GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Baku Bus” MMC-dən əlillərə “xor münasibət”

“Baku Bus” MMC-dən əlillərə “xor münasibət”

Tarix: 16-11-2015, 13:13 Bölmə :Ölkə Baxış: 0
“Baku Bus” MMC-dən əlillərə “xor münasibət”


Bir məqamı da unutmaq olmaz ki, bugünkü əlillərimizin daha çoxu, bu Vətənin ərazi bütövlüyü uğrunda, vətəndaşlarımızın təhlükəsizliklərinin təmin olunmasında yaxından iştirak etməklə əlil olublar. Odur ki, onlara qarşı belə bir sayğısızlıq, ögey münasibət heç cür yolverilməzdir

Şəhərimizin nəqliyyat sektorunda yaşanan ab-hava daim diqqət mərkəzində durduğundan, bu sahə zaman-zaman əksəriyyətin müzakirə etdiyi mövzulardan birinə də çevrilib. Buna səbəb həm də o olub ki, nəqliyyat sahəsində yaşanan problemlər daim müzakirə predmetinə çevrilib və lazım gəldikdə bu sahəyə cavabdehlik daşıyanlar, əksəriyyətin qınaq obyektinə də çevriliblər. Bu gün də şəhərdaxili nəqliyyatda yaşanan problemlər o qədər çoxdur ki, bəlkə də yaşanan problemlərin varlığını saatlarla müzakirə etsək, heç də qurtarmaq olmaz.
Adicə bir məqamı qeyd edək ki, hal-hazırda ayrı-ayrı xətlər üzrə hərəkətdə olan avtobusların tam əksəriyyətinin salonlarında natəmizlik hökm sürməkdədir. Salonlardakı oturacaqların olduqca çirkli halda olması onu söyləməyə əsas verir ki, bəlkə də altı ay, yaxud da il ərzində olsun belə, həmin oturacaqlar bir dəfə də olsun ki, yuyulmayır. Nəqliyyat vasitələrini idarə edən sürücülərdən çoxunun sürücülük vəsiqələrinin olmaması da, bu sahədə yaşanan ab-hava haqda lazımi məlumatları əldə etməyə imkan verir. Şəhərimizin bəzi mərkəzi ərazilərində sürücülərin səhər saatlarında kənardan baxış olunmaqla “müayinədən keçirilmələri” də, olduqca diqqəti cəlb edən problemlərdəndir. Çünki, qeyd olunan ərazilərdə dəftəri, “ruçka”sı əlində olan “həkimlər”in, sürücüləri müəyyən qədər şirinliyin müqabilində “müayinədən keçirmələri”, əslində şəhərdaxili nəqliyyatda yaşanan faciələrin əsasını qoyan səbəblərdir. Bu zaman onları əmələ gələ biləcək faciələrin mahiyyəti deyil, yalnız əldə edəcəkləri gəlirlərin miqdarı düşündürür.
Bu ilin yayında Avropa Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi də, öz-özlüyündə yaddaqalan hadisələrdən biri oldu. Buna səbəb həm də o oldu ki, əksər sahələr kimi şəhərimizin nəqliyyat sektoru müəyyən mənada iritutumlu, yaraşıqlı, kifayət qədər rahatlığı ilə fərqlənən avtobuslarla da təmin olundu. Düzdür, ilk əvvəl hər kəs gətirilmiş avtobuslarla bağlı fərqli düşüncəyə sahib idilər. Bu gün isə fərqli mənzərəni gördükcə, sanki tam əksəriyyəti təəccüb də bürüyür. Buna səbəb, şəhərimizə xüsusi yaraşıq verən, sərnişinlərin mənzil başına tez və rahat çatmasında xüsusi rol oynayan “Baku Bus” MMC-nə məxsus avtobuslarda, əlillər üçün nəzərdə tutulan oturacaqların sökülməsidir.
Diqqəti bir məqama yönəldək ki, qeyd olunan nəqliyyat vasitələri üç giriş-çıxış qapısından ibarət olsa da, əlillərin orta qapıdan minib-düşmələri nəzərdə tutulub. Yəni, nəqliyyat vasitələrinin hansı formada, hansı qaydada olmasını ərsəyə gətirən mütəxəssislər, əlillər üçün oturacaqların orta giriş-çıxış qapısına yaxın yerdə quraşdırılmasına qərar veriblər. Elə bu səbəbdən də onlar üçün oturacaqlar nəqliyyat vasitələrinin istehsalı zamanı, orta giriş-çıxış qapısına yaxın yerdə quraşdırılır.
Bəs bu gün nələr baş verir ki, əlillər üçün nəzərdə tutulan oturacaqlar gündəmə gətirilir, kimlərinsə müzakirə mövzusuna da çevrilir. Bu yöndə apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, “Baku Bus” MMC-nə məxsus nəqliyyat vasitələrinin ixtirası, istehsalı ilə məşğul olan mütəxəssislərdən, deyəsən bizim “yerli mütəxəssislərimiz” daha çox “zehni düşüncə”yə sahibdirlər ki, bu gün bu cür addımlarını da atırlar. Yəni, “yerli mütəxəssislərimiz” elə bir qüdrətli “zehni düşüncə”yə sahibdirlər ki, qeyd olunan nəqliyyat vasitələrində əlillər üçün nəzərdə tutulan yerdə oturacaqlar yox, yalnız onların nişanələrinin varlığına rast gəlmək olur. Belə bir mənzərənin yaşanması da, “Baku Bus”dan əlillərə bəslənilən “xor münasibət”in varlığını göstərir. O halda sual oluna bilər ki, bəs sayğısız münasibətin əmələ gəlməsinə səbəb nədir? Əslində belə bir sualın yalnız bir cavabı var ki, o da daha çox gəlir əldə etmək istəyinin varlığıdır. Amma, bir məqamı da unutmaq olmaz ki, bugünkü əlillərin daha çoxu, bu Vətənin ərazi bütövlüyü uğrunda, vətəndaşlarımızın təhlükəsizliklərinin təmin olunmasında yaxından iştirak etməklə əlil olublar. Odur ki, onlara qarşı belə bir münasibət heç cür yolverilməzdir.
Yaşanan problemlə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Problemin varlığını diqqətdə saxlayacağıq.

Mirzə

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nəqliyyatımızın bərbadlığı

    Nəqliyyatımızın bərbadlığı ...

    4-02-2015, 23:25

  • 
  • Nəqliyyat sahəsini iflic edən səbəblər nədir?

    Nəqliyyat sahəsini iflic edən səbəblər nədir? ...

    10-05-2017, 23:20

  • 
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    3-05-2016, 18:58

  • 
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    29-04-2016, 17:16

  • 
  • Görəsən Bakı ŞİH və BNA mövcud problemi aradan qaldıracaqlar?

    Görəsən Bakı ŞİH və BNA mövcud problemi aradan ...

    31-03-2022, 14:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu