GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ağcabədili sakin haqq-ədalət axtarışındadır

Ağcabədili sakin haqq-ədalət axtarışındadır

Tarix: 20-11-2015, 18:43 Bölmə :Ölkə Baxış: 0
Ağcabədili sakin haqq-ədalət axtarışındadır

Nuşirəvan Məmmədov: “Başımıza gətirilən olaylardan biri də, digər oğlum Elsevər Məmmədovu 7 nəfərin oğurlayıb meşədə döymələri və döydükdən sonra da, onu darvazamızın ağzına atıb getmələri oldu”
Artıq bir neçə dəfədir ki, Ağcabədi rayonu Həzi Aslanov küçəsi ev-224 ünvanında yaşayan Məmmədov Nuşirəvan Məhərrəm oğlu redaksiyamıza üz tutur, üzləşdiyi problemlərin mahiyyətindən bəhs edir. Amma, nə qədər çalışsa da, üzləşdiyi problemlərin mahiyyətini ictimailəşdirsə də, o, hələ də haqqına qovuşa bilməyib. Bu dəfə isə, onun üzləşdiyi problemin mahiyyəti sırf sosial xarakterlidir.
Nuşirəvan Məmmədov redaksiyamıza ünvanladığı müraciətində yazır ki, “qızım Mətanət, həyat yoldaşım Əhmədova Nazilə Əhməd qızı və öldürülən oğlum Elnur Məmmədov vaxtilə Üzeyir Hacıbəyov adına kolxozda işlədiyimizə görə, 1984-cü ildə ailəmizə sovxozun qərarı ilə 6 sot həyətyanı torpaq sahəsi verilmişdir. Və həmin torpaq sahəsinə aid qərar, şəhər sovetindən verilmiş lazımi sənəd, dövlət aktı, torpaq sahəsinin kupçası və.s bizdə olduğu halda, qonşum Zeliyev Zeni Süleyman oğlunun torpaq sahəsi olduğu halda, o, bizim ailəyə məxsus torpaq sahəsində bu günə qədər də yaşamayıb və həmin torpaq sahəsini Moskva şəhər sakini, kifayət qədər də var-dövlətə sahib olan Nəsirov Yaşar Səfər oğluna satmışdır.
Torpaq sahəsinin alqı-satqısı haqda məlumatlardan xəbər tutduqdan sonra, problemin varlığına aydınlıq gətirməyə çalışdım. Həmin vaxt Ağcabədidə vəzifə daşıyan bəzi şəxslər mənə bildirdilər ki, “baxmayaraq bildirmisiniz ki, biz onları tanımırıq, amma siz onları mütləq tanımalısınız” dedikdə, bizi təəccüb bürüdü. Necə bəyəm, kimsə kimi məcbur tanımalıdır?
Bu gün həmin torpaq sahəsində bir kimsə yaşamır. Onu da deyim ki, satılan torpaq sahəsindəki tikintiyə aid heç bir sənəd də yoxdur desəm, yəqin ki, yanılmaram. Amma, bütün bunlara baxmayaraq, 15 aprel 2009-cu il tarixdə Ağcabədi rayon Məhkəməsinin hakimləri Fərhadov Xanlar Zalı oğlu və İbrahimov Zamin Vəliyəddin oğlu tərəfindən qanunsuz, ədalətsiz, bir qədər də ötkəm desəm Allahsız qərar çıxarılır ki, bu da 158 bənddən ibarət Konstitusiyamızla birbaşa ziddiyyət təşkil edir. Qərarda göstərilir: Zeniyev Zeni Süleyman oğlunun yeddi sot, Zeniyev Bəhruzun isə 6 sot həyətyanı torpaq sahəsi var. 15 aprel 2015-ci il tarixdə çıxarılmış qərarda qeyd olunur ki, hər ikisinin evi də var, hər ikisi də evində də yaşayırlar. Onların ailələrinə, övladlarına, itlərinə, hətta pişiklərinə belə bu azad ölkədə yaşamağa, guya Nuşirəvan Məmmədovun ailəsi imkan belə vermir. Təəssüf doğuran hal odur ki, 15 aprel 2009-cu il tarixdə Ağcabədi rayon Məhkəməsinin hakimi Zamin İbrahimovun çıxartdığı qərar qanunsuz olduğu üçün, məhkəmə qərarından Şirvan Apeliyasiya Məhkəməsinə şikayət etsək də, sənədlərimizə heç bir baxış keçirilmədən, sorğu məktubu ünvanlanıb cavab məktubu alınmadan, lazımınca araşdırma işi aparılmadan çıxarılmış məhkəmə qərarı qüvvədə saxlandı. Biz bunula da razılaşmadıq və təkrar Ali Məhkəməyə müraciət etməyə məcbur olduq. Müraciətimizdə bildirdik ki, bizə aid 16 aprel 2010-cu il tarixdə 515 nömrə ilə uçota alınan A N-266453 nömrəli, 1469,42 kvm sahəsi olan mülkiyyətimizi, hakim Zamin İbrahimov hansısa maraqları çərçivəsində bizdən alınması haqda qərar çıxarıb.
Hörmətli redaksiya və çoxsaylı oxucular! Çıxarılmış qərarda o da göstərilir ki, Moskva şəhər sakini, milyonçu, hansı ki, sifətini görmədiyimiz Nəsirov Yaşar Səfər oğlu tərəfindən zəbt olunmuş torpağımız 2 metr açılmalı idi. Mülkiyyətimdə olan torpaq sahəmdə 1984-cü ildə quraşdırdığım darvazamı da özüm sökməli olduğum halda, onu məhkəmə icraçıları polislərin köməkliyi ilə darmadağın etdilər. Bildirim ki, həmin vaxt hadisə yerində Müşfiq adlı sahə müvəkkili də iştirak edirdi. Biz 2 metr torpaq sahəmizin açılmasını tələb etdikdə, məhkəmə icraçısı Alıyev Gəray Seyrəddin oğlu həyat yoldaşımı yerə yıxıb təpiklədi. Vurulmuş zədə ilə bağlı həyat yoldaşımın həkim arayışı da var. Məni isə, Yaşar Nəsirovun nümayəndəsi və qardaşı İslam adlı şəxs yumruqla vurdu. Məni eyni zamanda Yaşarın qardaşıoğlu da təpiklə vurub yerə yıxdı. Baş verənləri polis əməkdaşları öz gözləri ilə gördülər və bunlarla bağlı 23 iyun 2012-ci il tarixdə Ağcabədi rayon Polis Şöbəsinə şikayət etdikdə, şöbədən məni müayinədən keçmək üçün həkim yanına göndərdilər. Müayinə olunduğum zaman həkimlər də bitərəfli mövqe tutdular və xəsarət almamağım haqda arayış da yazdılar. Ağcabədili həkimlərin bu cür addımlarına baxmayaraq, 25 iyun 2012-ci il tarixdə təkrar həkim müayinəsindən keçmək məqsədilə Mingəçevirə getdim. Bir qədər müalicə olunduqdan sonra, baş verənlərlə bağlı polis şöbəsində qeydiyyata da alındım. O halda sual oluna bilər ki, görəsən Ağcabədidə polis əməkdaşları, həkim kollektivi yox idimi ki, müayinə olunmaq mən Mingəçevirə üz tutdum?
Onu da qeyd edim ki, bu gün də mülkiyyətimdə olan eni 8 m 78 sm, uzunluğu isə 38 m, 48 sm-lik torpaq sahəm açılmayıb. Hal-hazırda eni 5m 30 sm olan torpaq sahəsi istifadəmizdədir. Görəsən səbəb nədir ki, icraçılar icranı yerinə yetirərkən darvazamı darmadağın etdilər, bir hissəsini oğurladılar, bir hissəsini isə əzib pis hala saldılar. Ağcabədidə məhkəmə qərarları bu cür icra olunur.
Başımıza gətirilən olaylardan biri də, digər oğlum Elsevər Məmmədovu 7 nəfərin oğurlayıb meşədə döymələri və döydükdən sonra da, onu darvazamızın ağzına atıb getmələri oldu. Hadisə 26 noyabr 2012-ci tarixdə bir qrup şəxslər tərəfindən törədilir. Həmin şəxslər Camal Məmmədov, Tofiq Soltanov, Soltanov Səbuhi Tofiq oğlu, Soltanov Surxay Tofiq oğlu, Allahverdiyev Müşfiq Məhəmməd oğlu, Qasımov Xəlil Zamin oğlu, Qasımov Sadiq Sahib oğlu oğlumun belinə, sifətinə, çənəsinə, gözünə ağır bədən xəsarətləri yetirirlər. Baş verən hadisədən sonra oğlum 22 gün Ağcabədi rayon Xəstəxanasında müalicə olundu. Rayonun əksər vəzifə sahibləri hadisədən dəqiq məlumatlı olsalar da, son anda baş verənləri ört-basdır etməyə çalışdılar. Baş verənlərlə bağlı ayrı-ayrı məhkəmə instansiyalarında baxış keçirilsə də, heç bir halda haqq-ədalət öz yerini tapa bilmədi.
13 sentyabr 2013-cü il tarixdə Baş Prokuror cənab Zakir Qaralov Ağcabədidə, 15 may 2015-ci ildə Ədliyyə Naziri cənab Fikrət Məmmədov Ağdam rayonunun Quzanlı qəsəbəsində olarkən, başımıza gətirilən müsibətləri onlara bildirsəm də, bu günədək heç bir nəticə yoxdur. 30 may 2015-ci il tarixdə isə, Daxili İşlər Naziri cənab Ramil Usubov Bərdə şəhərində olarkən ona teleqram vursam da, bir qrup Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları onunla görüşümə imkan vermədilər.
Axı, ölkə rəhbəri cənab İlham Əliyev hər zaman bildirir ki, “Azərbaycan vətəndaşlarına hər yerdə hörmət olunmalıdır, dövlət qurumları tərəfindən normal rəftar olmalıdır, onlar təhqir edilməməlidirlər, incidilməməlidirlər. Amma, belə hallar bu gün də var. Kim bunları edir? Əlbəttə ki, dövlət məmurları? Kim vətəndaşları incidə bilər? Dövlət məmurları? Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını vəzifəyə təyin edərkən, yaxud da onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Hər birinə deyirəm ki, hörmət edin insanlara. Amma, əksər hallarda mən bunları görürəm. Görəndə də dərhal tədbirlərimi görürəm. Məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu kimi hallar var, bunlar da aradan qaldırılmalıdır”. Cənab Prezident bu kimi müdrik sözlər Sizin dilinizdən çıxsa da, bunlar Ağcabədinin icra başçısı Şahin Məmmədova sanki aid deyil.
Hörmətli media təmsilçiləri! “Mən və həyat yoldaşım bu gün düşünürük ki, bizi fiziki cəhətdən də aradan götürə bilərlər. Odur ki, ailəmizin təhlükəsizliyinin təmin olunmasını, bizim adımızdan ölkə rəhbəri cənab İlham Əliyevə çatdırasınız. Odur ki, bizim Konstitusiya ilə təmin olunan hüquqlarımız pozulduğuna, həyat yoldaşımın qanunsuz olaraq 1 il müddətinə islah işlərinə cəlb olunduğuna, üzləşdiyimiz problemlərlə bağlı çıxarılmış məhkəmə qərarlarının 6 il ərzində yerinə yetirilmədiyinə və məhkəmə qərarlarına hörmətsizlik edənlərin cəzalandırılmadığına görə, ailəmizlə birlikdə başqa bir dövlətdə yaşamaq haqda düşünürük. Biz istəyirik ki, ömrümüzün qalan hissəsini rahat yaşaya bilək. Mən bu günə qədər dövlətimizin ayrı-ayrı qurumlarına, xarici ölkələrin diplomatik korpuslarına, bəzi beynəlxalq təşkilatlara, insan haqları müdafiə komitələrinə, əksər televiziya kanallarına və.s üst-üstə 878 ərizə və müraciətlər ünvanlamışam. Bütün bunların qarşılığında isə, hələ də haqqıma qovuşa bilmirəm. İstəyirəm ki, mənim haqq səsimi hər kəsə, ən əsası ölkə rəhbəri cənab İlham Əliyevə çatdırasınız”.
Bəli, bütün bunlar bir ağsaçlı valideyinin fəryadı, haqq-ədalətə qovuşmaq arzusuyla apardığı mübarizəsidir. Amma, nə etmək olar! Bu gün bu məmləkətdə elə vəzifə sahibləri var ki, onlar qanunların aliliyinə məhəl qoymurlar, verilmiş tapşırıqlara biganə yanaşırlar, daşıdıqları vəzifəyə isə, sanki gəlir mənbəyi kimi də yanaşırlar. Amma, bir həqiqəti də unutmaq olmaz ki, kimsə öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində qurursa, çox zaman onların sonrakı taleyi acı sonluqla da nəticələnir. Odur ki, bir qədər düşünmək, düşündükcə də götür-qoy etmək gərəkdir.
P.S. Məqalədə adları çəkilən hər bir şəxslə bağlı səslənən ittihamlar, Ağcabədi rayonu Həzi Aslanov küçəsi ev-224 ünvanında yaşayan Məmmədov Nuşirəvan Məhərrəm oğluna məxsusdur. Belə bir səbəb üzündən də, kimlərinsə səslənən iradlarla bağlı barışmadığı anlar olarsa, mövqeyini redaksiyamıza çatdıra bilər. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəbərçi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nuşirəvan Məmmədovun 1005-ci ərizəsi, hələ də nəticəsiz qalıb

    Nuşirəvan Məmmədovun 1005-ci ərizəsi, hələ də ...

    20-03-2016, 02:41

  • 
  • Ağcabədi  sakini probleminin ədalətli həllinə qovuşa biləcəkmi?

    Ağcabədi sakini probleminin ədalətli həllinə ...

    21-12-2015, 13:43

  • 
  • İntihar həddinə çatdırılan valideyin fəryadı

    İntihar həddinə çatdırılan valideyin fəryadı ...

    16-11-2015, 13:03

  • 
  • Ağcabədidə “itgin axtarışına” inşaatçılar son qoyurlar- ŞOK OLAY

    Ağcabədidə “itgin axtarışına” inşaatçılar son ...

    19-01-2018, 20:25

  • 
  • Nuşirəvan Məhərrəmli: “Yeni televiziya kanalı açılacaq”

    Nuşirəvan Məhərrəmli: “Yeni televiziya kanalı ...

    8-01-2014, 16:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu