bilməsin) Əmrdə bu da göstərilir ki, həmin işçilər "Dövlət qulluğu haqqında" Azərbaycan Respubilkası Qanununun 33.1.4-cü maddəsi (Qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə) əsas gətirilərək işdən azad edilirlər. (Çox maraqlıdır bu dövlət 1990-cı illərdən bəri işə götürdüyü işçilərini qeyri qanuni işlədib? Həttda deyək qanunsuzdur lakin Konstutsiyada göstərilib ki, qanunlar geriyə şamil edilmir). O ki, qaldı sözü güdən qanuna dəyişiklik edilməsinə, həmin qanunda qeyd edilib: 2001-ci ildən sonra Dövlət Qulluğuna orta təhsilli şəxslər qəbul edilməsin. İcra işbazları da bunu əllərində bayraq tutaraq başlayıblar işə axı hər ışçının yerinə 5 min pul dayanır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?