GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Tofiq İsmayılovun qızı Prezidentdən imdad dilədi...

Tofiq İsmayılovun qızı Prezidentdən imdad dilədi...

Tarix: 17-11-2015, 13:05 Bölmə :Ölkə Baxış: 0
Tofiq İsmayılovun qızı Prezidentdən imdad dilədi...

Səbinə İsmayılova: “ Əminəm ki, Cənab Prezident Tofiq İsmayılovun əmanəti olan tək qızının başına gətirilənləri duysa, buna bir ölçü götürəcəkdir”
Noyabr ayının 20-si yaxınlaşır. 20 noyabr 1991-ci il Azərbaycan ziyalılarından ibarət helikopterin vurulmasından və Azərbaycan ziyalılarının qaymaq şəxslərinin həlak olmasından artıq 24 il ötür. Ötən gün gözlənilmədən redaksiyaya həmin helikopterdə həlak olan, təqdim etmək üçün bütün sözlərin bu şəxsiyyətin ismi qarşısında sönük qaldığı, Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin mərhum rəhbəri, sabiq Dövlət Katibi Tofiq İsmayılovun qızı zəng vurmuşdu. Onu dinlədim. Daha sonra görüşməyə qərar verdim.
Çarəsiz xanım demə, MTN-nin ifşa olunan cinayətkar dəstəsinin qurbanına çevrilib. Bu cinayətkar dəstənin başqa nazirliklərlə də iş birliyi ortaya çıxdığı bir zamanda, Səbinə xanım İsmayılovanın və onun ailəsinin də həmin cinayətkar dəstənin əməllərinin qurbanına çevrilməsi əslində bir çox özünü “sütdən çıxmış ağ qaşıq kimi” təqdim edən bir çox vəzifə və kürsü düşgünlərinin işinə də son verəcək.
Əvvəla ondan başlayaq ki, Səbinə xanım dəfələrlə bir çox dövlət orqanlarına başına gətirilən müsibətlə bağlı şikayət edib. Lakin adət aldığı kimi bu onun yanına, o bunun yanına göndərə göndərib. Şikayətçi üz vurmağa utanıb, amma ora-bura göndərən utanmazca şikayətin ihmal olunmasına göz yumub. Hələ bu harasıdır, bu günlərdə mövcud məsələ ilə bağlı bir neçə sayda işıqlandırılan bu məsələ cinayətkar dəstənin əmri ilə mətbuatdan götürüb.
Tofiq İsmayılovun xatirəsini əziz tutan Cənab Prezidentin onun ailəsinin başına gətirilənləri duymasını istəyən bu xanım, bu dövlətdə prezidentdən başqa heç kəsə inanmadığını vurğuladı. Ona görə də, atası Tofiq İsmayılovla Ulu öndər Heydər Əliyevin dostluğunun əziz xatirəsinə hörmətən Prezidentin onun imdadına yetişəcəyinə əmindir: “Söhbət Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlovun Tofiq İsmayılovun ailəsinə və tək qızı olan mənə vurduqları mənəvi və maddi ziyandan gedir. Günü bu gündə onlar bizim ailədən əl çəkmir. Başa düşürəm ki, Akim Bədəlovun himayədarları onu müdafiə edir. Bəli, mənim arxalanacağım və güvənəcəyim tək insan Cənab Prezidentdir.
Cənab Prezident, mən İsmayılova Səbinə Tofiq qızı sizə öz şikayətimi çatdırmaqla yanaşı ətrafınızdakı quldurlar dəstəsinin əməllərini də nəzərinizə çatdırmaq istəyirəm. Akim Bədəlov kimdir? Akim Bədəlov Eldar Mahmudov-Cahangir Hacıyev tandemi tərəfindən yaradılan “dərin dövlət” klanının aktiv üzvü olan, MTN-nin Hava Limanı İdarəsinin bugünlərdə işdən çıxarılan sabiq rəisi Pərviz Vəliyevin dayısıdır. Bu cinayətkar dəstənin daha bir üzvü də, “Azalternativenerji” MMC-nin direktoru vəzifəsində çalışan və ölkənin maliyyə dayanıqlığına ağır zərbə vuran, qanunsuz olaraq milyardlarla vəsaitin xaricə çıxarılmasına şərait yaradan Pərviz Vəliyevin qardaşı Rizvan Vəliyevdir.
Bununla bağlı Səbinə İsmayılova müraciətində yazır: “13 mart 1987-ci il tarixdə SSRİ Nazirlər Sovetinin 321 saylı qərarı ilə ”Vahid ümümdövlət gənclərin elmi-texniki yaradıcılıq sisteminin yaradılması qərara alınmışdı. Həmin qərardan sonra rayon komsomol komitələri nəzdində Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzlərinin yaradılması SSRİ üzrə geniş şəkildə həyata keçirildi. Mərkəzə geniş iqtisadi, hətta xarici ölkələrlə qarşılıqlı fəaliyyət imkanları və tamamilə vergidən azadolma güzəştləri verilmişdi. Mərkəz yalnız gəlirlərinin 3%-ni ümumittifaq, 27%-ni isə yerli Mərkəzlərin koordinasiya sovetlərinin fonduna ödəyirdi.
Bütün proqressiv yeniliklərə həssas olan Tofiq İsmayılov 1989-cu ilin mart ayında Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinə rəhbərlik edən dövrdə keçmiş Kirov (indi Binəqədi) rayonu Komsomol komitəsi nəzdində “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini yaradır, müəssisənin fəaliyyəti üçün Binəqədi rayonu 12-ci Aşırım küç.68A ünvanda tikili və torpaq sahəsinin ayrılmasına nail olur.
Hazırda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri olan, o dövrdə Tofiq İsmayilovun rəhbərlik etdiyi birlikdə elmi işçi işləyən Bədəlov Akim Bədəl oğlu həmin ilin may ayında “Xəzər”ə direktor seçilir.
Mərhum atam Moskvadan cəlb edilən vəsaitlər hesabına gənclərə, elm işçilərinə qazanc əldə etmək imkanı yaradırdı və təbii olaraq öz ailəsinin təminatını da düşünürdü. “Xəzər”in gəlirləri bütünlüklə Birliyin sifarişləri və ödənişləri hesabına formalaşırdı.
1990-cı ildə ümumittifaq miqyasında fəaliyyətlərində ciddi sui-istifadələrlə əlaqədar Mərkəzlər üçün nəzərdə tutulan güzəştlər ləğv edilir. Bu səbəbdən 1991-ci ilin martında “Xəzər”in, Komsomol komitəsi nəzdindən çıxaraq, müstəqil şəkildə fəaliyyətinə qərar verilir. Yaradılmasında və fəaliyyətində T.İsmayılov həlledici şəxs olduğuna görə, kollektiv mülkiyyət formasında yenidən təşkil edilən “Xəzər”də əsas pay qızı Səbinə İsmayılovaya verilir.
06 mart 1991-ci il tarixdə keçirilən payçıların iclasının 8 saylı protokoluna uyğun olaraq müəssisənin nizamnaməsi tərtib olunur və A.Bədəlov Mərkəzə yenidən direktor vəzifəsinə seçilməsinə müvəffəq olur.
20 noyabr 1991-ci il tarixində atam, T.İsmayılovun faciəvi şəkildə həlak olmasından sonra Akim Bədəlov “Xəzər” Mərkəzini ələ keçirməklə bağlı planlarının icrasına başlayır. Məndə bunu sübut edəcək sənədlər və bəlgələr var. Məhz ona görə də, mənim bu informasiyaları Prezidentə çatdırmağıma sözün əsl mənasında maneə yardırlar. Mən və anam Lalə ismayılova dəfələrlə Cənab Prezidentlə görüşmək istəmişik amma bizi qoymurlar. Hədə-qorxu gəlirlər. Atam rəhmətlik, 1991-ci ilin mart ayında Mərkəzdə böyük hissə payı mənə verərək, “bu məndən sonra sizin çörək ağöacınızdır” demişdi. Akim Bədəlov isə bir vaxtlar ona çörək verən Tofiq İsmayılovun ailəsini sözün əsl mənasında qarət etdi.
Əvvəlvə Akim Bədəlov böyük itki verən ailənin yasda olmasından və ailənin ona etibarından sui-istifadə edib. Atamın vəfatından sonra keçən müddət ərzində “Xəzər” Mərkəzi vasitəsilə “Globus Plaza”, Zaqatala şəhər stadionu və bir çox digər iri tikintilər aparılmasına baxmayaraq, Bədəlov bizə böyük fasilələrlə cuzi məbləğlər ödəyirdi. Bildirirdi ki, iri maliyyə xərcləri var, işləri qaydasına düşən kimi ailəmizin qarşısındakı bütün öhdəlikləri ödəyəcək. Buna görə də, bizim A.Bədəlovun sənədləri saxtalaşdıraraq, “Xəzər” Mərkəzini öz nəzarətinə keçirməsindən xəbərimiz olmayıb. Yəni o daim ailəmizin içində olan bir insan olub. Heç zaman təsəvvür etməzdik ki, o Tofiq İsmayılovun ailəsinə qarşı bu cür hərəkət edər. O bu etibardan istifadə edərək, mənə evimi satdırdı. Bu gün də təsəvvür edin ki, Tofiq İsmayılov kimi bir insanın ailəsi kirayələrdə qalır. Bu hansı insanlığa sığar?
Akim Bədəlovun bu əməllərinin fərqinə vardıqdan sonra, əlbəttəki məhkəməyə üz tutduq. Baxmayaraq ki, bizə qarşı təhdid və hədə-qorxular olunurdu. Lakin üzləşdiyimiz mənzərə bir daha sübut etdi ki, Akim Bədəlov bu iyrənc əməllərini hesablanmış şəkildə ört-bastır edibmiş. Nəzərinizə çatdırım ki, Akim Bədəlov Ali Məhkəmənin sədri Ramiz Rzayevlə quda olduqdan sonra təbii ki, biz həmin məhkəmələrdən də bir nəticə ala bilmirdik. Akim Bədəlovun qanunsuz işlərinə göz yuman qohumluq bağlarına “sadiq” olan Ramiz Rzayev saxtakarlıq faktlarına göz yumaraq, ailənin əleyhinə qərar çıxarılması üçün əlindən gələni əsirgəməyib. Bütün instansiya məhkəmələrində mən A.Bədəlovdan o dövrdə “Xəzər”in direktoru olduğuna görə 8 saylı protokolun məhkəməyə təqdim edilməsini tələb etmişəm. Lakin 8 saylı protokolun təqdim edilməsindən imtina edilib və məhkəməyə qeyri-adekvat arayışlar təqdim edilib. Məhkəməyə saxtakarlıqları subuta yetirən bütün sənədlər təqdim olunmasına,
işdə cinayət əməllərini subuta yetirən faktlar olduğundan Prokurorluğa göndərilməsi ilə əlaqədar vəsadətimizə baxmayaraq, qətnamələrdə saxtakarlıq faktları barədə bir kəlmə belə yazılmamışdır. Həmçinin məhkəmə “Xəzər” yaradılan dövrdə Birlikdə işləyən və “Xəzər”də mənim əsas pay sahibi olduğum barədə dəqiq məlumatı olan şahidlərin ifadələrini qəbul etməmişdir və iddiamı rədd ediblər.
Mən və anam Lalə İsmayılova Cənab prezidentdən bu qanunsuzlulqara bir ölçü götürməsini istəyirik. Biz sadəcə ədalətli məhkəmənin olmasını və heç olmasa Tofiq İsmayilov kimi insanın əziz xatirəsinə görə, onun ailəsinin sahib olduqlarının ailəsinə geri verilməsini xahiş edirəm. Mən Cənab İlham Əliyevdən imdad diləyirəm. Əminəm ki, Cənab Prezident Tofiq İsmayılovun əmanəti olan tək qızının başına gətirilənləri duysa, buna bir ölçü götürəcəkdir ”.
20 noyabr 1991-ci il hadisəsinin il dönümü ərəfəsində Azərbaycanın müstəqilliyi namizə qurban gedən Tofiq İsmayılovun ailəsinin mövcud vəziyyəti ilə bağlı bu cür məsələnin işıqlandırılmasını özümə borc bildim. Bununla yanaşı məsələ ilə bağlı tərəfimdən araşdırma da aparılır.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Akim Bədəlovun daha bir vəzifəli qohumu Tofiq İsmayılovun ailə üzvlərinə məxsus “Xəzər” Mərkəzi öz aralardında sözün əsl mənasında bölüşdürüblər. Bu bölüşdürmə əməli isə düz Tofiq İsmayılovun həlak olmasından 4 il sönra baş verib. Həmin vəzifəli qohum isə Akim Bədəlovun həyat yoldaşı Akifə Mövsümova və xanımının əmisi oğlanları "AS Group İnvestment"in prezidenti Mövsumov Şahin, onun qardaşı Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun olduğu məlum olub.
Əldə etdiyimiz məlumata görə, “Xəzər”də T. İsmayılovun ailəsinin payının olduğunu tam silmək üçün “Xəzər”in təsisçiliyi ilə əlaqədar alqı-satqı məsələləri ilə bağlı saxta sənədlər ortaya çıxıb. Belə ki 10.12.2009-cu il tarixdə müəssisədə saxta pay alqı-satqısı aparılmışdır. Belə ki, guya Şahin Mövsümov və Azad Bağırlı “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzindəki 25 faizlik paylarını (saxta yolla) 5 min manata A.Bədəlovun həyat yoldaşı Akifə Mövsümovaya satırlar.
Daha maraqlısı isə odur ki, Akim Bədəlov da “Xəzər”də saxta yolla adına yazdığı 25 faiz payı guya öz oğluna – Bədəlov Aqşın Akim oğluna 5 min manata satır. Ata-bala arasındakı bu alver də eyni vaxtda rəsmiləşdirilir. Və bu saxta alverdən sonra 11.08.2010-cu il tarixdə “Xəzər”in yeni sahiblərinin pay bölgüsü Dövlət qeydiyyatına aldırılır. Bununla da “Xəzər”də 50% pay Akim Bədəlovun arvadı Mövsümova Akifə Şərif qızına, 25% pay oğlu Bədəlov Aqşın Akim oğluna və 25% pay bacısı oğlu Vəliyev Rizvan Şamil oğlu arasında bölüşdürülür.
Gündəm.az digər mətbu orqanlardan fərli olaraq, haqq- mətbuatdan götürmür ədalət adına yayımladığı heç bir yazmır. Biz şikayətçinin şikayəti əsasında yazırıq və bu müsibətin ictimaiyyətə çatdırmağı özümüzə borc bilirik.
Qarşı tərəfin də münasibətini, dəlilləri ilə bərabər işırlandırmağa hazırıq.
Hesab edirik ki, 20 noyabrda həlak olan dahi insan Tofiq İsmayılovun ailəsinin mövcud durumuna ölkə rəhbərliyi lazimi diqqəti göstərəcəkdir.

Faktla bağlı araşdırma aparılır. Ən xırda gelişmə ilə oxucuları agah edəcəyik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ayaz Mütəllibov Fəxri Xiyabana gedib (FOTO)

    Ayaz Mütəllibov Fəxri Xiyabana gedib (FOTO) ...

    20-11-2013, 13:51

  • 
  • ​Moskvada azərbaycanlılardan ibarət cinayətkar dəstənin lideri tutuldu – ŞOK DETALLAR

    ​Moskvada azərbaycanlılardan ibarət cinayətkar ...

    9-02-2018, 15:25

  • 
  • Qarakənd faciəsindən 28 il ötür

    Qarakənd faciəsindən 28 il ötür ...

    20-11-2019, 11:00

  • 
  • Qadınları otellərə yerləşdirdi, sənədlərini cırdı, sonra... – Alverçi Xanımın qəddar əməlləri

    Qadınları otellərə yerləşdirdi, sənədlərini ...

    10-10-2018, 13:21

  • 
  • Tofiq Yaqublunun şikayəti təmin olunmadı

    Tofiq Yaqublunun şikayəti təmin olunmadı ...

    24-06-2020, 12:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu