GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Siyasi fəalın qardaşı həbs edildi, iki qurum bəyanat yaydı...

Siyasi fəalın qardaşı həbs edildi, iki qurum bəyanat yaydı...

Tarix: 6-11-2015, 00:49 Bölmə :Ölkə Baxış: 0
Siyasi fəalın qardaşı həbs edildi, iki qurum bəyanat yaydı...

KXCP təmsilçisinin qardaşına on sutka həbs verilib, “Daha ciddi təzyiqlərin olacağını gözləyirəm”...
KXCP Ali Məclisinin üzvü, keçmiş siyasi məhbus Elşən Əlisoyun qardaşı həbs olunub. Ağsu rayonunda məskunlaşan Babək Məmmədov on sutkalıq həbs alıb. Bu barədə musavat.com-a E.Əlisoy özü məlumat verib. O bildirib ki, noyabrın 1-də keçirilən parlament seçkilərindən sonra ailəsinə qarşı təzyiqlər daha da şiddətlənib: “Noyabrın 5-də qardaşım Babək Məmmədovu Ağsu Rayon Məhkəməsinin sədri Tahir İsmayılovun sifarişli qərarı ilə heç bir araşdırma aparmadan, yalançı bir şikayətçinin sözü ilə 10 sutka həbs ediblər. Bu hakimiyyət şəhid ailəsinə qarşı apardığı bu cür düşmənçiliklə əslində özünün mahiyyətini bir daha ortaya qoyur. Qarşıdan gələn günlərdə daha ciddi təzyiqlərin olacağını gözləyirəm. Ola bilsin ki, mənim özümü də şərləyib həbs edəcəklər”.

E.Əlisoy qeyd edib ki, ailəsi 1993-ci ildən Ağsu rayonunda məskunlaşıb: “Atam Əli Məmmədov 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. 18 yaşımdan ictimai-siyasi proseslərə qoşulmuşam. AXCP Ağsu rayon şöbəsinin gənclər təşkilatının sədri, KXCP Ağsu rayon şöbəsinin Məclisinin sədri, KXCP Ali Məclisinin üzvü olmuşam. Hazırda KXCP Ali Məclisinin üzvü və QAT Ağsu rayon şöbəsinin sədriyəm. Siyasi fəaliyyətim dövründə saysız-hesabsız təzyiqlərlə üzləşmişəm. 2003-ci ildə saxta ittihamla həbs olunmuşam, həbs olunduğum dövrdə polislər tərəfindən qolum sındırılıb və işgəncələrə məruz qalmışam, altı ay Bayıl həbsxanası dövründən sonra 4 il şərti azadlıqdan məhrum edilmişəm. Keçən dövrlərdə dəfələrlə həbs edilərək polis bölmələrində zorakılıqlarla üzləşmişəm. Hakimiyyət mənə görə ailəmizə də təzyiqlərdən əl çəkməyib. Şəhid ailələri və məcburi köçkünlər mənzillə təmin olunduqları halda, ailəmiz şəhid ailəsi olaraq mənzillə təmin edilməyib. Nə Kəlbəcər Rayon İcra Hakimiyyəti, nə də Ağsu Rayon İcra Hakimiyyətinin başçıları bizim ailəmizin onların ərazisində məskunlaşmasını istəmir. Bu il keçirilən parlament seçkilərində Ağsu rayonundan namizəd olan Zəka Şikarlının seçki qərərgahının sədri və vəkili olaraq seçkilərdə fəal iştirak etmişəm. Seçkilərdə seçki qərərgahımızın üzvləri ilə bərabər apardığımız mübarizədə Zəka Şikarlı Ağsu sakinlərinin dəstəyini qazansa da, seçkilər kütləvi şəkildə saxtalaşdırılıb. Bundan sonra biz yenə də mübarizə apararaq şikayətimizi aidiyyəti qurumlara ünvalamışıq. Mənim bu seçkidə olan fəaliyyətim yerli icra hakimiyyətini və saxta deputat Tahir Kərimlini narahat etməyə bilməzdi. Seçkidən dərhal sonra məskunlaşdığımız “Qərənfil” uşaq bağçasını sökürlər. Orada məskunlaşan, bizdən başqa iki məcburi köçkün ailəsini heç bir yerdə məskunlaşdırmadan bağçanı təmir adı ilə sökməyə başlayıblar. Həmin bağça binası bu il 3-cü dəfədir ki, təmir adına sökülür. Hakimiyyətdən mənə görə ailəmizə təzyiqlərə son qoymağı bir daha tələb edirəm”.

Qeyd edək ki, Z.Şikarlı seçkilərlə bağlı yaradılan “Ağ blok”un təsisçilərindəndir. “Ağ blok” sözügedən həbslə bağlı bəyanat yayaraq B.Məmmədovun həbsini pisləyib və sifarişli həbs qərarının ləğvini tələb edib. Həmçinin, “Ağ blok”un namizədinə qarşı təzyiqlərin dayandırılması tələb edilir.

KXCP isə Ali Məclis üzvünün qardaşının həbsini partiyada müzakirə edəcək. Qurumun sədr müavini Xəzər Teyyublu musavat.com-a bildirib ki, siyasi fəaliyyətlə məşğul olan şəxsin ailəsinə yönəlik addımlar pislənilir: “Bu addımı pisləyirik. KXCP ölkədə siyasətlə məşğul olan şəxslərin ailəsinə, doğmalarına qarşı təzyiqlərin normal olmadığı qənaətindədir. Bu, siyasi partiya üzvünün fəaliyyətinə qarşı birbaşa repressiv addımdır. KXCP bu məsələni qısa zamanda müzakirə edəcək, qurumun bəyanatı olacaq. Həbsin motivlərini də öyrənəcəyik”.

Röya RƏFİYEVA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • KXCP fəalı həbs olunub

    KXCP fəalı həbs olunub ...

    24-09-2013, 17:48

  • 
  • KXCP-nin xanım üzvü həbs edildi

    KXCP-nin xanım üzvü həbs edildi ...

    21-02-2017, 23:30

  • 
  • KXCP Gədəbəy rayon şöbəsinin sədri həbs edildi.

    KXCP Gədəbəy rayon şöbəsinin sədri həbs edildi. ...

    19-08-2013, 18:33

  • 
  • KXCP Ali Məclisinin iclası keçirildi- Fotolar

    KXCP Ali Məclisinin iclası keçirildi- Fotolar ...

    2-03-2014, 18:01

  • 
  • Turqut Qəmbər 10 sutka müddətində həbs edildi

    Turqut Qəmbər 10 sutka müddətində həbs edildi ...

    30-04-2013, 21:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu